Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi 1974cü ildə yaradılmışdır.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin tərkibi 23 komitə üzvündən, III müavindən, XI fakültə tələbə həmkarlar ittifaqı büro sədrlərindən və IV komissiyadan (mədəni kütləvi tədbirlər, elm, idman, sağlamlıq, təlim-tərbiyə) ibarətdir. Hazırda təşkilat özündə 10738 nəfər tələbəni birləşdirir.

Tələbə Həmkarlar İttifaqı Komitəsi universitetdə tələbələri ictimai işlərə cəlb edərək bu istiqamətdə formalaşmasında, tələbələrin sosial problemlərinin həllində, yataqxana ilə təmin olunmalarında, ehtiyacı olanlara maddi yardım göstərilməsində, dərsə davamiyyətin artırılmasında, elmi işlərə cəlb olunmalarında, istedadlı tələbələrin üzə çıxarılmasında, ictimai işlərdə və elmdə fərqlənən həmkarlar aktivlərinin mükafatlandırılmasında, tələbələrin təlim-tərbiyələrinin, asudə vaxtlarının, yay istirahətlərinin təşkili istiqamətində fəaliyyət göstərir.

Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2023 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo