“Qəhrəman təhsil işçiləri” kitabının təqdimatı olub

“Qəhrəman təhsil işçiləri” kitabının təqdimatı olub

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) təşəbbüsü ilə çap olunmuş “Qəhrəman təhsil işçiləri” kitabının təqdimat mərasimi keçirilib.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, “Yaşat” Fondunun İdarə Heyətinin üzvü Şair Ramaldanov və müharibə iştirakçısı olmuş təhsil işçilərinin iştirak etdiyi tədbirdə əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Ardınca 44 günlük Vətən müharibəsində şəhid olmuş təhsil işçilərinin xatirəsinə həsr olunmuş video-çarx nümayiş olunub.Tədbirdə çıxış edən AHİK sədri Səttar Möhbalıyev bildirib ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən etibarən Zəfər yürüşünə başladı: “Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamları və silahlı qüvvələrini darmadağın etdi. Müzəffər Ordumuz 44 gün ərzində bütün dünyaya öz qüdrətini, gücünü göstərdi. Düşmən məğlubiyyətini etiraf etdi, kapitulyasiyaya uğradı. Nəticədə Azərbaycan xalqının 30 ilə yaxın davam edən torpaq həsrətinə birdəfəlik son qoyuldu”.AHİK sədri qeyd edib ki, Vətən müharibəsində 760 nəfərdən çox təhsil işçisi döyüşlərə qatılıb: “Onlardan 21 nəfəri şəhid olub. Vətən müharibəsində canından keçmiş bütün şəhidlərimizin xatirəsini bir daha ehtiramla anır, onların ruhu qarşısında baş əyirik. Azərbaycan xalqı onların əziz xatirəsini hər zaman uca tutacaq”Onun sözlərinə görə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən tərtib olunan “Qəhrəman təhsil işçiləri” kitabı ikinci Qarabağ müharibəsində silaha sarılan təhsil işçilərinə həsr olunub: “Hesab edirəm ki, bu kitabın çap edilməsi döyüşlərdə həlak olmuş şəhid təhsil işçilərinin xatirəsinin əbədiləşdirilməsi, müharibədə iştirak etmiş ittifaq üzvlərinin keçdiyi nümunəvi döyüş yolunun gələcək nəsillərə təbliği və onlarda milli vətənpərvərlik hissinin inkişaf etdirilməsi baxımından faydalı olacaq”.Sonra Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edib. Nazir müavini qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevi rəhbərliyi ilə Müzəffər Ordumuzun sücayəti sayəsində sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək böyük zəfərə imza atdı. İşğalda olan torpaqlarımız azad olundu. Bu qələbə Ali Baş Komandanın, xalqla birliyin, haqq işinin Müzəffər Azərbaycan Ordusunun gücünün, rəşadətli əsgərlərin, Azərbaycan xalqının iradəsinin qələbəsidir.F.Qurbanov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizdə hazırda quruculuq işləri görülür, yeni yaşayış evləri, məktəblər tikilir. Artıq Zəngilan rayonunun Ağalı kəndində orta məktəb fəaliyyət göstərir. Tezliklə Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində bu işlər uğurla həyata keçiriləcək. Sonra polkovnik Şair Ramaldanov və başqaları çıxış edərək Ordumuzun şücaətindən, gənclərimizin vətənpərvərliyindən danışıblar.2-5.jpg 89.49 KB3-5.jpg 133.64 KB1-5.jpg 115.18 KB7.jpg 182.58 KB6-1.jpg 174.96 KB5.jpg 113.38 KB10.jpg 179.27 KB9.jpg 109.2 KB8-1.jpg 112.32 KB

16.03.2023

UNEC-in II və IV tədris binalarında fakültə dekanları, əməkdaşlar və tələbələrin iştirakı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

UNEC-in II və IV tədris binalarında fakültə dekanları, əməkdaşlar və tələbələrin iştirakı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə xalqımızın mənəvi dəyərlərini, adət-ənənələrini özündə yaşadan Novruz şənliyi keçirilib.Şənliyə başlamazdan öncə 44 günlük Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükütla yad edildi.Tədbirdə çıxış edən HİK-in sədri Rüfət Süleymanlı tədbiri açıq elan edərək, universitetin kollektivini və tələbələri Novruz bayramı münasibətilə təbrik edərək, onlara xoş arzularını çatdırıb.Bayram şənliyində UNEC Dizayn məktəbinin tələbələrinin Novruz atributlarına, adət-ənənələrinə həsr etdikləri rəsm əsərləri nümayiş olunub. Milli rəqslər və Novruz bayramının məşhur personajları olan kosa ilə keçəlin ifa etdikləri şeir, musiqi və bir-birindən maraqlı Novruz səhnəcikləri şənliyə xüsusi rəng qatıb.  image00184.jpeg 3.18 MBimage00226.jpeg 3.2 MBimage00230.jpeg 4.35 MBac97d12c-0d7b-4022-a7f8-533527e64eff.jpg 181.37 KBimage00005.jpeg 2.88 MBimage00007.jpeg 3.34 MBimage00014.jpeg 3.01 MBimage00049.jpeg 2.98 MBimage00050.jpeg 2.8 MBimage00064.jpeg 3.02 MBimage00066.jpeg 3.12 MBimage00128.jpeg 4.26 MBimage00154.jpeg 3.12 MBimage00162.jpeg 3.68 MBimage00170.jpeg 2.79 MB9d8394d3-94b7-46bb-9c3e-75d9724fa4f8.jpg 166.26 KB478d7efc-2739-46ea-b1ba-c3ab540ea75c.jpg 178.87 KB90113fde-1288-4a15-8b25-6c3594b670db.jpg 221.07 KB

15.03.2023

Naxçıvanda sosial qayğıya ehtiyacı olan 1250 ailəyə bayram sovqatları verilib

Naxçıvanda sosial qayğıya ehtiyacı olan 1250 ailəyə bayram sovqatları verilib

Prezident İlham Əliyevin diqqəti və tapşırığı ilə ölkəmizdə sosial layihələrin icrası diqqət mərkəzindədir. Bütün bayramlarda və dövlətimiz üçün digər əlamətdar günlərdə aztəminatlı, şəhid, qazi və digər həssas qruplardan olan ailələrə sovqat və yardımlar təqdim olunur.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Novruz bayramı ərəfəsində digər bölgələrlə yanaşı, Naxçıvanda da yaşayan 1250 aztəminatlı ailə üçün ərzaq bağlamalarından ibarət yardım təşkil olunub və təyinatı üzrə ünvanlara yola salınıb.Yola salınma mərasimində AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iştirak edib.3-3.jpg 317.92 KB4-3.jpg 220.56 KB1-3.jpg 392.48 KB

14.03.2023

Novruz Bayramının ən son çərşənbəsi olan İlaxır çərşənbəsinə həsr edilmiş dəyirmi masa təşkil edilmişdir

Novruz Bayramının ən son çərşənbəsi olan İlaxır çərşənbəsinə həsr edilmiş dəyirmi masa təşkil edilmişdir

Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Tələbə Həmkarlar İttifaqı və onun nəzdində fəaliyyət göstərən Tarix Klubunun birgə təşkilatçılığı ilə Azərbaycan tarixinin qədim bayramlarından biri – Novruz Bayramının ən son çərşənbəsi olan İlaxır çərşənbəsinə həsr edilmiş dəyirmi masa təşkil edilmişdir. Dəyirmi masada UNEC Multikulturalizm mərkəzinin direktoru Tarix və Etnoqrafiya üzrə professor Məhəbbət Paşayeva, UNEC THİK sədr müavini Səbuhi İmanov, Maliyyə və mühasibat fakültəsi THİK sədri Həsən Həşimov və fəal tələbələr iştirak etmişdir. Dəyirmi masada tariximizdə Novruz bayramının necə qeyd edildiyi, adət-ənənələri  haqqında bəhs edilmişdir. Ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı olan Prezident Cənab İlham Əliyevin Novruz bayramına xüsusi diqqəti olduğu vurğulanmışdır.fbdee3d5-7354-474d-b82b-be551790f73a.jpg 213.25 KB0dbc871d-714e-4021-8266-b6f9ec102b8a.jpg 256.87 KB90cc5024-484b-47b2-b2c4-ebd8c17e8d25.jpg 237.35 KB8641375e-c7e1-4e0c-8069-af2d1b95b0cc.jpg 212.1 KB

14.03.2023

AHİK-in nümayəndəsi Yunanıstan Əmək Konfederasiyasının  Qurultayında iştirak edib

AHİK-in nümayəndəsi Yunanıstan Əmək Konfederasiyasının Qurultayında iştirak edib

Martın 9-11-də Yunanıstan Əmək Konfederasiyasının  38-ci Qurultayı keçirilib. Paytaxt Afina şəhərində baş tutan Qurultayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını (AHİK) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Səbuhi İmanov təmsil edib.Yunanıstanın bütün bölgələrindən səsvermə hüququ olan 400 nümayəndənin qatıldığı Qurultayda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Antonio Lisboa, Avropa İqtisadi və Sosial Komitənin İşçi Qrupunun sədri Oliver Röpke, Beynəlxalq Əmək Təşkilatının (BƏT) İşçilərin Fəaliyyəti üzrə direktor müavini Anna Biondi, həmçinin Fransa, İspaniya, Almaniya, İsveç, İtaliya, Türkiyə, Portuqaliya, Serbiya, Ukrayna, Albaniya, Bolqarıstan, Belçika və Avstriyanın həmkarlar ittifaqlarının nümayəndələri  iştirak ediblər.Qurultayda Yunanıstan Əmək Konfederasiyasının hazırkı sədri Yanis Panaqopolus səs çoxluğu ilə yenidən növbəti müddətə sədr seçilib.Qeyd edək ki, Qurultaydan öncə “Yaşayış xərclərinin böhranı - Həmkarlar İttifaqlarının təkliflərinin nəzərə alınması” mövzusunda beynəlxalq konfrans təşkil edilib. Konfransda çıxış edən AHİK-in nümayəndəsi Səbuhi İmanov dünyada müşahidə olunan yaşayış xərclərinin artmasından, böhranının kökündə duran problemlərdən, gündəlik istehlak məhsullarının qiymətlərinə təsir edən amillərdən danışıb. Bildirib ki, dünya əhalisinin sayı 8 milyardı keçib, bu isə labüd olaraq əmək bazarında rəqabəti artırıb, əmək münasibətlərini daha da həssas edib, insanların, demək olar ki, bütün növ gündəlik ehtiyaclarına - qida məhsullarına, enerji, bütün növ xidmət sahələrinə və hətta oksigenə olan tələbatının artmasına gətirib çıxarıb. Onun sözlərinə görə, böhran qlobal olsa da, artan xərclərdən daha çox aşağı gəlirli ölkələr əziyyət çəkir.S.İmanov həmçinin ölkəmizdə bu istiqamətdə görülən işlərdən söz açıb. Bildirib ki, Azərbaycanda əhalinin sosial rifah halının, aztəminatlı ailələrin sosial durumunun yaxşılaşdırılması ilə bağlı dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilir. Hər il ölkədə müşahidə olunan inflyasiyanın səviyyəsi nəzərə alınmaqla dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin əməkhaqları, sosial müavinətlər və təqaüdlər artırılır, sosial-müdafiə tədbirləri görülür.Tədbir digər çıxışlarla davam edib.  Sebuhi Yunan2.jpg 181.97 KBSebuhi yunan 3.jpg 273.52 KB

14.03.2023

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə UNEC THİK sədri İlkan Əliyev bayram münasibətilə tələbələri təbrik edərək, qadın hüquq və azadlıqları, ölkənin bu sahədə tutduğu siyasi mövqeyi və həyata keçirdiyi dövlət proqramları, qadınların ölkənin ictimai-siyasi həyatında və gələcək nəslin tərbiyəsində misilsiz rolundan danışıb. Ulu öndər Heydər Əliyevin banisi olduğu dövlət qadın siyasətindən, müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda xanımların misilsiz xidmətlərinin olduğunu vurğulayıb.THİK fakültə sədrləri də xanımlarla bağlı öz təbriklərini söyləyiblər. Daha sonra sədr THİK-in fəal tələbələrinə hədiyyələr və Təşəkkürnamə təqdim edib.eadb8ed8-1ac2-430c-bb7c-40aacf3694e8.jpg 155.31 KB1ddf2f82-ec01-421c-a346-e010fb6a1348.jpg 163.26 KB3ddae407-dfc3-424a-8c81-5eb31e428907.jpg 146.79 KB7183e739-fc6f-4642-97f4-d07ac6f5ed30.jpg 74.63 KBf287ee77-40c8-4fc4-ae7e-4bc8287655fd.jpg 76.34 KB4b11a4f2-de22-44a2-96f0-7bf841ebaeb9.jpg 187.75 KB6c1df023-5285-4d33-a7b4-768a510058b5.jpg 103.09 KB7c3f4528-7021-4d6d-98ea-73d786e6b6a2.jpg 222.73 KB8df376cb-1e1c-41a3-a49d-5d91327b5b25.jpg 217.33 KB52b6d062-4efc-4040-8f4f-9852e9eb6253.jpg 94.51 KB89e71c19-db07-4a23-b65c-df22ee829c98.jpg 204.9 KB98b1058e-a657-455d-ac33-df9f909d84bc.jpg 223.18 KB733f54b3-74fb-411e-ba72-29705bcd3b55.jpg 206.16 KB965d2073-975f-4246-b9ca-0b3cd00d4675.jpg 217.76 KB3912ccfb-f3d7-4bde-a359-46e8d83d6d49.jpg 250.67 KB89814fac-350e-468a-92e1-af1b3f592c5c.jpg 117.7 KB00521859-74ac-44c9-a2ba-14526d2d1556.jpg 212.59 KB1170820f-9e4e-4c7b-bcff-c35ab540f7a9.jpg 112.8 KB5884208c-7b78-4228-9668-d33f41844c05.jpg 217.8 KB38398251-35a9-41ce-bc68-9636b20b651a.jpg 242.42 KBaf6c20ff-dc59-4f10-ab37-634f417f330b.jpg 98.64 KBb4c3d227-2ae2-45d4-8f4b-484e9ec420ef.jpg 97.52 KBb4d8269e-bec5-435b-9865-40c769439645.jpg 96.93 KBb44bdf3f-0462-42b8-a312-fd951d89cef6.jpg 103.09 KBc289a30c-b3cc-4e33-ad49-49c38fc34c36.jpg 208.15 KBdac3965a-b3ad-45aa-a174-eafd6c24c969.jpg 221.88 KBe04bcfc0-9f92-4cd8-96c9-63df05214f36.jpg 218.61 KBe29c0e49-1dbf-415b-9eff-3f9559ebfa6c.jpg 105.91 KBe253619e-e688-41fa-a1ce-972ffa185872.jpg 91.07 KBec476c0f-4784-4382-9c9c-bf0725cce23d.jpg 223.63 KBf1326fa6-7fe2-4572-8ea4-b28207ac5bd1.jpg 103.55 KB

