UNEC-də “Azərbaycan Qadınlarının Gücü” adlı tədbir keçirilib
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 8 mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Azərbaycan Qadınlarının Gücü” adlı tədbir keçirilib.

Tədbirdə Milli Məclisin deputatı Jalə Əhmədova, Azərbaycan Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasının rəhbəri Səkinə Babayeva, “Vətəndəş Cəmiyyətində Debat” İctimai birliyinin sədri, NAYORA-nın sədr müavini Ülviyyə Axundova, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova, UNEC THİK-in sədr müavini Günay Ağazadə, UNEC QƏTM-in sədr müavini, eyni zamanda qadınlar şurasının sədri dosent Təranə Kərimova, Azərbaycan Respublikası əməkdar artisti, Milli Konservatoriya və İncəsənət Gimnaziyasının dosenti Gülüstan  Əliyeva, bir çox QHT–ları, uğur əldə etmiş sahibkar qadınlar, UNEC-in xanım əməkdaşları və tələbələri iştirak ediblər.

İlk öncə qonaqlar UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksinin qarşısına gül dəstələri qoyaraq, şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Sonra UNEC Dizayn Məktəbi və UNEC THİK-in təşkilatçılığı ilə rəsm müsabiqəsi keçirilib. Münsiflər heyətinin qərarına əsasən 1-ci yerə UNEC Dizayn Məktəbinin tələbəsi Ruhəngiz Minacəddinova layiq görülüb.

Tədbirin rəsmi hissəsi Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin eşitmə və danışma məhdudiyyətli şagirdlərinin ifasında Dövlət Himni ilə başlanılıb. Tədbirdə qonaqlar iştirakçılara öz uğur hekayələri haqqında danışıb, tələbələrə öz tövsiyələrini veriblər. Eyni zamanda tədbirdə qonaqlarla tələbələr arasında sual-cavab yarışması keçirilib. Tədbir bədii kompozisiya ilə davam edib.

Sonda yarışma qaliblərinə, könüllülərə qiymətli hədiyyə və təşəkkürnamə təqdim olunub.

Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo