Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) sədri Araz Paşayev ölkəmizi Ankara şəhərində keçiriləcək Türk Dünyasının Mühəndislik üzrə Beynəlxalq Zirvə Konfransında təmsil edəcək nümayəndə heyəti ilə görüş keçirib
Noyabrın 15-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) sədri Araz Paşayev, ölkəmizi Ankara şəhərində keçiriləcək Türk Dünyasının Mühəndislik üzrə Beynəlxalq Zirvə Konfransında təmsil edəcək nümayəndə heyəti ilə görüş keçirib.3Görüşdə Azərbaycan Texniki Universitetinin, Sumqayıt Dövlət Universitetinin və Bakı Mühəndislik Universitetinin professorları iştirak ediblər. Beynəlxalq Zirvə Konfransında ediləcək çıxışlar müzakirə olunub.2Qeyd edək ki, Türkiyə Mühəndislər Dərnəyi və Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqının dəvəti ilə ATİAHİ Respublika Komitəsinin birgə əməkdaşlığı çərçivəsində 5-7 dekabr tarixlərində baş tutacaq konfransın əsas məqsədi Türk coğrafiyasındakı mühəndisləri ortaq platformda bir araya gətirərək təhsil sahəsində yeni perspektivlər açmaqdır.1Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev ölkəmizi təmsil edəcək alimlərə uğurlar arzulayıb.Araz Paşayev görüş zamanı 60 illik yubileyini qeyd edən Azərbaycan Texniki Universitetinin Kibertəhlükəsizlik kafedrasının müdiri, professor Yadigar İmamverdiyevi təbrik edib. Professor Respublika Komitəsi tərəfindən Fəxri Fərman və hədiyyə ilə təltif olunub.67
16.11.2024
Azərbaycan Təhsil İşçilari Azad Hamkarlar İttifaqının təşəbbüsü ilə "Alimlərin Zəfər düşərgə"si təşkil edilib
8 Noyabr – Zəfər Günündə ilk dəfə olaraq Azərbaycan Təhsil İşçilari Azad Hamkarlar İttifaqının (ATİAHİ) təşəbbüsü ilə Nabranda yerləşən "Təhsil İstirahət Mərkəzi"ndə Zəfər günüə həsr olunmuş "Alimlərin Zəfər düşərgə"si təşkil olunub.ATİAHİ-nin dəstəyi ilə təşkil olunan düşərgədə Elm və Təhsil Nazirliyinin 100 alim əməkdaş iştirak edib."Alimlərin Zəfər düşərgə"sinin rəsmi açılış mərasimində əvvəlcə Azərbaycan respublikasının Dövlət Himni səsləndirildi, Ulu Öndər Heydər Əliyevin və tarixi Zəfəri Azərbaycana bəxş edən Vətən müharibəsinin qəhrəmanlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə Azərbaycan Təhsil İşçilari Azad Hamkarlar İttifaqı Respublika Komitəsinin sədrinin müavini Mirzə Cəfərzadə Azərbaycan torpaqlarının işğalına son qoyan Zəfər Gününün dördüncü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edərək diqqətə çatdırıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti və sərkərdəlik məharəti ilə Azərbaycan Ordusu cəmi 44 gün ərzində işğal altında olan torpaqları azad edib. Azərbaycan Ordusunun hər bir əsgəri bu mübarizədə sarsılmaz əzm və cəsarət nümayiş etdirib. Hər bir şəhidin adı, hər bir qazinin xatirəsi bizim üçün unudulmazdır, çünki onlar bu torpağın qürurunun, azadlığının daşıyıcılarıdır. M. Cəfərzadə 44 günlük Vətən müharibəsi zamanı 760 təhsil işçisinin düşmənə qarşı qəhrəmanlıqla vuruşduğunu, onlardan 20 nəfərin şəhid olduğunu düşərgə iştirakçılarının diqqətinə çatdırıb. Çıxışının sonunda Mirzə Cəfərzadə "Alimlərin Zəfər düşərgə"sinin səmərəli, rəngarəng keçəcəyinə əmin olduğunu bildirərək, iştirakçılara uğurlar arzulayıb.Çıxış edən Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Habil Qurbanov, Vətən müharibəsi iştirakçısı, Radiasiya Problemləri İnstitutunun əməkdaşı Samir Mustafayev və digər natiqlər düşərgənin təşkilinə görə Azərbaycan Təhsil İşçilari Azad Hamkarlar İttifaqına təşəkkürlərini bildiriblər.Azərbaycan Təhsil İşçilari Azad Hamkarlar İttifaqı Respublika Komitəsinin sədrinin birinci müavini Tehranağa Abdullayev və sədr müavini Turanə Kərimova alimlərlə diskussiya şəklində fikir mübadiləsi aparıblar.Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin 8 Noyabr – Zəfər Gününə həsr olunan konsert proqramı ilə davam etdirilib."Alimlərin Zəfər düşərgə"sində Radiasiya Problemləri İnstitutunun Vətən müharibəsində mərdliklə döyüşmüş dörd əməkdaşı da iştirak edir.Qeyd edək ki, 8-13 noyabr tarixlərində alimlərimizə maraqlı proqramlar təlimlər, əyləncəli yarışlar keçiriləcək.12345678910
08.11.2024
AHİK Zəfər Günü münasibətilə bayram tədbiri keçirib
Noyabrın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Zəfər Günü münasibətilə tədbir keçirilib.AHİK-in “Abşeron” sanatoriyasında təşkil olunan bayram tədbirində Konfederasiyanın rəhbərliyi və kollektivi, üzv və tabe təşkilatların nümayəndələri, həmçinin şəhid ailələrinin üzvləri, qazilər iştirak ediblər.Əvvəlcə tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Tədbiri giriş sözü ilə açan AHİK sədri Sahib Məmmədov Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharətindən, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından söz açıb, parlaq Zəfərin əhəmiyyətindən danışıb. Bildirib ki, “Dəmir yumruq” əməliyyatında qəhrəman Ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 günə işğala son qoydu, Ermənistanın kapitulyasiya aktına imza atmaqdan başqa yolu qalmadı. Qeyd olunub ki, Ordumuzun keçdiyi 44 günlük döyüş yolunun hər bir səhifəsi əsl qəhrəmanlıq dastanıdır və əsgərlərimizin yüksək döyüş ruhu, vətənpərvərlik hissi, əzmkarlığı dillər əzbəridir. Onun sözlərinə görə, 2023-cü ildə bir günlük antiterror tədbiri Ordumuzun artan gücünü, qüdrətini bir daha nümayiş etdirdi və bütün ölkə ərazisində dövlətimizin suverenliyi tam təmin edildi.1-4.jpeg 230.87 KB123456789101112151615
07.11.2024
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Məclisinin onlayn formatda iclası keçirilib
Noyabrın 7-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Məclisinin onlayn formatda iclası keçirilib. Tədbirdə Məclis üzvləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin məsul şəxsləri iştirak ediblər. Respublika Komitəsinin sədri Araz Paşayevin rəhbərliyi ilə keçirilən iclasın gündəliyində duran bir sıra təşkilati məsələlər ətraflı müzakirə edilib.İclasda gündəlikdə duran hər bir məsələ ilə bağlı səsvermə yolu ilə qərarlar qəbul edilib.Keçirilmiş səsvermədə Tehranağa Abdullayev Respublika Komitəsi sədrinin birinci müavini, Turanə Kərimova sədr müavini vəzifələrinə seçiliblər.İclasın sonunda cari işlər və gələcək fəaliyyət planı ilə bağlı müzakirələr aparılıb, məclis üzvlərinin sualları dinlənilib və qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.Sonda Respublika Komitəsinin sədri Araz Paşayev yeni seçilən sədr müavinlərinə və Məclis üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.canli-yayim-2.jpg 111.85 KBcanli-yayim-3.jpg 119.08 KBcanli-yayim.jpg 123.71 KBcanli-yayim-4.jpg 148.74 KB
07.11.2024
2024-cü il 6 noyabr tarixində Elm və Təhsil Nazirliyinin tabeliyindəki Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun akt zalında "Zəfər Günü"nə həsr olunmuş bayram tədbiri keçirilmişdir.
2024-cü il 6 noyabr tarixində Elm və Təhsil Nazirliyinin tabeliyindəki Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun akt zalında "Zəfər Günü"nə həsr olunmuş bayram tədbiri keçirilmişdir. Tədbirin açılışını Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Habil Qurbanov etmişdir.Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlamışdır. Tədbirdə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev iştirak etmiş və geniş məzmunlu çıxış etmişdir. O, 44 günlük Vətən Müharibəsinin məğrur zəfərini və bu qələbənin xalqımız üçün tarixi əhəmiyyətini ətraflı şərh edərək, ordumuzun rəşadətini və Azərbaycan xalqının sarsılmaz iradəsini diqqətə çatdırmışdır. Araz Paşayev çıxışında Prezident İlham Əliyevin Zəfər və ordumuzun qəhrəmanlığı ilə bağlı fikirlərindən sitatlar gətirərək, rəhbərliyin bu tarixi hadisəyə verdiyi yüksək dəyəri vurğulamışdır.ATİAHİ sədri tədbirdə Respublika Komitəsinin son fəaliyyətlərindən də bəhs etmiş, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğını xüsusilə qeyd etmişdir. O, həmçinin alimlərin və təhsil işçilərinin sosial və peşəkar rifahının yaxşılaşdırılması istiqamətində aparılan geniş miqyaslı layihələr və tədbirlər haqqında məlumat vermişdir.Tədbirdə ilk Həmkarlar Təşkilatlarının sədrləri, I və II Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər və müharibə veteranlarından ibarət 70 nəfər iştirak etmişdir. Tədbirin sonunda, iştirakçılara maddi dəstək göstərilmiş və bu, onların səmimi təşəkkür və razılıqla qarşılanmasına səbəb olmuşdur.12345
06.11.2024
AzTU-da Cop-29: "İqlim Dəyişiklikləri Qlobal Təhlükənin Mənbəyidir" mövzusunda konfrans keçirilib.
Noyabrın 5-də Azərbaycan Texniki Universitetində Cop-29: "İqlim Dəyişiklikləri Qlobal Təhlükənin Mənbəyidir" mövzusunda konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Bu anlar konfransa dərin və ciddi bir məna qataraq, iştirakçıların milli dəyərlərə bağlılığını ifadə edib.Konfransda çıxış edən ATİAHİ sədrinin müavini Mirzə Cəfərzadə, Cop-29-un əhəmiyyətini və iqlim dəyişikliyinin yaratdığı təhdidlərin qlobal təhlükəsizlik üçün önəmini əhatəli şəkildə izah edib. O, iqlim dəyişikliklərinin təkcə ətraf mühiti deyil, həm də sosial, iqtisadi və siyasi aspektlərdə təhlükəsizlik məsələlərinə necə təsir etdiyini vurğulayıb.Tədbirdə Elm və Təhsil Nazirliyinə tabe olan bir sıra aparıcı elmi müəssisələrin, o cümlədən Coğrafiya İnstitutunun, Radiyasiya Problemləri İnstitutunun, Zoologiya İnstitutunun və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun nümayəndələri də iştirak ediblər. Onlar konfransda iqlim dəyişikliyi ilə bağlı öz sahələrinə aid dərin məzmunlu məruzələrlə çıxış edərək, bu qlobal problemin Azərbaycanda və beynəlxalq miqyasda mümkün təsirlərini müzakirə ediblər.IMG_2816.JPG 8.19 MBIMG_2854.JPG 7.42 MBIMG_2906.JPG 8.62 MBIMG_3017.JPG 7.73 MBIMG_2890.JPG 7.22 MB
06.11.2024
2024-cü il noyabrın 5-də ATİAHİ Nizami Rayon Komitəsi və 129 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə 8 Noyabr Zəfər Gününə həsr olunmuş "Şanlı Zəfər Tarixim" adlı elmi-praktik konfrans keçirilib.
2024-cü il noyabrın 5-də ATİAHİ Nizami Rayon Komitəsi və 129 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə 8 Noyabr Zəfər Gününə həsr olunmuş "Şanlı Zəfər Tarixim" adlı elmi-praktik konfrans keçirilib. Tədbirdə Nizami rayonunun təhsil müəssisələrində çalışan şəhid ailələri, müharibə iştirakçıları və qazilər iştirak ediblər. ATİAHİ Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib və ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayevin təbriklərini çatdırıb. Hər il keçirilən bu bayramın tarixi əhəmiyyətindən bəhs edən S. Əsədov bildirib ki, Azərbaycan Ordusunun 44 gün ərzində apardığı haqq mübarizəsi dünya tarixində yeni bir səhifə açdı. Müasir texnologiyaların istifadəsi, peşəkar hərbi heyət və strategiya ilə yanaşı, xalqın möhtəşəm birliyi bu Zəfəri mümkün etdi. Qələbəmiz müstəqil dövlətimizin gücünü və iradəsini bütün dünyaya nümayiş etdirdi. Tədbir zamanı ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayevin adından şəhid ailələrinə və müharibə iştirakçılarına qiymətli hədiyyələr təqdim olundu.Tədbirdə qonaq qismində Cavanşir Alxasov, Pərvanə İsmayılova, Sehran Səfərov, şəhidlərin yaxınları və müəllimlər, o cümlədən, şəhid yoldaşları Leyla Mehdizadə (3 nömrəli xüsusi təhsil məktəbinin müəllimi), Müşkünaz Kərimova (3 nömrəli xüsusi təhsil məktəbinin işçisi), Yasəmən Şahverdiyeva (12 saylı tam orta məktəbin müəllimi), şəhid qızı Şəhanə Abbasova (12 saylı tam orta məktəbin müəllimi), şəhid qızı Günel Əlizadə (110 saylı uşaq bağçasının tərbiyəçi-müəllimi), şəhid anaları Solmaz Şahsuvarova (32 saylı tam orta məktəbin işçisi) və Kəmalə Abdullayeva (278 saylı uşaq bağçasının tərbiyəçi-müəllimi), digər şəhid yaxınları və müharibə veteranları iştirak ediblər. Onlar arasında Mənzər Şirinova (109 saylı tam orta məktəbin işçisi), Rayihə Quliyeva (109 saylı tam orta məktəbin müəllimi), Aynurə Əliyeva (145 saylı tam orta məktəbin müəllimi), Leyla Hüseynova (214 saylı tam orta məktəbin müəllimi), Əminə Kərimova (229 saylı tam orta məktəbin direktor müavini), İradə Pirverdiyeva (238 saylı tam orta məktəbin müəllimi), Aynur Rzayeva (110 saylı uşaq bağçasının tərbiyəçi-müəllimi), Yeganə Alıyeva (3 nömrəli internet məktəbin müəllimi), müharibə veteranları Ruslan Ağamalıyev (328 saylı tam orta məktəbin direktoru) və Ağarəzi Ağayev (70 nömrəli məktəb-liseyin işçisi), Vətən Müharibəsi Qəhrəmanı Zəfər Usubov, Xalq Şairi Baba Vəziroğlu, 201 saylı tam orta məktəbin direktoru Afaq Əliyeva və Polkovnik Siyavuş Qasımov tədbirdə iştirak ediblər.Изображение WhatsApp 2024-11-06 в 21.02.11_a1588f10.jpg 245.75 KBИзображение WhatsApp 2024-11-06 в 21.02.14_72eae9e3.jpg 154.5 KBИзображение WhatsApp 2024-11-06 в 21.02.12_c3dc9052.jpg 250.42 KBИзображение WhatsApp 2024-11-06 в 21.02.12_d42e9214.jpg 198.67 KBИзображение WhatsApp 2024-11-06 в 21.02.13_11ca0267.jpg 184.59 KBИзображение WhatsApp 2024-11-06 в 21.02.13_c4ddb999.jpg 220.42 KBИзображение WhatsApp 2024-11-06 в 21.02.14_0febc95e.jpg 158.06 KBИзображение WhatsApp 2024-11-06 в 21.02.14_72eae9e3.jpg 154.5 KBИзображение WhatsApp 2024-11-06 в 21.02.14_0906675d.jpg 288.61 KBИзображение WhatsApp 2024-11-06 в 21.02.15_033cf4e9.jpg 205.88 KB
05.11.2024
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə "Təhsil İstirahət Mərkəzi"ndə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Noyabrın 2-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Respublika Komitəsinin "Təhsil İstirahət Mərkəzi"ndə şəhid valideynləri, qazilər və təhsil işçilərinin iştirakı ilə "Zəfərimiz Əbədidir" adlı tədbir keçirilib. Tədbir, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. ATİAHİ Respublika Komitəsi və Xaçmaz Rayon Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə 44 günlük Vətən müharibəsində göstərilən igidlik və qəhrəmanlıq hekayələri vurğulanıb. Xaçmaz rayonunun Azərbaycanın qəhrəmanlıq tarixində xüsusi yerə sahib olduğu qeyd edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin strateji rəhbərliyi və qətiyyətli qərarları nəticəsində xalqın müharibə zamanı nümayiş etdirdiyi həmrəyliklə bu tarixi qələbənin əldə edilməsi xüsusi qeyd olunub.ATİAHİ sədrinin müşavir-katibi Elşad Novruzov tədbirdə çıxış edərək, cənab Araz Paşayevin salamlarını tədbir iştirakçılarına çatdırıb və müharibənin yalnız döyüş meydanında deyil, cəmiyyətin bütün sahələrinə dərin təsir buraxdığını bildirib. O, Xaçmazda təhsil sahəsində çalışan 13 şəhid valideyninin fədakarlığını və vətənpərvərlik ruhunun qorunmasında onların rolunu xüsusi qeyd edib. Eyni zamanda, təhsil sahəsində fəaliyyət göstərən 5 şəhid xanımının və 8 qazinin xalqımızın əzmkarlığını nümayiş etdirdiyini vurğulayıb. Elşad Novruzov, həmçinin 37 müharibə veteranının təhsil işçisi olaraq öz həyat təcrübələrini və qəhrəmanlıq hekayələrini gənclərə ötürərək milli ruhun yaşadılmasına verdiyi töhfədən bəhs edib.Tədbirdə Hacisaoba kənd ibtidai məktəbinin müəllimi və şəhid anası Bibixanım Mirzəmmədova, Azərbaycanın Milli Qəhrəmanı Yavər Şahbazovun qardaşı və rayonun Çaykənarı kənd tam orta məktəbinin ilk həmkarlar təşkilatının sədri Yanvar Şahbazov, Vətən müharibəsi iştirakçısı və rayonun Arzu kənd tam orta məktəbinin direktoru Vüqar Həbibov, ATİAHİ Xaçmaz Rayon Komitəsinin sədri Yaşar Abbasov da çıxış edərək Zəfər Gününün əhəmiyyətini və Azərbaycanın bu tarixi qələbəsini vurğulayıblar.Tədbirin sonunda Xaçmazda təhsil sahəsində çalışan şəhid valideynlərinin, şəhid xanımlarının və qazilərin fədakarlığı yüksək qiymətləndirilib və onlara Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xaçmaz Rayon Komitəsi tərəfindən maddi yardımlar təqdim edilib.IMG_0375.JPG 705.31 KBIMG_0448.JPG 759.96 KBIMG_0385.JPG 811 KBIMG_0330.JPG 695.15 KBIMG_0332.JPG 892.48 KBIMG_0334.JPG 776.19 KBIMG_0342.JPG 868.13 KBIMG_0359.JPG 3.07 MBIMG_0418.JPG 1.21 MBIMG_0465.JPG 1.24 MBIMG_0480.JPG 1.32 MBIMG_0349.JPG 2.58 MBIMG_0491.JPG 1.66 MB
03.11.2024
ATİAHİ sədri Araz Paşayev ilə Eğitim-Bir-Sen və Memur-Sen Konfederasiyasının sədri Ali Yalçın arasında görüş keçirilib
30 oktyabr 2024-cü il tarixində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) təşəbbüsü ilə Türkiyənin Eğitim-Bir-Sen təhsil işçiləri həmkarlar ittifaqının nümayəndə heyəti ilə onlayn görüş keçirilmişdir. Görüş Zoom platforması üzərindən təşkil olunmuş və hər iki tərəfin rəhbər şəxslərinin iştirakı ilə baş tutmuşdur. ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev, Eğitim-Bir-Sen və Memur-Sen Konfederasiyasının sədri Ali Yalçın və digər nümayəndələr bu görüşdə iştirak ediblər.Görüşün əsas məqsədi ATİAHİ Respublika Komitəsi ilə Eğitim-Bir-Sen arasında əməkdaşlığın möhkəmləndirilməsi, təhsil işçilərinin hüquqlarının qorunması sahəsində qarşılıqlı təcrübə mübadiləsinin təşviqi və əməkdaşlıq imkanlarının genişləndirilməsi olub.Çıxışında Araz Paşayev, təhsil işçilərinin beynəlxalq əmək standartlarına uyğun olaraq hüquqlarının təmin edilməsi istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb və tərəflər arasında təcrübə mübadiləsinin faydalı ola biləcəyini qeyd edib. Ali Yalçın da çıxışında, iki qardaş təşkilat arasında əməkdaşlığın genişləndirilməsinin, birgə təlimlər, seminarlar və peşəkar inkişaf proqramlarının həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.Görüşün sonunda, ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev, Ali Yalçını dekabr ayında Azərbaycana səfərə dəvət edib və bu səfərin Azərbaycan və Türkiyə təhsil işçiləri həmkarlar ittifaqları arasında əlaqələrin daha da güclənməsinə töhfə verəcəyini bildirib.Qeyd edək ki, 450 minə yaxın üzvü ilə Eğitim-Bir-Sen Türkiyənin ən böyük təhsil işçiləri həmkarlar ittifaqıdır və Memur-Sen Konfederasiyasına daxildir. Memur-Sen Konfederasiyası isə 11 sahə həmkarlar ittifaqlarını və 1.1 milyon üzvü əhatə edir.1.jpeg 349.88 KBScreenshot 2024-10-31 at 18.15.58.png 2.72 MB
30.10.2024
BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin 50 illik yubileyinə həsr olunmuş respublika konfransı keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) 50 illik yubileyinə həsr olunmuş respublika konfransı keçirilib.Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib. Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla anılıb, məzarları üzərinə əklil və gül dəstələri qoyulub. BDU-da Ulu Öndərin büstü, Şəhidlər abidəsi və şəhid məzunların xatirəsinə həsr olunmuş lövhənin önünə də gül dəstələri düzülüb. Konfrans Dövlət himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Sonra Tədbirdə BDU THİK-in sədri Zöhrab Cavadzadə çıxış edərək Tələbə Həmkarlar İttifaqı Komitəsinin keçdiyi tarixi inkişaf yolu, gördüyü işlər, əldə olunan nailiyyətlər barədə məlumat verib. Sonra BDU-nun rektoru Elçin Babayev çıxış edərək Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti barədə danışıb. Rektor BDU Tələbə Həmkarlar İttifaqının fəaliyyətinə toxunaraq qeyd edib ki, bu təşkilat ölkənin ali təhsil müəssisələri arasında ən böyük və fəal tələbə həmkarlar təşkilatıdır. Öz sıralarında BDU-nun tələbə, magistrant və doktorantlarını birləşdirən BDU THİK tələbələrlə sistemli iş aparmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyev irsinin, azərbaycançılıq ideyasının, dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərin təbliği istiqamətində tədbirlər həyata keçirir. Tədbirdə çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə BDU THİK-in tələbələrin sosial durumunun yaxşılaşdırılması, milli ruhda inkişafı istiqamətində apardığı işlərin təqdirəlayiq olduğunu bildirib. Qeyd edib ki, 50 illik fəaliyyəti ilə seçilən BDU THİK bundan sonar da böyük uğurlara imza atacaqdır. Tədbirdə həmçinin Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, BDU Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Alış Qasımov, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin üzvləri Göydəniz Qəhrəmanov, Səbinə Xasayeva, Naqif Həmzəyev və Azərbacan Texniki Universitetinin THİK sədri Mirməhəmməd Ələkbərli çıxış edərək BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin işinə uğurlar arzulayıblar. Konfrans BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin konsert proqramı ilə davam edib. Tədbirin sonunda Azərbaycanın xalq artisti, tanınmış müğənni Miri Yusif də qonaq olub, sevilən ifalarını səsləndirib.1.jpg 1.71 MB2.jpg 997.33 KB3.jpg 904.9 KB4.jpg 1.19 MB6.jpg 965.14 KB7.jpg 1.03 MB8.jpg 1.29 MB9.jpg 1.05 MB10.jpg 1.38 MB11.jpg 1.05 MB12.jpg 1 MB13.jpg 970.44 KB20.jpg 2.27 MB24.jpg 3.83 MB
28.10.2024
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev AzTU - Azerbaycan Texniki Universiteti rektoru Vilayət Vəliyev və universitetin kollektivi ilə görüşüb
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev AzTU - Azerbaycan Texniki Universiteti rektoru Vilayət Vəliyev və universitetin kollektivi ilə görüşüb.AzTU-nun rektoru Vilayət Vəliyev tədbirdə çıxış edərək universitetin həyatında Həmkarlar İttifaqı Komitəsinin (HİK) rolundan söz açıb. O, Həmkarlar İttifaqı Komitəsinin universitetlə HİK arasında imzalanan kollektiv müqavilə əsasında işçilərin əmək şəraitinin yaxşılaşdırılması və əmək hüquqlarının qorunması istiqamətində bundan sonra da birgə fəaliyyət göstərəcəklərini qeyd edib.Daha sonra hesabat məruzələri ilə çıxış edən AzTU HİK sədri Elvin Bəxtiyarlı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Mirməhəmməd Ələkbərli müvafiq olaraq rəhbərlik etdikləri komitələrin fəaliyyətləri və gələcək hədəfləri ilə bağlı geniş təqdimatla çıxış ediblər.Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev AzTU-nun professor-müəllim heyəti ilə görüşü zamanı bildirib ki, Respublika Komitəsinin fəaliyyət istiqamətləri ittifaq üzvlərinin əmək hüquqlarının və sağlamlıqlarının müdafiəsi, onların ideyalarının dəstəklənməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığına dəstək vermək və müştərək layihələrin keçirilməsinə kömək etmək məsələlərini əhatə edir.Çıxışının sonunda Araz Paşayev görüş iştirakçılarına uğurlar və müvəffəqiyyətlər arzulayıb.Tədbirin sonunda, oktyabr ayında yubileyləri olan universitet əməkdaşları AzTU-nun rektoru və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri tərəfindən fəxri fərmanlar və hədiyyələrlə təltif edilib.IMG_2262.JPG 6.52 MBIMG_2241.JPG 7.33 MBIMG_2210.JPG 7.01 MBIMG_2316.JPG 6.74 MB
25.10.2024
Goranboy Olimpiya İdman Kompleksində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələrinin iştirakı ilə “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsində qalib olan komandalar UNEC THİK tərəfindən mükafatlandırılma mərasimi keçirildi.
Goranboy Olimpiya İdman Kompleksində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələrinin iştirakı ilə “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsində qalib olan komandalar UNEC THİK tərəfindən mükafatlandırılma mərasimi keçirildi. Tədbirdə UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev qalib komandaları təbrik edərək,onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.Komandalara Diplom,medal və müxtəlif hədiyyələr təqdim etdi.07d2ff45-03f2-4ba0-a94d-59d0511c3e9d.jpg 1.34 MB7d92eaaf-3e60-46f2-91cc-d70989b88d67.jpg 772.41 KB7f45c689-6f70-4b52-8696-0f76048054eb.jpg 881.67 KB8cd3c260-e76a-4d2f-9cc2-429645cf9a27.jpg 908.49 KB12ea05ff-f1d8-4bab-9b66-cbdd7242aa88.jpg 810.79 KB021aa81b-2e3f-450b-b0b6-dc5766007ce0.jpg 851.69 KB494a6596-bbbc-441e-99bc-1c4c37578c1c.jpg 813.57 KB801c4b81-2cf5-49d0-b0c2-dfe5c7a6668f.jpg 1.06 MB3111b02b-cab1-4e69-82d2-123475df7b23.jpg 884.36 KB6459a23e-ce87-448b-b8aa-8c5b46deba21.jpg 803.45 KB16492c4b-e0c7-496c-9522-9abaa7e35f46.jpg 785.92 KBa974db9b-cf0f-453b-9433-fe3355d360dc.jpg 1.19 MBabcba2d3-b7d5-4aa2-8c30-58b748fa09ae.jpg 725.19 KBac382cec-da93-4781-bd9d-038afe403639.jpg 889.87 KBae4a125d-7d55-4fa2-b813-0a6ef06e0353.jpg 896.47 KBc2c50961-fcd0-47c2-8eba-6420ddf3005a.jpg 931 KBc19a600f-2cb1-40df-89c2-41fdd5215965.jpg 903.28 KBc63a426f-fb14-442b-804d-10c430dd92ea.jpg 941.44 KBcbcf6ac6-750d-4b3b-a70a-c7f4547ee152.jpg 1.03 MBd42ec0a1-0b41-4e3d-b16f-4d8bc5b1a65a.jpg 848.36 KBdbb65688-9742-4de2-b370-e87c775c6bae.jpg 883.7 KBe91912ff-bfa8-4699-b4af-e2d7fdc74a95.jpg 1.42 MBee589168-5716-41bd-a249-b40affd4d72b.jpg 962.24 KBfc8e883c-a8de-4659-9e84-cba4bdf997c5.jpg 1.21 MBffb69598-b3dd-4a66-b7ee-17bd1dca744d.jpg 784.8 KB2f989f64-34b9-46bf-a70f-cd72c5175033.jpg 852.8 KB4f25ff3e-d4eb-4c4f-bba0-3ab4574ebefe.jpg 850.4 KB5aec7445-3465-47fa-9d31-c68e3978c7fa.jpg 792.54 KB
25.10.2024
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunlarının, Vətən müharibəsinin şəhidləri – Mirzəliyev Aqil və Həmidov Mixayılın anım günləri idi.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunlarının, Vətən müharibəsinin şəhidləri – Mirzəliyev Aqil və Həmidov Mixayılın anım günləri idi.İsmayıllı Şəhidlər Xiyabanında dəfn olunan şəhid Mirzəliyev Aqilin anım günündə şəhidin ailə üzvləri ilə yanaşı UNEC-in Maliyyə və Mühasibat fakültəsinin dekanı dos. Hafis Hacıyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri İlkan Əliyev,fakültənin THİK sədri Həsən Həşimov və fəal tələbələr iştirak etmişdir.İsmayıllıda böyüyən şəhidimiz Azərbaycan Dövlət İqtisad Universitetinə 613 balla qəbul olunub. Ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olan Aqilin həqiqi hərbi xidməti İkinci Qarabağ müharibəsinə təsadüf edir. Müharibə dövründə ailəsindən döyüşlərdə olduğunu gizlin saxlamağa çalışır. Telefon danışıqlarının birində anasına "Murovu biz almışıq"deyir. Ailəsi Aqilin döyüşlərdə olduğunu belə öyrənir. Aqil Mirzəliyev Murov, Hadrut, Xocavənd, Cəbrayıl, Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Aqil Mirzəliyev ölümündən sonra “Rəşadət” ordeni, "Füzulinin azad olunmasına görə",”Vətən Uğrunda”, "Xocavəndin azad olunmasına görə",”Kəlbəcərin azan olunmasına görə” medalları ilə təltif olunub.Aqil Mirzəliyev 20 oktaybr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və oktyabr ayının 23-ü Şəhidlər Xiyabanında dəfn edilib.II Fəxri Xiyabanda dəfn olunan şəhid Həmidov Mixayılın anım günündə şəhidin ailə üzvləri ilə yanaşı Suraxanı Rayon Yeni Azərbaycan Partiyasının sədri Vüqar Seyidov,Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndələri, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədr müavini Günay Ağazadə və fəal tələbələr iştirak etmişdir.Kəşfiyyatçı olaraq 4 il ərzində Xüsusi Təyinatlı Qüvvələrdə "leytenant" hərbi rütbəsində xidmət edən Mixail Həmidov, 2009-cu ildə öz istəyi ilə Azərbaycan Silahlı Qüvvələri sıralarından "baş leytenant" hərbi rütbəsində tərxis olundu. Rus, ingilis və erməni dillərini bilirdi. 013-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) daxil oldu və 2015-ci ildə həmin universiteti "Biznesin idarə edilməsi (MBA)" ixtisası üzrə magistr dərəcəsi ilə bitirdi. 2010-2016-cı illərdə "AGBank" ASC-də, 2016-cı ildən isə "Xalq Bank" ASC-ndə çalışırdı. Son olaraq "Xalq Bank" ASC-nin Mingəçevir filialının direktoru olub.Ailəli idi. Mədinə, Mələk və Yusif adında üç övladı yadigar qaldı.İkinci Qarabağ müharibəsi zamanı o, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Füzuli rayonu istiqamətində Ermənistan tərəfində olan bir neçə postun qısa müddət ərzində Azərbaycan tərəfinin nəzarəti altına alınmasında xüsusi rol oynayıb. İkinci Qarabağ müharibəsində silah yoldaşları tərəfindən "Mixaylo" ləqəbini qazanıb. Mixail Həmidov oktyabrın 23-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Mixail Həmidov ölümündən sonra "Füzulinin azad olunmasına görə",”Vətən Uğrunda” medalları ilə təltif edilib. UNEC kollektivi şəhidlərin məzarlarını ziyarət edərək, önünə gül dəstələri düzüblər, əziz xatirələrini yad ediblər. f1800436-98d5-4cc7-b619-2e0c5af66de3.jpg 1.54 MBfd4b665a-dc28-415e-8ba7-8857aadd080c.jpg 2.41 MB2a026faa-8b8d-434a-a8bf-10124f09680d.jpg 2.03 MB3a729335-7b44-45a6-a933-11b9bedd62fa.jpg 133.64 KB4c151877-9bfe-4ba9-8660-54e889b484ac.jpg 1.52 MB5f21ebb2-d16b-4b16-8d52-68f9cac8c4b8.jpg 1.52 MB7ce17efc-e684-4874-880e-8987be4d8240.jpg 1.75 MB33d43506-097e-4120-97f0-8f44c51eaa40.jpg 1.46 MB73d817b9-c765-44e0-9ff7-6142ca2b4010.jpg 1.43 MB319cf9b4-7ec0-49f4-864f-209a2948f696.jpg 1.09 MBa2b4fc05-ceb3-410d-a294-8f042e5f0ca8.jpg 1.91 MBc5b4f46e-73ae-4e4a-b32e-68bd88768068.jpg 1.77 MBdcc4bb12-153f-4f9b-8427-2e6cef740ee4.jpg 1.96 MBed97117f-c945-4d6f-bcc4-98cb832396ce.jpg 1.56 MBf5c09925-e41c-42d3-ad6f-2f20f0110785.jpg 2.05 MB
24.10.2024
Oktyabrın 24-də Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış UNEC məzunu, Vətən müharibəsinin şəhidi Zeynalov Teymurun anım günü idi.
Oktyabrın 24-də Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış UNEC məzunu, Vətən müharibəsinin şəhidi Zeynalov Teymurun anım günü idi.Zeynalov Teymurun anım günündə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin rəhbəri i.e.n., dos.Söhrab İsayev, BMDM -in əməkdaşları, Tələbə Həmkarlar İttifaqı Komitəsinn sədri İlkan Əliyev və fəal tələbələr şəhidin ailəsi ilə birlikdə bulağının qarşısında əziz xatirəsini ehtiramla yad ediblər. Anım tədbirində şəhidin təhsil aldığı 30 nömrəli tam orta məktəbin şagirdləri şəhidə həsr olunmuş şerlər səsləndirdilər.Teymur Zeynalov 1993-cü il martın 28-də Bakı şəhərində anadan olub. 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) ali təhsil alıb. "SOCAR" AQS-də çalışırdı. Ailəli idi. 1 övladı var. Azərbaycan Ordusunun əsgəri olan Teymur Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Zeynalov oktyabrın 24-də Füzuli döyüşləri zamanı şəhid olub. Bakı şəhərində, Biləcəri Şəhidlər Xiyabanında dəfn olunub.Teymur Zeynalov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalı medalı, "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.Ruhun şad olsun, şəhidim! 5ca166ab-a2d6-4f3c-930a-5fa11dc9166e.jpg 1.19 MB5d97daee-b156-4801-8872-71d8764f7e78.jpg 1.95 MB8bd0aee3-f211-4127-a801-e80f77680dc3.jpg 1.93 MB8f6eddf9-e6dd-4558-8345-d2c734f4afd2.jpg 1.37 MB228224ef-9e67-45c8-9372-a822a4ac38f8.jpg 1.67 MBda2b7d64-88f4-443e-b93e-417d5838b946.jpg 1.76 MBda07b23b-f9ea-4842-a5bf-524d4300c685.jpg 1.57 MBf46aaece-8a46-44aa-aa4f-4a367cf66d57.jpg 2.39 MB
24.10.2024
UNEC “Mühəndislik” Tələbə Həmkarlar İttifaqı Komitəsi və DİV Akademiyanın birgə təşkilatçılığı ilə Gələcəyin ixtisası "İnformasiya Texnologiyaları" adlı tədbir keçirilib.
UNEC “Mühəndislik” Tələbə Həmkarlar İttifaqı Komitəsi və DİV Akademiyanın birgə təşkilatçılığı ilə Gələcəyin ixtisası "İnformasiya Texnologiyaları" adlı tədbir keçirilib. Tədbirdə 3 spiker - Aytac Əliyeva, Ceyhun Gəncəli, Hafizə Valehzadə tərəfindən İT Business Analyst sahəsi haqqında məlumatlar verilib, öz təcrübələrini bölüşüblər. 5f7491b1-e69b-4996-a8a7-b3752e3736d6.jpg 310.63 KB202c46ad-4527-4dfc-800f-61574b6360ec.jpg 194.1 KB6044b9f8-4565-4c1c-adc5-ff10d802a8e4.jpg 1.26 MB0400357f-4246-4d77-bf0b-c6c830dbffb9.jpg 349.88 KB3f86fb86-ec22-4c09-af71-d6f9c5e7e4b1.jpg 1.42 MBTədbirdən sonra tələbələr üçün Coffee Break təşkil olunub.
24.10.2024
Bizimlə əlaqə
+994 12 492 59 03 (daxili 1152)
adiu-thik@atiahi.org
Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)