07.03.2023

UNEC-də “Azərbaycan Qadınlarının Gücü” adlı tədbir keçirilib

UNEC-də “Azərbaycan Qadınlarının Gücü” adlı tədbir keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 8 mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Azərbaycan Qadınlarının Gücü” adlı tədbir keçirilib.Tədbirdə Milli Məclisin deputatı Jalə Əhmədova, Azərbaycan Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasının rəhbəri Səkinə Babayeva, “Vətəndəş Cəmiyyətində Debat” İctimai birliyinin sədri, NAYORA-nın sədr müavini Ülviyyə Axundova, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova, UNEC THİK-in sədr müavini Günay Ağazadə, UNEC QƏTM-in sədr müavini, eyni zamanda qadınlar şurasının sədri dosent Təranə Kərimova, Azərbaycan Respublikası əməkdar artisti, Milli Konservatoriya və İncəsənət Gimnaziyasının dosenti Gülüstan  Əliyeva, bir çox QHT–ları, uğur əldə etmiş sahibkar qadınlar, UNEC-in xanım əməkdaşları və tələbələri iştirak ediblər.İlk öncə qonaqlar UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksinin qarşısına gül dəstələri qoyaraq, şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.Sonra UNEC Dizayn Məktəbi və UNEC THİK-in təşkilatçılığı ilə rəsm müsabiqəsi keçirilib. Münsiflər heyətinin qərarına əsasən 1-ci yerə UNEC Dizayn Məktəbinin tələbəsi Ruhəngiz Minacəddinova layiq görülüb.Tədbirin rəsmi hissəsi Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin eşitmə və danışma məhdudiyyətli şagirdlərinin ifasında Dövlət Himni ilə başlanılıb. Tədbirdə qonaqlar iştirakçılara öz uğur hekayələri haqqında danışıb, tələbələrə öz tövsiyələrini veriblər. Eyni zamanda tədbirdə qonaqlarla tələbələr arasında sual-cavab yarışması keçirilib. Tədbir bədii kompozisiya ilə davam edib.Sonda yarışma qaliblərinə, könüllülərə qiymətli hədiyyə və təşəkkürnamə təqdim olunub.PERI2144.jpg 10.24 MBPERI2168.jpg 11.87 MBDSC_7700.JPG 420.39 KBPERI2168.jpg 11.87 MBDSC_7701.JPG 585.85 KBDSC_7706.JPG 305.75 KBDSC_7716.JPG 462.01 KBDSC_7720.JPG 254.14 KBDSC_7724.JPG 385.28 KBDSC_7725.JPG 454.85 KBDSC_7729.JPG 394.09 KBDSC_7733.JPG 351.13 KBDSC_7756.JPG 340.89 KBDSC_7767.JPG 237.24 KBDSC_7740.JPG 335 KBDSC_7786.JPG 247.52 KBPERI2278.jpg 9.88 MBPERI2285.jpg 9.87 MBPERI2290.jpg 10.74 MBPERI2297.jpg 8.81 MBPERI2305.jpg 8.43 MBPERI2321.jpg 8.77 MBPERI2214.jpg 10.36 MBPERI2484.jpg 9.96 MBPERI2456.jpg 9.34 MBPERI2448.jpg 9.05 MBPERI2440.jpg 9.61 MBPERI2411.jpg 11.27 MBPERI2418.jpg 9.11 MBPERI2436.jpg 10.23 MBPERI2427.jpg 8.05 MBPERI2337.jpg 11.13 MBPERI2355.jpg 8.07 MBPERI2359.jpg 8.87 MBPERI2380.jpg 10.24 MBPERI2391.jpg 10.46 MBPERI2404.jpg 9.21 MBPERI2355.jpg 8.07 MBPERI2380.jpg 10.24 MB

06.03.2023

“Qrafik dizaynla Rəqəmsal dünyada öz yerini tap!” adlı seminar keçirilib

“Qrafik dizaynla Rəqəmsal dünyada öz yerini tap!” adlı seminar keçirilib

UNEC “Rəqəmsal İqtisadiyyat” fakültəsi, UNEC Dizayn Məktəbi Tələbə Həmkarlar İttifaqı Komitəsi və Baku Design Center-in birgə təşkilatçılığı ilə “Qrafik dizaynla Rəqəmsal dünyada öz yerini tap!” adlı seminar keçirilib. Seminarda Baku Design Center-in təlimçisi Göyçək Nəsirova tələbələrə qrafik dizayn sahəsi ilə bağlı məlumat verib. Tələbələri maraqlandıran sualları cavablandırıb. Sonda tələbələrlə xatirə şəkili çəkdirilib. cc8f17e0-0087-4ebf-872a-455a3e7e619b.jpg 58.05 KB05c19163-d928-40f3-a7ff-4a462cf42c26.jpg 58.52 KB5be4dac0-a140-469c-9621-0a4d2a7ee973.jpg 88.99 KB7c9804e4-2d01-436b-9300-0459491f4699.jpg 85.53 KB16f2f107-b84d-43db-86ff-a8a57cfec77b.jpg 75.61 KB

01.03.2023

ATİAHİ Respublika Komitəsi Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib

ATİAHİ Respublika Komitəsi Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib

Fevralı 28-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib.İclasa ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev sədrlik edib.Gündəliyə 2022-ci ildə “ATİAHİ Respublika Komitəsində və üzv təşkilatlarda vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti barədə”, “ATİAHİ Respublika Komitəsinin 2022-ci ilə dair ümumi illik statistik hesabatının təsdiqi barədə”, “2022-ci ilin yekunlarına görə ATİAHİ Respublika Komitəsinin büdcəsinin yerinə yetirilməsi barədə” və digər məsələlər daxil edilib.Gündəliyə daxil edilən məsələlərin hər biri ilə bağlı ətraflı məlumat verilib və müvafiq qərarlar qəbul edilib.Sonda Səttar Möhbalıyev Rəyasət Heyəti üzvlərinə bir sıra tövsiyə və tapşırıqlarını verib.3 (7).jpg 87.42 KB2 (8).jpg 238.47 KB1 (9).jpg 87.89 KB

28.02.2023

“Nə? Harada? Nə zaman?” intellektual oyunu və futzal yarışının qalibləri mükafatlandırılıb

“Nə? Harada? Nə zaman?” intellektual oyunu və futzal yarışının qalibləri mükafatlandırılıb

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən ali məktəb tələbələri arasında təşkil olunmuş ənənəvi “Nə? Harada? Nə zaman?” intellektual oyunu, futzal yarışı və “İlin peşəkar gənci” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Tədbirdə çıxış edən ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, Komitə 10 ildən artıqdır ki, ali məktəb tələbələri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə həmkarlar ittifaqı kuboku uğrunda turnir və futzal yarışları təşkil edir: “Bu tədbirlərin iştirakçıları gənclərdir. Belə tədbirlərin təşkilində əsas məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, onlarda elmə, savada marağın artırılması, sağlam həyat tərzinin təbliğ edilməsi, biliklərini, savadlarını artırmaq, elmin, texnikanın incəliklərinə yiyələnməklə yanaşı, onların layiqli vətəndaş olmalarına töhfə verməkdir”.S.Möhbalıyev qeyd edib ki, gənclərimizin sağlam, savadlı böyüməsi, onların peşəkarlıq səviyyəsinin artırılması, əsl vətəndaş kimi yetişmələri Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir.ATİAHİ Respublika Komitəsinin gənclərlə bağlı fəaliyyətindən danışan S.Möhbalıyev vurğulayıb ki, Respublika Komitəsi tərəfindən hər il müxtəlif festivallar, spartakiadalar, elmi-praktik konfranslar, fənn olimpiadaları, inşa müsabiqələri, idman yarışları keçirilir, gənclərin sosial problemlərinin həlli, istedadlı gənclərin üzə çıxarılması və onların potensial imkanlarının genişləndirilməsi ilə bağlı maraqlı tədbirlər təşkil olunur: “Həmkarlar ittifaqı təşkilatı tərəfindən təşkil olunan bu tədbirlərdə iştirak edən gənclərin sayının hər il əhəmiyyətli dərəcədə artması, onların bu tədbirlərə göstərdiyi maraq bizi gələcəkdə bu istiqamətdə təşkil olunan tədbirlərin sayının artırılmasına, əhatə dairəsinin genişləndirilməsinə ruhlandırır”.S.Möhbalıyev həmçinin əlavə edib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib və bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları tədbirlər planı hazırlayıblar.Sonda qaliblər mükafatlandırılıb. Onlara fəxri fərman və qiymətli hədiyyələr verilib.332809542_486108920224946_3555623642172832650_n.jpg 680.1 KB331573922_870549457348526_4877070994543897707_n.jpg 1.84 MB328128228_785071379617225_4765490506587807719_n.jpg 722.91 KB332111062_3477609005899628_1588052700684825073_n.jpg 1.53 MB333203046_911206230305386_8290984335460044205_n.jpg 772.77 KB332892889_1342803263165647_4927506040577235171_n.jpg 644.23 KB332153452_516297527359836_4346304560906049937_n.jpg 1.92 MB332150705_1498649543876778_2141098020000349615_n.jpg 1.74 MB

27.02.2023

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən ali məktəb tələbələri arasında təşkil olunmuş ənənəvi “Nə? Harada? Nə zaman?” intellektual oyunda UNEC THİK komandası I yeri tutdu

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən ali məktəb tələbələri arasında təşkil olunmuş ənənəvi “Nə? Harada? Nə zaman?” intellektual oyunda UNEC THİK komandası I yeri tutdu

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən ali məktəb tələbələri arasında təşkil olunmuş ənənəvi “Nə? Harada? Nə zaman?” intellektual oyunda UNEC THİK komandası I yeri tutdu. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən ali məktəb tələbələri arasında təşkil olunmuş ənənəvi “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilmişdir.Yarışda ümumilikdə 15 komandadan ilk 3 yeri aşağıdakı komandalar tutmuşdur: I YER- Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)II YER- Azərbaycan Dövlət Neft Sənaye Universiteti (ADNSU)III YER – Bakı Mühəndislik Universiteti (BMU)  Qaliblərinin mükafatlandırılması mərasimində ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, Komitə 10 ildən artıqdır ki, ali məktəb tələbələri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə həmkarlar ittifaqı kuboku uğrunda turnir və futzal yarışları təşkil edir: “Bu tədbirlərin iştirakçıları gənclərdir. Belə tədbirlərin təşkilində əsas məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, onlarda elmə, savada marağın artırılması, sağlam həyat tərzinin təbliğ edilməsi, biliklərini, savadlarını artırmaq, elmin, texnikanın incəliklərinə yiyələnməklə yanaşı, onların layiqli vətəndaş olmalarına töhfə verməkdir”. Sonda qaliblər mükafatlandırılıb. Onlara fəxri fərman və qiymətli hədiyyələr verilib.3333.jpg 1.74 MB086273cc-fc20-4c7c-a391-62bb5ca7b469.jpg 372.1 KBce94e051-a252-480c-9679-0b458141f921.jpg 378.13 KBe4bfdeff-20f4-462b-928c-5cb44b6b5764.jpg 360.78 KB

27.02.2023

Vətən müharibəsi şəhidləri Məzdək Eyvazlı və Əbil Cəbizadənin xatirəsi anılıb

Vətən müharibəsi şəhidləri Məzdək Eyvazlı və Əbil Cəbizadənin xatirəsi anılıb

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan UNEC-in məzunları Məzdək Eyvazlı və Cəbizadə Əbilin fevralın 26-da doğum günləri idi.Yaşasaydılar Şəhid Eyvazlı Məzdəkin 27, şəhid Cəbizadə Əbilin 30 yaşı olacaqdı.Şəhidlərin doğum günləri münasibəti ilə şəhidlərin ailəsi ilə birlikdə Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev və tələbələr Sumqayıt Şəhidlər xiyabanında Cəbizadə Əbilin, sonra Lökbatan Şəhidlər xiyabanında Eyvazlı Məzdəkin məzarlarını ziyarət edərək, önünə gül dəstələri qoyublar, onların əziz xatirəsini ehtiramla yad ediblər.5afb2831-7446-4a95-978c-9da27820657e.jpg 153.95 KB6a47a31c-e5b2-437a-8399-bd8a5ecff5ef.jpg 133.67 KB76bb8357-46d9-4a4e-841d-938be64c84ac.jpg 107.99 KBc1d2c0aa-28ab-4c41-8ca9-39c62a6e0990.jpg 128.95 KBeaa5710b-3179-4f57-8dd8-42c558f900b4.jpg 124.98 KBf7570e2d-4a1f-4860-8fdd-72bf791302fb.jpg 108.27 KB

26.02.2023

Xocalı soyqırımının otuz birinci ildönümünə həsr olunmuş rəsm sərgi keçirilib

Xocalı soyqırımının otuz birinci ildönümünə həsr olunmuş rəsm sərgi keçirilib

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), UNEC Dizayn Məktəbi, "Davam" Gənclər Hərəkatı və “Qeyd” Sosial Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının otuz birinci ildönümünə həsr olunmuş rəsm sərgi keçirilib.Sərgidə tələbələrin, şagirdlərin Xocalı Soyqırımına həsr etdikləri rəsm əsərləri nümayiş olunub.Tədbir bədii hissə ilə yekunlaşıb.20b816f2-4a27-46a0-9e18-f15fd29ed027.jpg 243.12 KB663fccb0-bb94-4d1a-8fa0-c780df8e6118.jpg 274.31 KB62903cb3-4952-4463-882d-5fd0b8942204.jpg 302.25 KBcecf1421-f0b7-40e9-b6c2-e21a42cd54a6.jpg 188.24 KBe0686a5d-5990-4497-b9c5-fee1824cb3bf.jpg 292.4 KBea5b36f6-4aee-4ec1-bf8b-51dcd1631565.jpg 295.84 KBb68ef7d1-dad1-4b10-a6f8-6920762c71d0.jpg 269.21 KB89ed3040-880e-448a-91b9-c1c93cd42866.jpg 400.34 KBdb60dc6f-1efe-437b-875f-22e3bbb77815.jpg 293.16 KB

24.02.2023

Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib

Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları, media qurumları, ağsaqqallar və veteranlar təşkilatlarından 250 nümayəndə Naxçıvana səfər edib.Səfər Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Sonra qonaqlar Heydər Əliyev Muzeyi ilə tanış olublar. Muzeydə Ulu Öndərin zəngin həyat yolu və fəaliyyəti barədə geniş məlumat verilib.Səfər çərçivəsində Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Heydər Əliyev İli” ilə əlaqədar “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib. Konfransda ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri, aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri iştirak ediblər.Tədbirdə Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin və qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirələri bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.Konfransda çıxış edən Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, çoxəsrlik tariximizin ən böyük nailiyyətləri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Heydər Əliyevin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə gördüyü işlər respublikamızın iqtisadi qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib. Fikir plüralizmi, vətəndaş cəmiyyəti quruculuğu, sosial rifah, sistemli hüquqi islahatlar Ulu Öndərin fəaliyyətinin əsas prioritetləri olub.Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək vətəndaş cəmiyyətinin təşəkkülündə və ölkənin əsas hərəkətverici qüvvələrindən birinə çevrilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidməti olduğunu vurğulayıb. Bildirib ki, məhz onun müəllifliyi və təşəbbüsü ilə 1995-ci ildə qəbul edilən yeni və müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı. Bununla da hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda Heydər Əliyev ideyalarının təməl prinsiplərindən olan vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Konstitusiyanın qəbul edilməsi həm də ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının yaranmasına, formalaşmasına şərait yaratdı.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxışında bildirib ki, ölkəmizdə müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır: “Ümummilli Lider Azərbaycan dövlətçiliyinin bütün vacib sferalarının möhkəmləndirilməsi ilə yanaşı, güclü vətəndaş cəmiyyətinin formalaşması məsələsini də prioritet istiqamət kimi müəyyənləşdirdi. Onun vətəndaş cəmiyyətinin formalaşdırılması üçün atdığı ilk addımlardan biri həmkarlar ittifaqlarının fəaliyyətinin təminatı olmuşdur. 1994-cü ildə Ulu Öndərin şəxsi təşəbbüsü və nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar İttifaqları Haqqında” Qanun qəbul edildi. Qanun həmkarlar ittifaqlarının cəmiyyətdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaratmış oldu. Bununla da təşkilatın fəaliyyəti genişləndi, əvvəlki nüfuzu özünə qaytarıldı, üzvlərin sayı artmağa başladı, qeyri-hökumət təşkilatı kimi qarşısında sərbəst və müstəqil imkanlar açıldı”.AHİK sədri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasətini böyük uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev vətəndaşların sərbəst fəaliyyətinə, öz mövqelərini azad ifadə etməsinə, vətəndaş cəmiyyətinin formalaşdırılmasına xüsusi diqqət və qayğı ilə yanaşır.Onun sözlərinə görə, vətəndaş cəmiyyəti institutlarından biri olan Azərbaycan həmkarlar ittifaqları səlahiyyətləri çərçivəsində bütün problemlərin həllini hökumətlə sosial dialoqda görür: “AHİK hakimiyyətin bütün strukturları ilə əməkdaşlıq və sosial tərəfdaşlıq prinsipləri əsasında işləyir. Hər iki ildən bir hökumət, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Baş Kollektiv Saziş imzalanır. Həmkarlar ittifaqı təşkilatları Baş Kollektiv Sazişə istinad edərək əməkçilərin sosial-iqtisadi hüquqlarının qorunması, kütləvi işsizliyin qarşısının alınması və s. vəzifələrin yerinə yetirilməsində qarşıya çıxan maneələri dəf edə bilir”.S.Möhbalıyev qeyd edib ki, Azərbaycan həmkarlar ittifaqları ölkəmizin ictimai həyatında fəal iştirak etməklə Prezident İlham Əliyevin ölkənin iqtisadi inkişafının möhkəmləndirilməsi, əhalinin maddi rifahının yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi, ümumilikdə, sosial problemlərin həlli isiqamətində apardığı uğurlu siyasətini dəstəkləyir.Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Auditorlar Palatasının sədri Vahid Novruzov, 44 günlük Vətən müharibəsinin iştirakçısı, Xüsusi Təyinatlıların Qaziləri Birliyinin sədri Bəhruz Məmmədzadə, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfərova və Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin çıxışlar ediblər. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin vətəndaş cəmiyyəti quruculuğu sahəsində həyata keçirdiyi genişmiqyaslı işlər barədə ətraflı söz açılıb. Vurğulanıb ki, belə bir mötəbər tədbirin Ulu Öndər Heydər Əliyevin doğulduğu Naxçıvanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır.Konfransdan sonra qonaqlar Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, mərkəzdə bronxial astma, əsəb, qaraciyər və öd yolları, revmatoloji və başqa xəstəlikləri olan vətəndaşlar qəbul edilir və onlar səmərəli fizioterapevtik müalicə prosedurlarından keçirlər. Müalicə prosesi tam təbii üsullarla aparılır.Daha sonra Naxçıvan şəhəri, eləcə də Möminə Xatun türbəsi ilə tanışlıq olub.6..jpeg 193.07 KB5-3.jpg 23.37 KB4.jpeg 153.45 KB1 (1).jpeg 391.95 KB7.jpeg 98.24 KB2 (1).jpeg 72.12 KB

22.02.2023

THİK fəal tələbələri Türkiyədə baş verən dəhşətli zəlzələdə həyatını itirənlərin xatirəsini yad ediblər

THİK fəal tələbələri Türkiyədə baş verən dəhşətli zəlzələdə həyatını itirənlərin xatirəsini yad ediblər

Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə TUDİFAK THİK sədri Ayxan Məmmədli və fəal tələbələr Bakıdakı Türkiyə Səfirliyinin önünə gül dəstələri düzərək, qardaş ölkə Türkiyədə baş verən dəhşətli zəlzələdə həyatını itirənlərin xatirəsini yad edib.571a865d-7a01-448f-bb8f-39b6c411e1dd.jpg 259.46 KB7918fc7b-f2b6-4f0f-ae44-e6a7a938e431.jpg 157.44 KBeb2d9211-cf20-4039-b8df-63087f7c5c82.jpg 194.3 KB

14.02.2023

Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo