Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib
Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib. ATİAHİ Respublika Komitəsinin təşkilatçılığı, ATİAHİ Nəsimi rayon komitəsinin ev sahibliyi ilə Bakı şəhəri 266 saylı tam orta məktəbdə təşkil edilən konfrans “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusuna həsr olunub. Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ Nəsimi, Qaradağ, Səbail, Yasamal, Binəqədi, Nizami, Sabunçu, Xətai, Suraxanı, Xəzər, Pirallahı, Nərimanov rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhunun yad edilməsi ilə başlanan konfransda Ümummilli lider Heydər Əliyevlə bağlı video çarxın nümayiş etdirilib. Konfransda ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, ATİAHİ Nəsimi rayon komitəsinin baş mütəxəssisi Yeganə Rəhimova, 211 №-li tam orta məktəbin müəllimi, ATİAHİ Nəsimi rayon komitəsinin Təftiş Komissiyasının üzvü Afaq Hacıyeva, ATİAHİ Nizami rayon komitəsinin sədri Sübut Əsədov, ATİAHİ Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilov və başqaları çıxış edib. Çıxış edənlər Ulu Öndərin Azərbaycanın müstəqilliyinin əldə olunması, qorunub saxlanması, ölkədə bütün sahələrin, o cümlədən həmkarlar ittifaqları sahəsinin inkişafında əvəzsiz xidmətlərindən danışıblar.
05.06.2023
Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş intellektual yarış keçirilib
UNEC-in Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə UNEC-in əməkdaş və tələbələri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual yarışması keçirilib.Rus İqtisad Məktəbinin direktor müavini Anar Eyyubov 36 sual və 3 turdan ibarət yarışın sualları Heydər Əliyevin həyat və fəaliyyətinə, Azərbaycanın tarixi və mədəniyyətiniə həsr olunub.Gərgin mübarizə ilə keçən yarışda I yeri “Cahargah”, II yeri – “Qarabağ”, III yeri “Qərbi Azərbaycan” komandası qazanıb. Qalib komandalara diplom və medallar, həmçinin hədiyyələr də təqdim olunub.10148_be0926c6878c46f0216d43373d6f7661 (1).jpg 62.22 KB10148_f6269254f521328c3dff75eb7710279c (1).jpg 86.05 KB10148_3ed0c25b915027fc11f6c10b5a29b7fe (1).jpg 64.56 KB10148_7107a5697c39213a3b8333a008401be1.jpg 57.29 KB10148_2395564b81089cd548deae2307823dc8.jpg 63.04 KB
29.05.2023
Sumqayıt şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirilib
Sumqayıt şəhərində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirilib. Konfransda ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ-nin Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Laçın, Zəngilan rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. İclasda çıxış edən ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə bildirib ki, Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzvü olan sahə həmkarlar ittifaqları da müvafiq tədbirlər planı tərtib etmiş və həyata keçirirlər. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi də “Heydər Əliyev İli” ilə bağlı tədbirlərin keçirilməsinə başlayıb. Zona konfransı da Respublika Komitəsinin silsilə tədbirlərindən biridir. Sonra M.Cəfərzadə Azərbaycanda həmkarlar ittifaqlarının inkişafında ümummilli lider Heydər Əliyevin rolundan danışıb. Qeyd edib ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Konfransda çıxış edən Abşeron rayon komitəsinin sədri Vahid Əliyev, Sumqayıt şəhər komitəsinin sədri Xudaverdi Əliyev və başqaları ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıblar. Qeyd olunub ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.IMG_0004.JPG 1.46 MBIMG_0005.JPG 1.5 MBIMG_0006.JPG 1.29 MB
20.05.2023
UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin “Keçmişdən Gələcəyə Salınan Körpü” layihəsi çərçivəsində Suraxanı Gəmi Muzeyinə ekskursiyası təşkil olunub.
UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin “Keçmişdən Gələcəyə Salınan Körpü” layihəsi çərçivəsində Suraxanı Gəmi Muzeyinə ekskursiyası təşkil olunub.UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin “Keçmişdən Gələcəyə Salınan Körpü” layihəsi çərçivəsində 19 May tarixində Suraxanı gəmi-muzeyinə ekskursiyası təşkil olunmuşdur.Ekskursiyada THİK QƏTM sədri Qurbanova Şəfiqə, Tarix Klubunun direktoru Ağayev Ziyad və fakültələrin fəal tələbələri iştirak etmişdir.2021-ci il martın 1-də Bakıda "Suraxanı" gəmi-muzeyin açılışı olmuşdur. Dünyada ilk dəfə yaradılan bu muzeyin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Gəmi-muzey maraqlı eksponatlarla zəngindir. Muzeydə dünyaca üç məşhur dəniz mayakının modelləri ilə tanış olmaq imkanı da var. Tələbələr Naviqasiya masasında Xəzər dənizində üzən gəmilərin marşrutu, xarici kommunikasiya və naviqasiyaları ilə tanış olub və sonda xatirə şəkilləri çəkdiriblər.Dünyada ilk tanker-muzeyin Bakıda fəaliyyət göstərməsi yerli sakinlər və gündən-günə artan turistlərə Xəzərin və ölkəmizdə Gəmiçiliyin tarixi, qəhrəman dənizçilərimizin rəşadətli əməyi ilə yaxından tanış olmaq imkanı qazandıracaq. “Suraxanı” gəmi-muzeyi qədim dənizçilik ənənələrinə malik müasir Azərbaycanın keçmişi ilə gələcəyi arasında körpü rolunu oynayır. cf9da1f2-44be-4908-aeee-a2ed93538719.jpg 112.34 KB8cbd5403-51a7-4295-9776-8ec77724a8db.jpg 120.56 KB95b9de2c-a217-4f59-aa1c-52a1627bb599.jpg 100.25 KB643c195b-c4fb-4804-a480-1e44f88e37e2.jpg 142.04 KB2528a971-6262-4e03-acd4-e65973f1d84a.jpg 119.99 KBd34a4016-e75f-4781-96f0-40629a32163f.jpg 109.77 KB
19.05.2023
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Rus İqtisad Məktəbi (RİM) üzrə Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Maliyyə savadlılığına gedən yol” adlı seminar keçirilib.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Rus İqtisad Məktəbi (RİM) üzrə Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Maliyyə savadlılığına gedən yol” adlı seminar keçirilib. Tədbirin açılışını UNEC THİK RİM sədri Günel Salahova edib. Daha sonra söz Turan Şabanova verilib.Turan Şabanov BŞH-nın (Bakı Şəhər Halqası) İnsan resursları və işçi qüvvəsi şöbəsində işə qəbul üzrə mütəxəssis kimi maliyyə bacarığının nə qədər vacib olduğunu, bu iş üçün hansı bacarıqların lazım olduğu ilə bağlı biliklərini seminarda tələbələrlə bölüşüb. Həmçinin tədbirdə pulun idarə olunması və uğura gedən yolun müzakirəsi aparılıb. Sonda tələbələrin sualları cavablandırılıb. İştirak edən tələbələr sertifikat ilə təltif olunublar. ae43ea5b-1fc4-4ba1-8c63-876855b06f1e.jpg 268.78 KB29e66999-8653-4368-9327-a0612884f58a.jpg 260.37 KB35e556fa-a75b-4f8b-9079-7d3d5b599944.jpg 308.11 KB40ab1692-264c-4022-81f5-808f00c236e0.jpg 244.91 KB80fc0e5b-ed38-4564-931e-c7987b0e84e1.jpg 228.03 KB7499fadb-455a-4093-b52b-7ea455fec8ca.jpg 269.34 KBa23b47dd-7562-4206-bc02-7b24c437d831.jpg 196.84 KB
18.05.2023
