UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə UNEC THİK sədri İlkan Əliyev bayram münasibətilə tələbələri təbrik edərək, qadın hüquq və azadlıqları, ölkənin bu sahədə tutduğu siyasi mövqeyi və həyata keçirdiyi dövlət proqramları, qadınların ölkənin ictimai-siyasi həyatında və gələcək nəslin tərbiyəsində misilsiz rolundan danışıb. Ulu öndər Heydər Əliyevin banisi olduğu dövlət qadın siyasətindən, müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda xanımların misilsiz xidmətlərinin olduğunu vurğulayıb.THİK fakültə sədrləri də xanımlarla bağlı öz təbriklərini söyləyiblər.
Daha sonra sədr THİK-in fəal tələbələrinə hədiyyələr və Təşəkkürnamə təqdim edib.
Bizimlə əlaqə
+994 12 492 59 03 (daxili 1152)
adiu-thik@atiahi.org
Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)