UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinin əsas istiqamətləri əsasən onun qarşısında duran aşağıdakı vəzifələrdən ibarətdir:
Təhsil sahəsində oxuyan və işləyən ittifaq üzvlərinin əmək, sosial, iqitsadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi;
İşəgötürənlə əməkdaşlıq çərçivəsində ittifaq üzvlərinin mənafelərini təmsil etməsi, kollektiv danışıqların aparılması, kollektiv müqavilələrin, sazişlərin bağlanması və onların yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi;
İttifaq üzvlərinin, onların ailə üzvlərinin sağlamlığına qayğı göstərilməsi, onların pensiya təminatının, sanatoriya, kurort müalicəsinin və istirahətlərinin təşkil edilməsi, bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi;
Əməyin mühafizəsinə, ətraf mühitə, sağlamlığa mənfi təsir göstərən faktorların aradan qaldırılmasına, üzvlərinin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə ictimai nəzarətin təşkil edilməsi;
Həmkarlar ittifaqı fəallarının, həmkarlar ittifaqı işçilərinin və həmkarlar ittifaqı üzvlərinin hazırlanmasının, yenidən hazırlığını, ixtisaslarının və təhsilinin artırılması;
Həmkarlar ittifaqı üzvlərinə və həmkarlar ittifaqı təşkilatlarına metodiki informasiya, hüquqi, maddi və digər yardım növlərinin göstərilməsi və s.
Bizimlə əlaqə
+994 12 492 59 03 (daxili 1152)
adiu-thik@atiahi.org
Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)