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi 2023-cü ilin yekun iclası keçirib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi 2023-cü ilin yekun iclası keçirib.İclasda THİK-in sədri İlkan Əliyev fakültə sədrləri ilə 2022/2023-cü tədris ilində həyata keçirilmiş işlərin yekunu, gələcək prioritetdə təşkilat və komandanın qarşısına qoyulmuş məqsədlərlə bağlı danışıb.Sonra universitet və komitənin ictimai işlərində fərqlənən tələbələr təltif edilib."İlin fəalı" nominasiyasında PR departamenti direktoru Samir İsmayılzadə, Maliyyə və mühasibat fakültəsinin sədri Həsən Həşimov təltif olunublar. "İlin bürosu" nominasiyasında isə UNEC Dizayn Məktəbi təltif olunub.Sonda İlkan Əliyev təltif olunanları təbrik edərək, yeni nailiyyətlər arzu edib. Xatirə şəkilləri çəkilib.eaca88ad-50ab-4c0c-8cc9-bfcf39f096c6.jpg 187.87 KB1f6aaf34-1fa8-46f0-9ae6-b831b75ab8f6.jpg 141.8 KB3dc8e170-65d4-4105-8b3b-e50a2aaa6699.jpg 141.9 KB4f062518-5e36-4e13-a67d-9db410d31f6b.jpg 262.9 KB62a14435-b5a7-47a6-93c6-56cad7632377.jpg 160.12 KB2069ba39-a892-4ee5-9b04-29d5c20e9331.jpg 183.78 KBa7b17748-7918-415b-b96c-b31f372f5b7a.jpg 151.44 KBb6bef9ea-805c-4892-b369-d55b3a4581ed.jpg 177.81 KB
15.05.2023
UNEC Karyera Mərkəzinin, Rəqəmsal İqtisadiyyat fakültəsinin və UNEC-in Tələbə Həmkərlar İttifaqı Təşkilatının birgə təşkilatçılığı ilə İT sahələri üzrə əmək sərgisi baş tutub.
UNEC Karyera Mərkəzinin, Rəqəmsal İqtisadiyyat fakültəsinin və UNEC-in Tələbə Həmkərlar İttifaqı Təşkilatının birgə təşkilatçılığı ilə İT sahələri üzrə əmək sərgisi baş tutub. UNEC və "Coders Azerbaijan" akademiyası arasında imzalanan Memorandumun fəailiyyət istiqamətləri çərçivəsində UNEC-in 3 saylı tədris binasında keçirilən əmək sərgisində İT İxtisaslarını üzrə 8 fərqli istiqamət haqqında stendlər qurulub.Stendlərdə Frontend, Backend, DevOps, Mobile App, Data Science, İT Business Analyst, UI/UX, Kibertəhlükəsizlik ixtisalar üçün tələb olunan bilik və bacarıqlar, statistik məlumatlar, təcrübə proqramları və vakant iş yerləri haqqında məlumatlar təqdim olunub. "Coders Azerbaijan"-ın müəllim-mentor heyəti hər bir istiqamət üzrə tələbələrin suallarını cavablandıraraq, müraciət edənlərin qeydiyyatını aparıblar.Qeyd edək ki, əməkdaşlıq çərçivəsində akademiyanın UNEC tələbələri üçün təşkil etdiyi xidmətlər ödənişsizdir.10228_fbb09af66b5fd06b85e5931a7f2eebf8.jpeg 100.24 KB10228_1e1b9cec8f40e5bed64b95d5cf81abc7.jpeg 101.4 KB10228_861611e5a6ae23633ccc22b21a2a01ec.jpeg 79.43 KB10228_c268f737d6beaff4bc8185506627c90c.jpeg 85.11 KB
15.05.2023
Bərdə şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirib
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda növbəti regional konfransını Bərdə rayonunda keçirib. Qarabağ Regional Təhsil İdarəsində keçirilən tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, ATİAHİ-nin Bərdə, Beyləqan, Saatlı, Beyləqan, Ağcabədi, Cəbrayıl, Füzuli, Xocavənd, Ağdam, Yevlax rayon komitələrinin sədrləri iştirak edib. Konfrans iştirakçıları əvvəlcə Bərdə rayon Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyublar. Sonra iştirakçılar Qarabağ Regional Təhsil İdarəsinin qarşısında regionun təhsil müəssisələrinin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Konfrans Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. İclasda ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, ATİAHİ Ağdam rayon komitəsinin sədri Xalidə Həsənova və başqaları çıxış edərək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıblar. Qeyd olunub ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. IMG_9989.JPG 1.23 MBIMG_9983.JPG 1.31 MBIMG_0003.JPG 1.3 MBIMG_0004.JPG 1.24 MBIMG_0007.JPG 1.35 MBIMG_0010.JPG 1.2 MBIMG_9978.JPG 1.4 MB
12.05.2023
UNEC-in şəhid məzunu Məhəmməd Qarayevin xatirəsi yad edilib
Mayın 12-də Kəlbəcər istiqamətində düşmən təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçusu, UNEC-in məzunu Məhəmməd Qarayev şəhidlik zirvəsinə ucalıb.UNEC-in Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı, Biznes və Menecment fakültəsinin dekanı dosent Mirağa Əhmədov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev şəhid Məhəmməd Qarayevin ailəsinə başsağılığı veriblər, məzarını ziyarət edərək gül dəstələri düzüblər.Qarayev Məhəmməd Mahir oğlu 2001-cü il noyabr ayının 16-da Qəbələ şəhərində anadan olub. 2007-2018-ci illərdə Qəbələ şəhəri 4 saylı orta məktəbində təhsil alıb. 2018-2022-ci illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsində təhsil alıb. 2022-ci ci ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb. Mayın 12-də Kəlbəcər istiqamətində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Evin tək övladı olan şəhid subay idi.UNEC kollektivi şəhidə özəl hazırlanmış hədiyyəni və Fəxri Fərmanı şəhidin ailəsinə təqdim edib.b4498988-33dc-4010-971f-b06633524ded.jpg 608.57 KB2af4f0b4-67aa-4c9c-a099-1857bbdf0581.jpg 501.96 KB88fd4b21-1786-4f08-9265-cc2c80fcebad.jpg 379 KB973cd063-3eb4-46fb-b155-177b07fcce0d.jpg 514.4 KB
12.05.2023
“Heydər Əliyev İli”nə həsr olunmuş bilik yarışının qalibləri mükafatlandırıldı
UNEC-də “Heydər Əliyev İli”nə həsr olunmuş "Ümummilli lider Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı" mövzusunda keçirilən bilik yarışının qalibləri, yarışda fəal iştirak edən tələbələr və təşkilatçıların təltifolunması mərasimi keçirilib.Yarışın qalibləri diplom və hədiyyələrlə, iştirakçılar isə təşəkkürnamələrlə təltif olunublar.Müsabiqə UNEC THİK-in maliyyə dəstəyi ilə keçirilib.10232_fb352bd41ccb8a2c08550fd01a687c77.jpg 61.69 KB10232_0a6059d9960d0a83d4540d3c5c2325a6.jpg 60.17 KB10232_5b1a8b598db87d73f5ee0966549e025d.jpg 74.83 KB10232_9a3530343a96e86888217d1daa48703b.jpg 57.92 KB10232_64a44e7009dff7e8a84df135c0c05cc4.jpg 65.48 KB10232_2561e3c83f70e4a7642545025db7b151.jpg 65.11 KB10232_8446ee8657974ca27e01bdab15c6c6b0.jpg 67.77 KB10232_9355aab49670f773189f0304e0f171ae.jpg 70.26 KB10232_ade439c8eec707f0f8dfbe65c0b058c8.jpg 50.17 KB10232_ae7c3de99e33aab8ed8808b83d87755a.jpg 61.85 KB10232_c5acb7b391f3e92398058d84c9afc5b4.jpg 57.93 KB10232_cf121268f1e014eb3b245e72d2cc8c32.jpg 65.67 KB10232_db333e48982cabb33812468b5dfadbe0.jpg 69.5 KB10232_f07a65c7021f6b9eb83edf24ae5396e2.jpg 56.73 KB10232_f773978583406ad17477ec585a67aeb9.jpg 58.72 KB
12.05.2023
UNEC Dizayn Məktəbi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş rəsm sərgisi keçirilib.
UNEC Dizayn Məktəbi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş rəsm sərgisi keçirilib.Sərgidə UNEC Dizayn Məktəbinin müəllim heyəti və tələbələr iştirak ediblər.Sərgidə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən rəsm əsərləri təqdim olunub. Müsabiqə yolu ilə münsiflər heyəti tərəfindən seçilmiş rəsm əsərləri arasından qaliblər müəyyən edilib və müvafiq mükafatlarla təltif olunublar:1 yer - Ruhəngiz Minacəddinova – UNEC Dizayn Məktəbi, IV kurs,II yer- Cəmil Niftəlizadə– UNEC Dizayn Məktəbi, II kurs,III yer - Ayşən Cahangirova UNEC Dizayn Məktəbi, II kursTələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən qaliblərə pul mükafatı, hədiyyələr və diplomlar təqdim edilib.10211_23ace5c0021852cd48b641ec93f3f904.jpg 94.5 KB10211_7c8be92ff675ed9e59c0b10e75e997e7.jpg 76.41 KB10211_212ca0007f79beb1ad01d489f022adf5.jpg 52.26 KB10211_310aee678586431011a27597b6f8138c.jpg 96.05 KB10211_7857d3b36747d4edc512338fed3c5cd3.jpg 77 KB10211_14108a76ae18a72c7eeb628fc7a7c979.jpg 235.5 KB10211_87956a7576cfab5b1a5200e9d618c3d9.jpg 89.92 KB10211_56955765f9cdc62d23b97b39e1d53c39.jpg 53.02 KB10211_ceaaa13e6681e5af8301a4ad5b7b1f1e.jpg 66.33 KB
11.05.2023
UNEC-də "Qəhrəmanlarımızı unutmadıq, unutmarıq!" adlı bilik yarışı keçirilib
UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi və onun nəzdində fəaliyyət göstərən UNEC Tarix klubunun birgə təşkilatçılığı ilə "Qəhrəmanlarımızı unutmadıq, unutmarıq!" adlı bilik yarışı keçirilib.UNEC tələbələrindən ibarət komandalar arasında birincilik uğrunda aparılan mübarizənin nəticəsində I, II və III yeri qazanmış komandalar müəyyənləşib. Qalib komandalar aşağıdakı kimidir:I yer-"Qızılbaşlar" komandasıII yer- "Srius" komandasıIII yer- "Victory" komandasıQaliblər kubok, medal, diplom təltif olunublar. Qalibləri təbrik edirik!ed20347b-1b13-442f-8d5c-07c210c7afca.jpg 135.6 KB0ef3f904-9cfd-426b-b5eb-3dcdf05f1189.jpg 169.48 KB9ee4ec25-8893-4b22-b9fb-c58a9e2352bb.jpg 175.08 KB301a4bd9-5b9e-43e6-8952-48953ebd0b8f.jpg 171.85 KB3839d346-52ab-4cec-88bb-517457a8bb26.jpg 107.57 KB03823101-278e-463b-b3cb-cc2a9577d9db.jpg 95.88 KB5925860f-398e-463a-9e65-8d18267db2e2.jpg 130.7 KBbb00b375-17a1-4f98-81eb-5b32a1a05396.jpg 169.38 KBbde3b4e0-21ea-41cf-ad6d-2408f44bab6a.jpg 103.3 KB
11.05.2023
AHİK rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Mayın 10-da – dövlətimizin qurucusu və banisi, xalqımızın xilaskar oğlu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü günündə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, AHİK-in rəhbərliyi və kollektivi, həmçinin üzv təşkilatların sədrləri və əməkdaşları Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər.Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.Sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilərək məzarı üzərinə gül dəstələri düzülüb.Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.6-7.jpg 515.11 KB3-11.jpg 504.4 KB5-7.jpg 518.25 KB
10.05.2023
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan müsabiqə-festivalın yekun konserti keçirilib
Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) birgə qərarı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib.Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, ali təhsil müəssisələrinin rəhbərləri, tələbələr və digər qonaqlar iştirak ediblər.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.Tədbirdə Ulu Öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində respublikamızın həyatında gördüyü misilsiz işlərdən, o cümlədən kənd təsərüffat və sənaye sahəsinin inkişafında xidmətlərindən, elm və təhsilə olan diqqətindən, azərbaycanlı tələbələrin ittifaqının nüfuzlu ali təhsil müəssisələrinə oxumaq üçün göndərilməsindən, Bakıda hərbi liseyin açılmasından, ədəbiyyat və incəsənət xadimlərinə qayğısından, eləcə də müstəqil yaşamağı bacaran Azərbaycanı formalaşdırmasından danışılıb. Həmçinin Ümummilli Liderin müasir müstəqil Azərbaycanı qurmasından, xilaskarlıq missiyasından, dövlət quruculuğu strategiyasından, onun müəllifi olduğu siyasi kursun dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurlu davamı və bugünkü parlaq nəticələrindən bəhs olunub.Ardınca konsertdə ali təhsil müəssəsələrinin tələbələrinin ifasında müxtəlif musiqi və rəqs nömrələri, şerlər səsləndirilib.Müsabiqə-festivalda respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin (musiqi təmayüllü ali təhsil müəssisələri istisna edilməklə) əyani şöbələrində təhsil alan tələbələrdən ibarət özfəaliyyət yaradıcılıq kollektivləri, dərnək və studiyaları, onlardakı solo ifaçılar, həvəskar müğənni, rəqqaslar, bədii qiraətçi, musiqiçilər, həmçinin orkestr və ansambllar (xor, xalq çalğı alətləri, estrada, vokal-instrumental, simli alətlər, aşıqlar və s.), rəqs kollektivləri (milli, müasir, bal və s.), solo ifaçılar (bədii qiraətçilər, müxtəlif musiqi alətlərində ifa edən fərdi ifaçılar, solo ifaçılar və s.) iştirak ediblər. Bədii yaradıcılıq müsabiqə-festivalına ümumilikdə respublika üzrə 25 ali təhsil müəssisəsi qatılıb.Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə təşkil olunan bədii yaradıcılıq festivalı 2004-cü ildən başlayaraq hər il keçirilir. Layihənin məqsədi tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltməkdir. Festival həmçinin tələbələrin mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək məqsədi daşıyır. Eyni zamanda festivalın keçirilməsi tələbə həmkarlar ittifaqı komitələrinin tələbələrin asudə vaxtlarının səmərəli və mənalı təşkilində, tələbə gənclərin cəmiyyət tərəfindən qəbul edilməyən mənfi hallara meylinin qarşısını almağa yönəldilib.9-1.jpg 119.33 KB8-2.jpg 141.47 KB7-3.jpg 152.28 KB6-5.jpg 150.97 KB4-5.jpg 173.72 KB3-5.jpg 168.64 KB2-5.jpg 109.11 KB1-6.jpg 223.58 KB
07.05.2023
Azərbaycan Respublikası Əmək Müharibə və Silahlı Qüvvələri Veteranları təşkilatında, təşkilatının sədri 2-ci Dünya müharibəsi veteranı Fatma xanım Səttarova və sədr müavini ehtiyatda olan Palkovnin Cəlil Xəlilov ilə görüş keçirilmişdir.
UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsi və onun nəzdində fəaliiyət göstərən “Tarix Klubu”-nun birgə təşkilatçılığı ilə 9 may Faşizm üzərində qələbənin 78 illiyi və Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikası Əmək Müharibə və Silahlı Qüvvələri Veteranları təşkilatında, təşkilatının sədri 2-ci Dünya müharibəsi veteranı Fatma xanım Səttarova və sədr müavini ehtiyatda olan Palkovnin Cəlil Xəlilov ilə görüş keçirilmişdir.Görüşdə Ümumi fənnlərin tədrisinin təşkilli departamentinin baş müəllimi, Tarix üzrə fəlsəfə doktoru Cəmilə Həsənova, Tələbə rektor Cabbar Cəlilov,UNEC THİK Tarix Klubunun sədri Ziyad Ağayev, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin universitetimizdə fəaliyyət göstərən Yeni klub sədri Tərlan Kərimov, THİK-in fəal tələbələri iştirak etmişdir.Tədbirin açılış çıxışını edən Tarix üzrə fəlsəfə doktoru Cəmilə Həsənova 2-ci dünya müharibəsinin tarixi və Azərbaycanın rolu haqqında tələbələrə məlumat vermişdir.Daha sonra Fatma xanım Səttarova tələbələrə öz həyat fəaliyyətini və müharibə zamanı gördüyü işləri danışmış. Daim Uluöndər Heydər Əliyevin və ölkə rəhbərliyinin respublika veteranlarına göstərdiyi diqqət haqqında danışmış. Tələbələrə Vətənimiz Azərbaycanı sevməyi və Sadiq olmağı nəsihət etmişdir. Azərbaycan Respublikası Əmək Müharibə və Silahlı Qüvvələri Veteranları təşkilatının sədr müavini ehtiyatda olan Palkovnin Cəlil Xəlilov Azərbaycanda veteran hərəkatı barədə danışmışdır. Sonda isə Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə-Rektoru Cabbar Cəlilov çıxış edərək universitet rəhbərliyinin salamlarını çatdırmış və Əmək Müharibə və Silahlı Qüvvələri Veteranları təşkilatı rəhbərliyinə tələbələr adından təşəkkürü bildirmişdir. Tədbirin sonunda Vətənpərvərlik ruhunda şer və mahnılar səsləndirilmişdir. b234c3a5-e8c3-42d3-afff-7d289ca2bae2.jpg 111.1 KBbe1d22db-9ba9-478d-8bb1-ab071c06a571.jpg 326.86 KBd3748b82-ac8d-4a5c-af58-67371dfac0cd.jpg 314.25 KBdb184bfb-d9fb-4bdd-9c44-423c9e6647c5.jpg 108.27 KB3b316562-13f3-4208-8b08-f080c1381e28.jpg 111.32 KB5b4913b5-2777-49d1-9f59-4d4b441f8433.jpg 350.81 KB5f09d1bc-6191-4eb8-befb-7c6fd2ff50b9.jpg 239.48 KB6ea6b205-c1a3-43af-ba0e-cd50204db7d5.jpg 318.98 KB48e5ad0c-7f7c-48a2-9c57-687bdb145a82.jpg 363.49 KB66c89db7-08ae-4669-a069-b56605157d41.jpg 92.27 KB662ee786-ec9c-4757-ba4e-d732bf15345a.jpg 268.77 KB935d90c5-e45d-43b8-9352-8d16f92c89e7.jpg 203.87 KBf4d92653-6fe6-4ba2-a941-308110cff4f0.jpg 98.73 KBf5d83fc9-9dea-487c-b74d-bb686de76ce9.jpg 106.68 KBTələbələr Veteranlar Şurasında görüşdə oldular.docx 12.87 KB
04.05.2023
Bizimlə əlaqə
+994 12 492 59 03 (daxili 1152)
adiu-thik@atiahi.org
Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)