Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları, media qurumları, ağsaqqallar və veteranlar təşkilatlarından 250 nümayəndə Naxçıvana səfər edib.Səfər Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Sonra qonaqlar Heydər Əliyev Muzeyi ilə tanış olublar. Muzeydə Ulu Öndərin zəngin həyat yolu və fəaliyyəti barədə geniş məlumat verilib.Səfər çərçivəsində Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Heydər Əliyev İli” ilə əlaqədar “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib. Konfransda ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri, aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri iştirak ediblər.Tədbirdə Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin və qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirələri bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.Konfransda çıxış edən Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, çoxəsrlik tariximizin ən böyük nailiyyətləri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Heydər Əliyevin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə gördüyü işlər respublikamızın iqtisadi qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib. Fikir plüralizmi, vətəndaş cəmiyyəti quruculuğu, sosial rifah, sistemli hüquqi islahatlar Ulu Öndərin fəaliyyətinin əsas prioritetləri olub.Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək vətəndaş cəmiyyətinin təşəkkülündə və ölkənin əsas hərəkətverici qüvvələrindən birinə çevrilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidməti olduğunu vurğulayıb. Bildirib ki, məhz onun müəllifliyi və təşəbbüsü ilə 1995-ci ildə qəbul edilən yeni və müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı. Bununla da hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda Heydər Əliyev ideyalarının təməl prinsiplərindən olan vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Konstitusiyanın qəbul edilməsi həm də ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının yaranmasına, formalaşmasına şərait yaratdı.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxışında bildirib ki, ölkəmizdə müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır: “Ümummilli Lider Azərbaycan dövlətçiliyinin bütün vacib sferalarının möhkəmləndirilməsi ilə yanaşı, güclü vətəndaş cəmiyyətinin formalaşması məsələsini də prioritet istiqamət kimi müəyyənləşdirdi. Onun vətəndaş cəmiyyətinin formalaşdırılması üçün atdığı ilk addımlardan biri həmkarlar ittifaqlarının fəaliyyətinin təminatı olmuşdur. 1994-cü ildə Ulu Öndərin şəxsi təşəbbüsü və nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar İttifaqları Haqqında” Qanun qəbul edildi. Qanun həmkarlar ittifaqlarının cəmiyyətdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaratmış oldu. Bununla da təşkilatın fəaliyyəti genişləndi, əvvəlki nüfuzu özünə qaytarıldı, üzvlərin sayı artmağa başladı, qeyri-hökumət təşkilatı kimi qarşısında sərbəst və müstəqil imkanlar açıldı”.AHİK sədri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasətini böyük uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev vətəndaşların sərbəst fəaliyyətinə, öz mövqelərini azad ifadə etməsinə, vətəndaş cəmiyyətinin formalaşdırılmasına xüsusi diqqət və qayğı ilə yanaşır.Onun sözlərinə görə, vətəndaş cəmiyyəti institutlarından biri olan Azərbaycan həmkarlar ittifaqları səlahiyyətləri çərçivəsində bütün problemlərin həllini hökumətlə sosial dialoqda görür: “AHİK hakimiyyətin bütün strukturları ilə əməkdaşlıq və sosial tərəfdaşlıq prinsipləri əsasında işləyir. Hər iki ildən bir hökumət, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Baş Kollektiv Saziş imzalanır. Həmkarlar ittifaqı təşkilatları Baş Kollektiv Sazişə istinad edərək əməkçilərin sosial-iqtisadi hüquqlarının qorunması, kütləvi işsizliyin qarşısının alınması və s. vəzifələrin yerinə yetirilməsində qarşıya çıxan maneələri dəf edə bilir”.S.Möhbalıyev qeyd edib ki, Azərbaycan həmkarlar ittifaqları ölkəmizin ictimai həyatında fəal iştirak etməklə Prezident İlham Əliyevin ölkənin iqtisadi inkişafının möhkəmləndirilməsi, əhalinin maddi rifahının yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi, ümumilikdə, sosial problemlərin həlli isiqamətində apardığı uğurlu siyasətini dəstəkləyir.Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Auditorlar Palatasının sədri Vahid Novruzov, 44 günlük Vətən müharibəsinin iştirakçısı, Xüsusi Təyinatlıların Qaziləri Birliyinin sədri Bəhruz Məmmədzadə, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfərova və Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin çıxışlar ediblər. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin vətəndaş cəmiyyəti quruculuğu sahəsində həyata keçirdiyi genişmiqyaslı işlər barədə ətraflı söz açılıb. Vurğulanıb ki, belə bir mötəbər tədbirin Ulu Öndər Heydər Əliyevin doğulduğu Naxçıvanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır.Konfransdan sonra qonaqlar Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, mərkəzdə bronxial astma, əsəb, qaraciyər və öd yolları, revmatoloji və başqa xəstəlikləri olan vətəndaşlar qəbul edilir və onlar səmərəli fizioterapevtik müalicə prosedurlarından keçirlər. Müalicə prosesi tam təbii üsullarla aparılır.Daha sonra Naxçıvan şəhəri, eləcə də Möminə Xatun türbəsi ilə tanışlıq olub.6..jpeg 193.07 KB5-3.jpg 23.37 KB4.jpeg 153.45 KB1 (1).jpeg 391.95 KB7.jpeg 98.24 KB2 (1).jpeg 72.12 KB
22.02.2023
THİK fəal tələbələri Türkiyədə baş verən dəhşətli zəlzələdə həyatını itirənlərin xatirəsini yad ediblər
Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə TUDİFAK THİK sədri Ayxan Məmmədli və fəal tələbələr Bakıdakı Türkiyə Səfirliyinin önünə gül dəstələri düzərək, qardaş ölkə Türkiyədə baş verən dəhşətli zəlzələdə həyatını itirənlərin xatirəsini yad edib.571a865d-7a01-448f-bb8f-39b6c411e1dd.jpg 259.46 KB7918fc7b-f2b6-4f0f-ae44-e6a7a938e431.jpg 157.44 KBeb2d9211-cf20-4039-b8df-63087f7c5c82.jpg 194.3 KB
14.02.2023
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan UNEC-in məzunu Eldar Əliyevin fevralın 13-də 29 yaşı tamam oldu
Cəbhəyə könüllü yollanan və oktyabrın 13-də Füzuli döyüşlərində qəhrəmancasına şəhid olan Eldar Əliyevin doğum günündə TUDİFAK-ın dekan müavini Cəvahir Məmmədova, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Günay Ağazadə və fəal tələbələr şəhidin məzarını ziyarət ediblər. UNEC kollektivi şəhidin məzarı önünə gül dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad ediblər.301db455-4452-41c8-8909-cc6b1c0a70e3.jpg 451.89 KBcb614868-0449-4206-979c-f9fd0d4344d5.jpg 411.57 KB
13.02.2023
AHİK-in 30 illik yubiley tədbiri keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yaradılmasının 30-cu ildönümü münasibətilə AHİK-in rəhbərliyi və kollektivi, həmçinin üzv təşkilatların rəhbərləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.Sonra Şəhidlər xiyabanına gələn həmkarlar ittifaqlarının kollektivi Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.Daha sonra AHİK-in yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib.Tədbirdə ölkəmizin dövlət və hökumət rəsmiləri, həmçinin Beynəlxalq Həmkarlar ittifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Beynəlxalq Əmək Təşkilatının, Avrasiya Qida Meşə və Turizm İşçiləri Federasiyasının rəhbərliyi, eləcə də Türkiyə, Gürcüstan, Litva, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Bolqarıstan, Malavi, İordaniya, İsrail, Albaniya, Moldova, Norveç, Rusiya, Serbiya və Zambiyanın həmkarlar ittifaqları sədrləri və nümayəndələri iştirak ediblər.Öncə AHİK-in 30 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı təbrik oxunub.Ardınca Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyev başda olmaqla Vətənimizin azadlığı və müdafiəsi naminə şəhid olmuş oğul və qızlarımızın, həyatını itirmiş həmkarlar ittifaqı liderlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək tədbir iştirakçılarını və Azərbaycan həmkarlar ittifaqlarının bütün üzvlərini yubiley münasibətilə təbrik edib, həmkarlar ittifaqlarının tarixindən, keçdiyi inkişaf yolundan, AHİK-in yaranmasından, ölkəmizin ictimai həyatında rolundan və əhəmiyyətindən danışıb. Bildirib ki, 1993-cü il fevralın 5-də keçirilən təsis qurultayında Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ötürdü: “Bu elə bir dövrdə baş verdi ki, həmkarlar ittifaqlarının sanatoriyalarını, hətta inzibati binasını əlindən almağa çalışırdılar. Yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev imzaladığı müvafiq fərman və sərəncamla həmkarlar ittifaqlarının üzləşdiyi çətinlikləri aradan qaldırdı. 1994-cü ildə Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” Qanun qəbul edildi. Beləliklə, qurumun cəmiyyətdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaranmış oldu”.1-1.jpg 229.87 KB2-2.jpg 175.79 KB3-1.jpg 235.11 KB4-1.jpg 209.51 KB5-1.jpg 167.24 KB6.jpg 168.56 KB7.jpg 150.47 KB8.jpg 178.64 KB9.jpg 238.98 KB10.jpg 76.06 KB
08.02.2023
Azərbaycan Prezidenti İlham Əliyev AHİK-in 30 illiyinə həsr edilmiş tədbirin iştirakçılarına məktub ünvanlayıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 30 illiyi ilə əlaqədar yığıncaq iştirakçılarınaHörmətli yığıncaq iştirakçıları!Sizi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 30 illiyi ilə əlaqədar səmimi-qəlbdən salamlayır və təbrik edirəm. 1993-cü ildə yaradılmış Konfederasiya öz sıralarında çox sayda həmkarlar ittifaqı təşkilatını birləşdirərək bu gün ölkəmizdə vətəndaş cəmiyyətinin mühüm institutlarından birinə çevrilmişdir. Ötən müddət ərzində qurum həmkarlar ittifaqı hərəkatının ən yaxşı ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə çalışmış, sosial tərəfdaşlığın səmərəliliyinin artırılması üçün əməli işlər görmüşdür. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sıralarında yer alan bir milyondan çox ittifaq üzvünün əmək və sosial-iqtisadi hüquqlarının, qanuni mənafelərinin müdafiəsinin təşkilində, əmək münasibətlərinin tənzimlənməsində və ictimai sabitliyin qorunmasında əhəmiyyətli rol oynayır. Konfederasiya 44 günlük Vətən müharibəsi zamanı, habelə bütün dünyanı bürümüş COVID-19 pandemiyası dövründə də dövlətimizin yanında olaraq ümumi işə dəstək vermişdir.Müasir inkişafın reallıqları və bu günün çağırışları Azərbaycanda həmkarlar ittifaqlarının fəaliyyətində əsaslı dəyişikliklərin aparılmasını, dünya təcrübəsindən faydalanaraq işlərinin yenidən qurulmasını labüd edir. Bu mərhələdə həmkarlar ittifaqlarının hüquqlarının ölkə qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq təmin edilməsi və məhdudlaşdırılmaması ən vacib məsələlərdən biridir. Eyni zamanda ölkə iqtisadiyyatının surətli inkişafı Azərbaycanın həmkarlar ittifaqlarından yeni yaradılmış iş yerlərində işçilərin əmək hüquqlarının qorunmasında və sosial problemlərinin həllində əzmkarlıq və qətiyyətli addımlar atmasını tələb edir. Dövlət orqanları və işəgötürənlər birlikləri bu sahədə Konfederasiya ilə sosial tərəfdaşlığı gücləndirməli və onunla imzalanmış Baş Kollektiv Sazişin yerinə yetirilməsini təmin etməlidirlər.Hörmətli yığıncaq iştirakçıları!İnanıram ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası dövlət orqanları və işəgötürən birlikləri ilə birgə işçilərin əmək və sosial-iqtisadi hüquqlarının qorunması, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması və cəmiyyətin ahəngdar inkişafı istiqamətində bundan sonra da səylər göstərəcəklər. Sizi bir daha ürəkdən təbrik edir, fəaliyyətinizdə yeni-yeni uğurlar və nailiyyətlər arzulayıram.İlham Əliyev,Azərbaycan Respublikasının PrezidentiBakı şəhəri, fevral 2023-cü il
07.02.2023
ATİAHİ Respublika Komitəsinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda konfrans keçirilib
Fevralın 1-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda konfrans keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda çıxış edən AHİK sədrinin müavini Cavanşir Alxasov bildirib ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzvü olan sahə həmkarlar ittifaqları da müvafiq tədbirlər planı tərtib edib və həyata keçirir. Bugünkü tədbirimiz də ATİAHİ Respublika Komitəsi tərəfindən “Heydər Əliyev İli” ilə bağlı təşkil edilən silsilə tədbirlərdən biridir. Konfrans Ulu Öndərin gənclər siyasətinə həsr olunmuşdur. Sonra C.Alxasov Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısında xidmətlərindən danışıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindən biri də onun gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində gördüyü işlərdir. Hələ keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildi. Həmin gənclər sonradan ali təhsilli mütəxəssis kimi ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində bacarıqlı kadr kimi fəaliyyətə başladılar. Heydər Əliyev gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsi istiqamətində də mühüm addımlar atmışdır. Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradılmış, qısa vaxtda gənclər siyasətinin əsas konturları müəyyənləşdirilmişdir. 1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradılmışdır. 1996-ci il fevralın 2-də gənclərin I Forumu keçirildi. Forumda ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinin daha uğurlu sabahına inandığını vurğuladı. Həmin dövrdə gənclərin problemlərinin həllini təmin edən fərmanların imzalanması, qanunların qəbul edilməsi, gənclərin dövlət quruculuğuna fəal cəlb olunması dövlətin gənclər siyasətinə mühüm töhfə verdi. Bununla da Azərbaycan gəncinin tam hüquqlu vətəndaş kimi öz gələcəyinə sahib çıxması və ona göstərilən etimadı doğrultmağa çalışması üçün münbit şərait yaradıldı. Ümummilli Liderimizin 1997-ci il 2 fevral tarixində imzaladığı Fərmana əsasən həmin tarix “Azərbaycan gəncləri günü” elan edildi. Dövlətin gənclər siyasəti bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qaldırılıb. Bu dəstək və diqqət nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Eyni zamanda onlarda vətənpərvərlik ruhunu formalaşdırıb. Biz 44 günlük Vətən müharibəsi zamanı bunun bir daha şahidi olduq. Gənclər siyasəti, gənclərin inkişafı ilə bağlı Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətə dəstək vermək ATİAHİ Respublika Komitəsinin fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edir. Bu gün Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 403484 nəfər ittifaq üzvünü özündə birləşdirir. Onların 187825 nəfərini gənclər təşkil edir. İttifaqımızın tərkibində olan ali məktəblər, kollec, peşə məktəbi və liseylərdə 168105 tələbə təhsil alır, onlardan da 104737 nəfəri ittifaqın üzvüdür. Hər il gənclərin sosial vəziyyətlərinin yaxşılaşdırılması, gənclər arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, istedadlı gənclərin aşkara çıxarılması, onların istedad və qabiliyyətlərinin inkişafı üçün şəraitin yaradılması, gənclərin elmə, təhsilə marağının artırılması, xalqımızın tarixinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə edilməsi, hərbi vətənpərvərlik tərbiyəsi işinin aparılması ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Tələbə gənclərin sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə ATİAHİ Respublika Komitəsinin vəsaiti hesabına aztəminatlı təbəqələrdən olan tələbələr üçün pulsuz nahar yeməyi verilir. Bizim bu işləri görməkdə məqsədimiz siz gənclərin asudə vaxtının səmərəli keçirilməsini, pis vərdişlərdən uzaq olmalarını təmin etmək, sizdə elmə, təhsilə maraq yaratmaqdır. Sonra çıxış edən AMEA Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərini diqqətə çatdırıb. Qeyd edib ki, Ulu Öndərin həyatı və siyasi fəaliyyəti müasir tariximizdə müstəsna yer tutur, istənilən sahənin inkişaf tarixinə nəzər saldıqda Heydər Əliyevin uğurlu siyasətinin şahidi oluruq. Ümummilli Lider vəzifədə olduğu illərdə dövrün mürəkkəbliyinə və görüləsi işlərinin çoxluğuna baxmayaraq, hər bir işin öhdəsindən layiqincə gəlib. Konfrans digər çıxışlarla davam edib.Konfrans digər çıxışlar ilə davam edib.E21A7267.JPG 3.77 MBE21A7268.JPG 3.51 MBE21A7276.JPG 3.84 MBE21A7279.JPG 3.24 MBE21A7283.JPG 3.01 MBE21A7304.JPG 4.04 MBE21A7309.JPG 3 MBE21A7311.JPG 2.88 MB
01.02.2023
AHİK-də həmkarlar ittifaqlarının veteranları ilə görüş keçirilib
Yanvarın 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) 30 illik yubileyi ərəfəsində uzun illər həmkarlar ittifaqları sahəsində çalışmış veteranlarla görüş keçirilib.Öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirakçıları, o cümlədən veteran həmkarlar işçilərini AHİK-in yaranmasının 30 illiyi münasibətilə təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb.Ardınca S.Möhbalıyev Azərbaycan həmkarlar ittifaqlarının inkişaf tarixindən, fəaliyyət istiqamətlərindən, vətəndaş cəmiyyətinin formalaşmasında xidmətlərindən, həmçinin həmkarlar ittifaqlarına Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin göstərdiyi dövlət dəstəyindən bəhs edib.Bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə həmkarlar ittifaqlarının fəaliyyətinə xüsusi diqqət ayırıb, qiymətli tövsiyələrini verib, qurultaylarına məktublar ünvanlayıb. Həmçinin dövlətimizin başçısı cənab İlham Əliyev də daim AHİK-in fəaliyyəti ilə maraqlanır, həyata keçirdiyi sosialyönümlü tədbirlərini təqdir edir, həmkarlar ittifaqı rəhbərlərini və fəallarını mükafatlandırır.AHİK sədri uzun illər həmkarlar ittifaqları sistemində çalışmış işçilərin fəaliyyətini yüksək qiymətləndirib və təsisatın inkişafında səmərəli xidmətlərindən danışaraq onlara təşəkkür edib.Vurğulayıb ki, ölkəmizdə əmək adamlarının sosial problemlərinin həlli, onlar üçün layiqli iş şəraitinin yardılması, əmək münasibətlərinin tənzimlənməsi, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində əldə olunmuş nailiyyətlərdə Sizin zəngin təcrübəniz və peşəkar fəaliyyətiniz əhəmiyyətli rol oynayıb.Qeyd edib ki, yaşadığımız qüdrətli dövlətimizdə vətəndaşlarımızın bütün hüquqları, o cümlədən əmək hüquqları ən yüksək səviyyədə təmin edilir və buna görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarıq.Çıxış edən veteranlar həmkarlar ittifaqları sistemindəki fəaliyyətlərindən danışıb, ötən günlər xatırlanıb.Sonda AHİK tərəfindən veteranlar mükafatlandırılıb.1-4.jpg 162.96 KB2-4.jpg 151.69 KB3-3.jpg 159.47 KB4-1.jpg 155.59 KB5-1.jpg 169.56 KB6.jpg 129.23 KB
30.01.2023
Gəncə şəhərində AHİK-in 30 illiyi münasibətilə “AHİK 30: Həmkarlar hərəkatının tarixi və gələcək perspektivlərə bir baxış” mövzusunda zona konfransı keçirilib
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaranmasının 30 illik yubileyi ilə əlaqədar silsilə tədbirlərini davam etdirir. ATİAHİ Respublika Komitəsinin təşkilatçılığı ilə növbəti zona konfransını Gəncə şəhərində keçirib. Konfransın mövzusu “AHİK 30: Həmkarlar hərəkatının tarixi və gələcək perspektivlərə bir baxış” olub. Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ Gəncə, Naftalan şəhər, Kəlbəcər, Xocalı, Goranboy, Ağdam, Bərdə, Tərtər, Ağcabədi, Samux, Göygöl, Daşkəsən, Şəmkir, Ağstafa, Tovuz rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. Konfransda əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib. Sonra AHİK-in 30 illik yubileyi ilə əlaqədar hazırlanmış video çarx nümayiş etdirilib. Konfransda ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Gəncə şəhər komitəsinin sədri Bayram Hacıyev və həmkarlar ittifaqı fəalları çıxış edərək Azərbaycanda həmkarlar ittifaqı hərəkatının yaranması və keçdiyi tarixi inkişaf yolundan, təşkilatın həmkarlar ittifaqı üzvlərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə bağlı gördüyü işlərdən danışıblar. Tədbirin sonunda AHİK-in 30 illik yubileyi ilə əlaqədar həmkarlar ittifaqı fəallarına Fəxri Fərmanlar təqdim olunub. IMG_9614.JPG 1.27 MB
28.01.2023
AHİK-in 30 illiyi münasibətilə növbəti zona konfransı Sumqayıtda keçirilib
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaranmasının 30 illik yubileyi ilə əlaqədar növbəti zona konfransını Sumqayıt şəhərində keçirib. “AHİK 30: Həmkarlar hərəkatının tarixi və gələcək perspektivlərə bir baxış” mövzusunda keçirilən konfransda ATİAHİ Respublika Komitəsinin sədri müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ Sumqayıt şəhər, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı, Abşeron, Laçın, Füzuli, Qubadlı rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. Konfransda əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib. Sonra AHİK-in 30 illik yubileyi ilə əlaqədar hazırlanmış video çarx nümayiş etdirilib. ATİAHİ Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmovun moderatorluğu ilə keçirilən konfransda ATİAHİ Respublika Komitəsi sədrinin müavini M.Cəfərzadə məruzə ilə çıxış edərək Azərbaycanda həmkarlar ittifaqı hərəkatının yaranması və keçdiyi tarixi inkişaf yolundan danışıb. Bildirib ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1992-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Şurasına daxil olan 6 həmkarlar ittifaqı – Elektrik Stansiyaları və Elektrotexnika, Avtonəqliyyat və Yol Təsərrüfatı, Rabitə, Sahibkarlıq, Aviasiya və İnşaat Kompleksi İşçiləri Həmkarlar İttifaqları növbədənkənar qurultay çağırmaq təşəbbüsü qaldırdılar və 5 fevral 1993-cü ildə keçirilən təsis qurultayında Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini konfederativ tipli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ötürdü. Bu təşkilatın yaranması ilə həmkarlar ittifaqlarının fəaliyyətində inzibati-amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi əsasında yenidən ölkə rəhbərliyinə gəlməsi ilə bütün sahələrdə olduğu kimi, ictimai təşkilatların, o cümlədən həmkarlar ittifaqlarının da həyatında köklü dəyişikliklər baş verdi, ictimai proseslərə səlahiyyətləri çərçivəsində müdaxilə etmək imkanları artdı. Ulu Öndərin demokratik yöndə inkişaf edən vətəndaş cəmiyyətinə verdiyi dəyərin əlaməti olaraq 1994-cü ildə Ulu Öndərin şəxsi təşəbbüsü və nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” qanun qəbul edildi. Bununla da təşkilatın fəaliyyəti genişləndi, nüfuzu özünə qaytarıldı, üzvlərin sayı artmağa başladı, qarşısında ictimai təşkilat kimi sərbəst və müstəqil imkanlar açıldı”.2003-cü ildə cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə həmkarlar ittifaqlarının qarşısında yeni imkanların açıldığını qeyd edən M.Cəfərzadə bildirib ki, ölkə başçısı hər zaman həmkarlar ittifaqı təşkilatlarının rolunu yüksək qiymətləndirib: “Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bərqərar olan demokratik mühit, insan hüquq və azadlıqlarına ali münasibət, vətəndaş cəmiyyətinin inkişafına göstərilən yüksək dəstək AHİK-in də sərbəst və müstəqil fəaliyyətinə geniş imkanlar açır. Fəxarətlə deyə bilərik ki, Ulu öndərin tövsiyələrinə uyğun olaraq, bu gün həmkarlar ittifaqları əmək prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə, o cümlədən xarici sərmayə ilə işləyən təşkilatlarda, transmilli kampaniyalarda iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Həmçinin əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, müəssisə rəhbərləri ilə işçilər arasında əmək münasibətlərinin normal məcrada qurulması, yarana biləcək ziddiyyətlərin aradan qaldırılması, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində fəal iş aparılır”. Sonra konfransda ATİAHİ Quba rayon komitəsinin sədri İradə İsrailova, Sumqayıt şəhər komitəsinin sədri Xudaverdi Əliyev, Abşeron rayon komitəsinin sədri Vahid Əliyev, Şabran rayon komitəsinin sədri Seymur Qədəşov və başqaları çıxış edərək AHİK-in keçdiyi inkişaf yolundan, həmkarlar ittifaqı üzvlərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə bağlı görülən işlərdən danışıblar. Tədbirin sonunda AHİK-in 30 illik yubileyi ilə əlaqədar həmkarlar ittifaqı fəallarına Fəxri Fərmanlar təqdim olunub. IMG_9520.JPG 1.06 MBIMG_9532.JPG 1.55 MBIMG_9535.JPG 1.43 MBIMG_9536.JPG 1.41 MBIMG_9598.JPG 1.46 MB
26.01.2023
AHİK-in 30 illiyi münasibətilə Şəki şəhərində zona konfransı təşkil olunub
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaranmasının 30 illik yubileyi ilə əlaqədar növbəti zona konfransı Şəki şəhərində təşkil olunub. “AHİK 30: Həmkarlar hərəkatının tarixi və gələcək perspektivlərə bir baxış” mövzusunda keçirilən konfransda ATİAHİ Respublika Komitəsinin sədri müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Şəki şəhər İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Anar Məmmədov, ATİAHİ Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Ağsu, Qobustan, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasıyevanın moderatorluğu ilə keçirilən konfransda əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib. Sonra ATİAHİ Respublika Komitəsi sədrinin müavini M.Cəfərzadə məruzə ilə çıxış edərək Azərbaycanda həmkarlar ittifaqı hərəkatının yaranması və keçdiyi tarixi inkişaf yolundan danışıb. Bildirib ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ictimai-siyasi həyatın bütün sahələrində olduğu kimi, həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətində də xeyli dəyişiklik baş verib. 1992-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Şurasına daxil olan 6 həmkarlar ittifaqı – Elektrik Stansiyaları və Elektrotexnika, Avtonəqliyyat və Yol Təsərrüfatı, Rabitə, Sahibkarlıq, Aviasiya və İnşaat Kompleksi İşçiləri Həmkarlar İttifaqları növbədənkənar qurultay çağırmaq təşəbbüsü qaldırdılar və 5 fevral 1993-cü ildə keçirilən təsis qurultayında Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini konfederativ tipli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ötürdü. Bu təşkilatın yaranması ilə həmkarlar ittifaqlarının fəaliyyətində inzibati-amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi əsasında yenidən ölkə rəhbərliyinə gəlməsi ilə bütün sahələrdə olduğu kimi, ictimai təşkilatların, o cümlədən həmkarlar ittifaqlarının da həyatında köklü dəyişikliklər baş verdi, ictimai proseslərə səlahiyyətləri çərçivəsində müdaxilə etmək imkanları artdı. Ulu Öndərin demokratik yöndə inkişaf edən vətəndaş cəmiyyətinə verdiyi dəyərin əlaməti olaraq 1994-cü ildə Ulu Öndərin şəxsi təşəbbüsü və nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” qanun qəbul edildi. Bununla da təşkilatın fəaliyyəti genişləndi, nüfuzu özünə qaytarıldı, üzvlərin sayı artmağa başladı, qarşısında ictimai təşkilat kimi sərbəst və müstəqil imkanlar açıldı”.2003-cü ildə cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə həmkarlar ittifaqlarının qarşısında yeni imkanların açıldığını qeyd edən M.Cəfərzadə bildirib ki, ölkə başçısı hər zaman həmkarlar ittifaqı təşkilatlarının rolunu yüksək qiymətləndirib: “Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bərqərar olan demokratik mühit, insan hüquq və azadlıqlarına ali münasibət, vətəndaş cəmiyyətinin inkişafına göstərilən yüksək dəstək AHİK-in də sərbəst və müstəqil fəaliyyətinə geniş imkanlar açır. Fəxarətlə deyə bilərik ki, Ulu öndərin tövsiyələrinə uyğun olaraq, bu gün həmkarlar ittifaqları əmək prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə, o cümlədən xarici sərmayə ilə işləyən təşkilatlarda, transmilli kampaniyalarda iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Həmçinin əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, müəssisə rəhbərləri ilə işçilər arasında əmək münasibətlərinin normal məcrada qurulması, yarana biləcək ziddiyyətlərin aradan qaldırılması, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində fəal iş aparılır”. Sonra konfransda Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Şəki şəhər İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Anar Məmmədov, ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasıyeva, ATİAHİ İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov və digərləri çıxış edərək AHİK-in keçdiyi inkişaf yolundan, həmkarlar ittifaqı üzvlərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə bağlı görülən işlərdən danışıblar. Tədbirin sonunda AHİK-in 30 illik yubileyi ilə əlaqədar həmkarlar ittifaqı fəallarına Fəxri Fərmanlar təqdim olunub. IMG_9334.JPG 1.86 MBIMG_9354.JPG 1.95 MBIMG_9322.JPG 2.52 MBIMG_9362.JPG 2.13 MBIMG_9380.JPG 1.87 MBIMG_9391.JPG 1.94 MBIMG_9402.JPG 2.09 MBIMG_9405.JPG 2.06 MBIMG_9431.JPG 2.31 MBIMG_9444.JPG 1.98 MBIMG_9456.JPG 2.16 MBIMG_9505.JPG 2.37 MB
23.01.2023
21 yanvar tarixində UNEC THİK və Artistanın birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Simli Kvartetinin 20 Yanvar şəhidlərinə həsr olunmuş bədii- incəsənət tədbiri keçirilmişdir.
21 yanvar tarixində UNEC THİK və Artistanın birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Simli Kvartetinin 20 Yanvar şəhidlərinə həsr olunmuş bədii- incəsənət tədbiri keçirilmişdir. Tədbirdə Azərbaycan və xarici bəstəkarların əsərləri ifa olunmuş, Azərbaycan Respublikasının Əməkdar Artisti Nərgiz Kərimova çıxış etmişdir. Tədbirdə 80 UNEC tələbəsi iştirak edib. Sonda xatirə şəkili çəkdirilib.b3b0206a-d248-404c-97fe-20bc49e76f00.jpg 318.82 KBIMG-20230121-WA0034.jpg 1.48 MB
21.01.2023
UNEC-in digər rəhbər şəxsləri və əməkdaşları UNEC-in tələbəsi, 20 yanvar şəhidi Habil Əzizovun məzarını ziyarət ediblər.
UNEC Qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev, UNEC Həmkarlar komitəsinin sədri Rüfət Süleymanlı, Tələbə Həmkarlar Komitəsinin üzvləri, həmçinin UNEC-in digər rəhbər şəxsləri və əməkdaşları UNEC-in tələbəsi, 20 yanvar şəhidi Habil Əzizovun məzarını ziyarət ediblər. Habil Əzizov 1968-ci il yanvar ayının 19-da Ağstafa rayonunun Vurğun qəsəbəsində anadan olub. Dünyaya göz açdığı gün, 19 yanvar tarixində, 22 yaşında, qiyabi təhsil üzrə universitetin 3-cü kursunda oxuyarkən şəhid olmuşdur. Ad gününü əmisinin ailəsi ilə qeyd etdikdən sonra dostu Xanoğlan ilə birlikdə şəhərə müstəqillik və azadlıq şüarları ilə sovet hakimiyyətinə etiraz edən soydaşlarımıza dəstək üçün evdən çıxan Habili sovet tankları altında qalaraq şəhidlik zirvəsinə ucalmışdır.Allah rəhmət eləsin! 333.jpg 75.71 KB9642_2c5c1018980f90deb1bf720af0bc4d60.jpg 51.08 KB9642_bf55f7c899b8e89d3c25247972dba80d.jpg 76.17 KB
20.01.2023
19 yanvar 2023-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universiteti Rus İqtisad Məktəbi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir
19 yanvar 2023-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universiteti Rus İqtisad Məktəbi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.Tədbir başlamazdan əvvəl torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin açılışını Tələbə Həmkarlar İttifaqı Komitəsinin Rus İqtisad Məktəbi üzrə sədri Günel Salahova edib. Daha sonra Rus İqtisad Məktəbin direktoru, dos. Mənsur Bərxudarov və direktor müavini Anar Eyyubova söz verilmişdir. Onlar çıxışlarında qeyd etmişdirlər ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir və 33 il keçməsinə baxmayaraq törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir. Tədbir tələbələrin faciəyə həsr edilmiş şeirlərin səsləndirilməsi ilə yekunlaşıb.IMG_20230119_215731_670.JPG 114.5 KBIMG_20230119_215926_095.jpg 170.22 KBIMG_20230119_215751_658.JPG 134.62 KBIMG_20230119_220202_376.jpg 139.87 KB
19.01.2023
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi və UNEC Dizayn Məktəbinin birgə təşkilatçılığı 20 yanvar faciəsinin 33-cü il dönümünə həsr olunmuş Rəsm müsabiqəsi keçirilmişdir
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi və UNEC Dizayn Məktəbinin birgə təşkilatçılığı 20 yanvar faciəsinin 33-cü il dönümünə həsr olunmuş Rəsm müsabiqəsi keçirilmişdir.Müsabiqədə UNEC Dizayn Məktəbinin direktoru dosent Lalə Məmmədova, kafedra müdiri dosent Elfanə Qasımova, UNEC Dizayn Məktəbinin baş müəllimi Aidə Dadaşova iştirak etmişdir. Müsabiqə zamanı UNEC Dizayn məktəbinin 20 yanvar faciəsi ilə bağlı çəkdiyi rəsm əsərləri nümayiş olunub.Rəsmlər içərisindən 3 rəsm seçilmişdir. I yer - Minacəddinova Ruhəngiz II yer – Eminbəyli AişəIII yer – Cəbrayılova Leyla Tədbirdə iştirak edən fəal tələbələr təşəkkürnamə, qaliblər diplomla təltif olunublar.d937a526-cbd2-4005-9f68-47aad30ad70d.jpg 417.06 KB9a75d071-06fd-407f-9e7a-4d38fc59c440.jpg 390.24 KB376d212b-6af7-42e4-bd48-ce38bc735d0c.jpg 478.31 KB51839eb5-cf51-4647-ae2d-c5ef51d4ae1a.jpg 471.43 KB0f396639-1abe-492f-9655-d8a140064a95.jpg 308.59 KBad74caec-8d85-48b4-8b5e-d4886ddc8761.jpg 425.38 KB198aad36-1afa-488f-ab7b-e2f28537da8c.jpg 391.62 KB1b53e885-1a86-4313-8469-e61d58096126.jpg 454.37 KBb0ac2c01-4b85-4196-8d7f-acea95936d26.jpg 449.11 KBaeaa1240-68c6-454f-9865-70ae548c1473.jpg 437.04 KB195e4c21-b1fd-4ca6-94eb-eb3cac400e64.jpg 475.46 KB
19.01.2023
“AHİK 30: Həmkarlar hərəkatının tarixi və gələcək perspektivlərə bir baxış” mövzusunda zona konfransı keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaranmasının 30 illik yubileyi ilə əlaqədar Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Lənkəran şəhərində “AHİK 30: Həmkarlar hərəkatının tarixi və gələcək perspektivlərə bir baxış” mövzusunda zona konfransı keçirilib. ATİAHİ Respublika Komitəsinin sədri müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, rayon komitəsi sədrlərinin və həmkarlar ittifaqı fəallarının iştirak etdiyi konfrans Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Konfransda ATİAHİ Respublika Komitəsinin sədri müavini Mirzə Cəfərzadə Azərbaycanda həmkarlar ittifaqı hərəkatının yaranması və keçdiyi tarixi inkişaf yolu ilə bağlı geniş məruzə ilə çıxış edib. Bildirib ki, həmkarlar ittifaqları böyük tarixi yol qət edərək bir sıra sınaqlardan keçib. Zaman-zaman dövrün tələblərinə uyğun davamlı inkişafı təmin etməklə aparılmış islahatlarla, yenilənmiş hüquqi mexanizmlərlə statusunu müəyyən edib və sosial tərəfdaşlığın təminatçısı kimi humanist mövqeyi ilə hər bir cəmiyyətdə böyük nüfuz sahibi olmağı bacarıb. Mövcud olduğu dövrdən bu günə kimi əmək adamlarının, zəhmətkeşlərin hüquqlarının müdafiəçisi funksiyasını əlində əsas tutaraq bu missiyanın uğurlu icrasının təmin olunmasına xidmətlər göstərib. Sovet dövründə həmkarlar ittifaqlarının inkişafında bir sıra uğurların əldə olunduğunu qeyd edən M.Cəfərzadə bildirib ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ictimai-siyasi həyatın bütün sahələrində olduğu kimi, həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətində də xeyli dəyişiklik baş verib: “1992-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Şurasına daxil olan 6 həmkarlar ittifaqı – Elektrik Stansiyaları və Elektrotexnika, Avtonəqliyyat və Yol Təsərrüfatı, Rabitə, Sahibkarlıq, Aviasiya və İnşaat Kompleksi İşçiləri Həmkarlar İttifaqları bu qurumun fəaliyyəti ilə razı olmadıqlarını bəyan etdilər və növbədənkənar qurultay çağırmaq təşəbbüsü qaldırdılar. 5 fevral 1993-cü ildə keçirilən təsis qurultayında Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini konfederativ tipli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ötürdü. Bu təşkilatın yaranması ilə həmkarlar ittifaqlarının fəaliyyətində inzibati-amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi əsasında yenidən ölkə rəhbərliyinə gəlməsi ilə bütün sahələrdə olduğu kimi, ictimai təşkilatların, o cümlədən həmkarlar ittifaqlarının da həyatında köklü dəyişikliklər baş verdi, ictimai proseslərə səlahiyyətləri çərçivəsində müdaxilə etmək imkanları artdı. Ulu Öndərin demokratik yöndə inkişaf edən vətəndaş cəmiyyətinə verdiyi dəyərin əlaməti olaraq 1994-cü ildə Ulu Öndərin şəxsi təşəbbüsü və nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” qanun qəbul edildi. Bununla da təşkilatın fəaliyyəti genişləndi, nüfuzu özünə qaytarıldı, üzvlərin sayı artmağa başladı, qarşısında ictimai təşkilat kimi sərbəst və müstəqil imkanlar açıldı”.M.Cəfərzadə qeyd edib ki, 2003-cü ildə dövlət başçısı seçilən cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu davam etdirərək ölkəmizin həyatının bütün sahələrində böyük nailiyyətlərə imza atdı. Hər bir Azərbaycan vətəndaşı bunu qısa müddətdə öz həyatında hiss etməyə başladı, o cümlədən həmkarlar ittifaqlarının qarşısında yeni imkanlar açdı: “Möhtərəm Prezidentimiz daim AHİK-in fəaliyyəti ilə maraqlanır, onun qurultaylarına təbrik məktubları göndərir, qiymətli tövsiyələrini verir, həmkarlar ittifaqları xadimlərini və fəallarını dövlət təltifləri ilə mükafatlandırır. Həmçinin insanların iqtisadi və sosial mənafelərinin, əmək hüquqlarının qorunması sahəsində həmkarlar ittifaqlarının rolunu yüksək qiymətləndirir. Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bərqərar olan demokratik mühit, insan hüquq və azadlıqlarına ali münasibət, vətəndaş cəmiyyətinin inkişafına göstərilən yüksək dəstək AHİK-in də sərbəst və müstəqil fəaliyyətinə geniş imkanlar açır. Fəxarətlə deyə bilərik ki, Ulu öndərin tövsiyələrinə uyğun olaraq, bu gün həmkarlar ittifaqları əmək prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə, o cümlədən xarici sərmayə ilə işləyən təşkilatlarda, transmilli kampaniyalarda iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Həmçinin əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, müəssisə rəhbərləri ilə işçilər arasında əmək münasibətlərinin normal məcrada qurulması, yarana biləcək ziddiyyətlərin aradan qaldırılması, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində fəal iş aparılır”. Çıxışının sonunda M.Cəfərzadə əminlik ifadə edərək bildirib ki, AHİK bundan sonra da dövlətimizin başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşəcək və həmkarlar ittifaqı üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsində səmərəli fəaliyyət göstərəcəkdir. Sonra konfransda Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, ATİAHİ Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova, Yardımlı rayon komitəsinin sədri Azər Ələkbərov çıxış edərək AHİK-in keçdiyi inkişaf yolundan danışıblar. Tədbirin sonunda AHİK-in 30 illik yubileyi ilə əlaqədar həmkarlar ittifaqı fəallarına Fəxri Fərmanlar təqdim olunub. WhatsApp Image 2023-01-13 at 20.47.29 (5).jpeg 156.03 KBWhatsApp Image 2023-01-13 at 20.47.29 (4).jpeg 199.86 KBWhatsApp Image 2023-01-13 at 20.47.29 (2).jpeg 155.65 KBWhatsApp Image 2023-01-13 at 20.47.29 (1).jpeg 137.86 KBWhatsApp Image 2023-01-13 at 20.42.56.jpeg 152.46 KBWhatsApp Image 2023-01-13 at 20.42.55 (1).jpeg 149.65 KBWhatsApp Image 2023-01-13 at 20.42.55.jpeg 245.91 KB
14.01.2023
Bizimlə əlaqə
+994 12 492 59 03 (daxili 1152)
adiu-thik@atiahi.org
Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)