Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunlarının, Vətən müharibəsinin şəhidləri – Mirzəliyev Aqil və Həmidov Mixayılın  anım günləri idi.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunlarının, Vətən müharibəsinin şəhidləri – Mirzəliyev Aqil və Həmidov Mixayılın  anım günləri idi.

İsmayıllı Şəhidlər Xiyabanında dəfn olunan şəhid Mirzəliyev Aqilin  anım günündə şəhidin ailə üzvləri ilə yanaşı UNEC-in Maliyyə və Mühasibat fakültəsinin dekanı dos. Hafis Hacıyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri İlkan Əliyev,fakültənin THİK sədri Həsən Həşimov və fəal tələbələr iştirak etmişdir.

İsmayıllıda böyüyən şəhidimiz Azərbaycan Dövlət İqtisad Universitetinə 613 balla qəbul olunub. Ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olan Aqilin həqiqi hərbi xidməti İkinci Qarabağ müharibəsinə təsadüf edir. Müharibə dövründə ailəsindən döyüşlərdə olduğunu gizlin saxlamağa çalışır. Telefon danışıqlarının birində anasına "Murovu biz almışıq"deyir. Ailəsi Aqilin döyüşlərdə olduğunu belə öyrənir.
 
 Aqil Mirzəliyev Murov, Hadrut, Xocavənd, Cəbrayıl, Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Aqil Mirzəliyev ölümündən sonra “Rəşadət” ordeni, "Füzulinin azad olunmasına görə",”Vətən Uğrunda”, "Xocavəndin azad olunmasına görə",”Kəlbəcərin azan olunmasına görə” medalları ilə təltif olunub.Aqil Mirzəliyev 20 oktaybr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və oktyabr ayının 23-ü Şəhidlər Xiyabanında dəfn edilib.

II Fəxri Xiyabanda dəfn olunan şəhid Həmidov Mixayılın anım günündə şəhidin ailə üzvləri ilə yanaşı Suraxanı Rayon Yeni Azərbaycan Partiyasının sədri Vüqar Seyidov,Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndələri,  Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədr müavini Günay Ağazadə və fəal tələbələr iştirak etmişdir.


Kəşfiyyatçı olaraq 4 il ərzində Xüsusi Təyinatlı Qüvvələrdə "leytenant" hərbi rütbəsində xidmət edən Mixail Həmidov, 2009-cu ildə öz istəyi ilə Azərbaycan Silahlı Qüvvələri sıralarından "baş leytenant" hərbi rütbəsində tərxis olundu. Rus, ingiliserməni dillərini bilirdi. 013-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) daxil oldu və 2015-ci ildə həmin universiteti "Biznesin idarə edilməsi (MBA)" ixtisası üzrə magistr dərəcəsi ilə bitirdi. 2010-2016-cı illərdə "AGBank" ASC-də, 2016-cı ildən isə "Xalq Bank" ASC-ndə çalışırdı. Son olaraq "Xalq Bank" ASC-nin Mingəçevir filialının direktoru olub.


Ailəli idi. Mədinə, Mələk və Yusif adında üç övladı yadigar qaldı.

İkinci Qarabağ müharibəsi zamanı o, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Füzuli rayonu istiqamətində Ermənistan tərəfində olan bir neçə postun qısa müddət ərzində Azərbaycan tərəfinin nəzarəti altına alınmasında xüsusi rol oynayıb. İkinci Qarabağ müharibəsində silah yoldaşları tərəfindən "Mixaylo" ləqəbini qazanıb. Mixail Həmidov oktyabrın 23-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Mixail Həmidov ölümündən sonra "Füzulinin azad olunmasına görə",”Vətən Uğrunda” medalları  ilə təltif edilib. 

UNEC kollektivi şəhidlərin məzarlarını ziyarət edərək, önünə gül dəstələri düzüblər, əziz xatirələrini yad ediblər.

 

 

 
 

 

 

 

Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo