39-cu Daxili Debat Forumunun final mərhələsi keçirilib
UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin dəstəyi, UNEC Debat klubunun təşkilatçılığı ilə “Gənclərin məşğulluq problemi” mövzusunda XXXIX Daxili Debat Forumunun final mərhələsi keçirilib.Forumun final mərhələsində təsdiq mövqedə “No Land” (Səid İsgəndərli, Fatimə Hüseynli, Nihat Rəhimov) inkar mövqedə isə "Gələcəyin işsizləri" (Rəcəbəli Əbdüləziz, Zərifə Balacayeva, Nigar Tahirli) komandaları qarşılaşıb.Maraqlı keçən debatın sonunda, münsiflər heyətinin qərarına əsasən, "No Land" komandası qalib olub.Qalib komanda kubok, medal, diplomla təltif olunub.15704af8-822f-410f-844b-c9f6f530ec8b.jpg 1.15 MB301498a6-84bc-434c-b5fc-24e0c02aad75.jpg 1.21 MB1237176d-298f-44c9-bca4-ba992ce5669c.jpg 1.13 MBae906902-08e6-48ca-9f98-f13df90f5c75.jpg 1.15 MBc4d4d96b-dad1-4e6d-a5a2-e9ebc1ef7b09.jpg 1.1 MB7d991986-1332-431c-8eed-f85ec771b44b.jpg 1.16 MB83baee94-d901-47d0-bb54-46fc4bdf3e15.jpg 1.12 MB95fd7fdc-1f32-42d3-b20c-37edf00d03ea.jpg 1.07 MB
29.12.2022
UNEC tələbələri növbəti infoturu: Azerbaijan Coca-Cola Botters
UNEC tələbələri "Azerbaijan Coca-Cola Botters" şirkətinin sərinləşdirici içkilər istehsalı zavodunda növbəti dəfə infoturda olublar.Karyera Mərkəzinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkil etdiyi infoturda SABAH mərkəzinin “Qida mühəndisliyi” ixtisası üzrə tələbələri sərinləşdirici içkilərin istehsal prosesini yaxından izləyiblər. Tələbələrə şirkətin mütəxəssisləri tərəfindən zavodda istehsal olunan sərinləşdirici içkilərin keyfiyyəti, qablaşdırılması, suyun filtr edilməsi haqqında məlumat verilib.Sonra tələbələr təhlükəsizlik və keyfiyyətə nəzarət sistemləri, qida sənayesində beynəlxalq keyfiyyət standartlarının "Coca-cola" məhsullarının istehsalındakı qiymətləndirilməsi ilə tanış olublar.Qeyd edək ki, UNEC və "Azerbaijan Coca-Cola Botters" arasındakı birgə fəaliyyətə dair əməkdaşlıq çərçivəsində şirkətdə infoturların və karyera günlərinin davamlı təşkili nəzərdə tutulub. 9579_c48c2feb74713ff35f7e151e7eba74f4.jpg 46.08 KB9579_a84bc0cbe0431a6153419f1a4d21766d.jpg 52.05 KB
29.12.2022
UNEC komandası universitetlərarası intellektual yarışda qalib oldu!
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında "Nə? Harada? Nə zaman?" intellektual yarışmada UNEC komandası qalib olub.Yarışda müxtəlif ali təhsil ocaqlarından ümumilikdə 14 komanda iştirak edib. Mübarizənin sonunda I yer UNEC, II yer ADNSU, III yerə BMU layiq görülmüşdür.UNEC komandasının bütün üzvlərini möhtəşəm qələbə münasibətilə təbrik edirik!Qeyd: UNEC-i yarışda THİK-in nəznində fəaliyyət göstərən İqtisadçı İntellektual Klubunun üzvləri təmsil etmişdir.af2e2405-e05d-4713-937e-bb000a1b5418.jpg 101.97 KB1dd3639d-c971-4beb-9b32-6352fa8e5ae9.jpg 143 KB7d94e687-ba03-4f6d-894e-8107ea531092.jpg 98.72 KBb12bccca-7fad-4b7e-88b0-bc677b746933.jpg 140.33 KBdfd1742f-3d81-4c1b-bdbc-739e3d156d1e.jpg 191.09 KBe46adb0e-7c0f-4d7c-9f02-be0856d6af1c.jpg 161.01 KBe1576beb-4748-4f72-9696-3da340ef38bd.jpg 148.64 KB
29.12.2022
Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə yeni il şənliyi keçirilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə yeni il şənliyi keçirilib.Şənlikdə UNEC HİK sədri Rüfət Süleymanlı, UNEC THİK sədri İlkan Əliyev, tələbə təşkilatlarının sədrləri və tələbələr iştirak ediblər.Tədbirin rəsmi hissəsində Rüfət Süleymanlı və İlkan Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tələbələri təbrik ediblər, qarşıdan gələn ilin uğurlu olmasını arzulayıblar.Çıxışlardan sonra THİK tərəfindən UNEC-in tələbə təşkilatlarının sədrlərinə 2022-ci tədris ilində səmərəli əməkdaşlığa görə “Təşəkkürnamə”lər, bu il məzun olacaq fakültələr üzrə təşkilat sədrlərinə isə “FƏXRİ FƏRMAN”lar təqdim olunub.Tədbir bədii-əyləncə ilə davam edib.ae96eba0-637d-401c-8503-cb20aaf3121e.jpg 238.14 KBa4e4ca42-e6f2-4999-864d-06936d13f10d.jpg 478.29 KBIMG_3816.JPG 3.84 MB6be34ffc-687a-4056-90cf-8f21a43b342b.jpg 145.07 KBDSC_7689_Original.jpeg 1 MBe210250f-ba94-4b66-9858-bd443145b564.jpg 325.85 KBIMG_3859.JPG 3.98 MBIMG_3869.JPG 4.16 MBIMG_3922.JPG 4.3 MB
29.12.2022
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin İlin yekunlarına dair hesabat iclası keçirilmişdir.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin İlin yekunlarına dair hesabat iclası keçirilmişdir.İlk öncə UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev tədbir iştirakçılarını salamlamış, qarışdan gələn "Yeni il" və "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibətilə təbriklərini dilə gətirmişdir.İclas zamanı UNEC THİK-in fakültələr üzrə sədrləri 2022-2023-cü il tədris ilindəki fəaliyyətləri müddətində görülən işlər, keçirilən layihə və tədbirlərlə bağlı hesabatı təqdim edib, bir il ərzində həyata keçirilən layihələrlə bağlı geniş məlumat verib.Çıxışlardan sonra müzakirələr aparılmış, təşkilatın 2022-2023-cü il tədris ilindəki fəaliyyəti qənaətbəxş hesab edilmişdir. Sonda tədris ilində göstərdikləri aktivliklərinə görə fərqlənən həmkarlara təşəkkürnamə təqdim olunub.ef273aa0-b806-4c29-94bc-22a7f087a0eb.jpg 957.61 KB177c8a4a-2922-4bcc-ba4f-cad8f72284e9.jpg 989.53 KB0db93731-ed42-4974-94f8-4bce9b1e0330.jpg 724.11 KB5d01e4f7-8531-4aa7-95a3-4c0a266a91de.jpg 792.27 KB06e13f89-f46d-4df1-89c4-2e5887b790f4.jpg 736.46 KB9f7cf367-2822-486f-acbe-3b9e77d254cf.jpg 757.09 KB57cb8202-365a-4b34-9bbf-eac7c59439b2.jpg 798.88 KB977d6967-e972-4616-8562-5868468a3fa3.jpg 752.23 KB979a212f-5920-4098-9f3e-7b5bdf51a0b2.jpg 746.24 KB99796243-813f-4162-95c2-83a9911bac27.jpg 963.54 KBa2661f3e-cc5c-4805-8a6d-c30c0b81eee0.jpg 1.12 MBe12c39b6-72b6-4365-893f-46931c0ed179.jpg 890.2 KBd03167be-b4c3-4079-ae16-c9065c1daeeb.jpg 45.29 KBe4cb1806-7076-4afb-9c30-fd6f76a93ffc.jpg 55.95 KBe973fdc0-5750-410d-a145-3e971ca5a868.jpg 46.16 KBf9549f87-ff03-4015-836f-6ca45bdb523e.jpg 59.71 KB4d021580-1074-4fc5-ad9b-a0e0573266f9.jpg 48.29 KB6ad278d7-435f-4632-b3e7-6d7606d3a7c3.jpg 50 KB9cc40795-33ae-49c3-9466-c3aa5cb75960.jpg 64.47 KB12fa8032-66f0-47fb-b7ac-d08db237f218.jpg 52.41 KB23cd1c54-fda4-459e-b9a1-d9371b2627c9.jpg 54.34 KB24d2db50-f5f0-42a1-8db7-85d9ecc4e0cb.jpg 48.41 KB34b274c4-cc7f-4774-84c7-8aa81ffd3f48.jpg 46.07 KB53beecf0-2e64-4875-927b-d38892ec039e.jpg 50.86 KB53f7dabe-a9c8-4bcd-8437-a2be583f03b9.jpg 48.45 KB60d9abf9-f21a-405a-a520-99c4f85f3fc3.jpg 52.14 KB88dc23fb-0fe6-4ab1-91d1-b381a8b93025.jpg 48.04 KB753f611d-b9d4-4be0-a010-dec89847acc6.jpg 52.92 KB8834c990-02dd-42e3-85cc-b9c6d55d6cb2.jpg 54.47 KB0065825f-d995-467c-82ef-44c71073e617.jpg 52.3 KB174754b0-0284-4ef7-87dc-716f25dbf036.jpg 50.86 KB325977fa-2a87-4de7-a972-82d8b50badda.jpg 51.09 KBa8d7c3fc-8baf-4700-abee-eb2e3f700cf5.jpg 50.6 KBaba6bf2b-5926-4383-a23d-92b70a80a731.jpg 47.26 KBb4fd2e12-b602-4180-acb9-7511249284c4.jpg 48.55 KBcc6f19c7-4378-414b-8ad2-7cf2837274da.jpg 47.94 KB
28.12.2022
UNEC-də “Karyera quruculuğu” mövzusunda seminar keçirilib
Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə "Karyera quruculuğu" adlı seminar keçirilib.Təlimçi Orxan Mahmudov tələbələrə uğurlu karyera qurmağın önəmli məqamlarını açıqlayıb.Təlimdə tələbələrin sualları cavablandırılıb. Müzakirələrdə fəal iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.IMG_20221220_113125_035.JPG 150.29 KBIMG_20221220_113144_457.JPG 127.09 KBIMG_20221220_113118_744.JPG 2.88 MB
28.12.2022
UNEC-də “Biz Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” məktəbinin bağlanış mərasimi keçirilib
Yeni Azərbaycan Partiyası Səbail rayon “İstiqlaliyyət 6” ərazi partiya təşkilatının qərargahında “Biz Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” adlı məktəbin bağlanış mərasimi keçirilib.Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Heydər Əliyev İqtisadi İrsinin Öyrənilməsi Mərkəzində keçirilən tədbirdə çıxışlardan öncə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyev və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bu cür tədbirlərin keçirilməsinin və gənclərin Heydər Əliyev irsi barədə geniş məlumata sahib olmasının əhəmiyyətini vurğulayıb.Milli Məclisin Müdafiə, təhlükəsizlik və ekologiya komitəsinin sədr müavini, YAP İdarə Heyətinin üzvü Hikmət Məmmədov bildirib ki, ulu öndər Heydər Əliyev hər zaman gənclərə xalqın gələcəyi kimi baxıb və onların təhsil almasının vacibliyini vurğulayıb. Bu istiqamətdə də hər zaman böyük addımlar atıblar. Belə ki, ilk növbədə təhsil almaq üçün gənclər xarici ölkələrə göndərildi. Bütün bunlar ulu öndərin gənclərin xalq üçün yararlı bir şəxsiyyət olmasında təhsilə nə qədər önəm verdiyinin göstəricisidir.Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan üzvlərə vəsiqələr təqdim olunub.Sonda “Biz Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” məktəbinin məzunlarına diplomlar verilib. Məzunların sırasında UNEC THİK fəalları da var. Maliyyə və mühasibat fakültəsinin III kurs tələbəsi İmanov Səbuhi “Fərqlənmə” diplomu, Maliyyə və mühasibat fakültəsinin II kurs tələbələri Həşimov Həsən, Teymurlu Jalə, Mühəndislik fakültəsinin II kurs tələbəsi İbrahimli Ülfət, UNEC Dizayn Məktəbinin II kurs tələbəsi Şıxalızadə Lalə, Türk Dünyası İqtisadiyyat Fakültəsinin II kurs tələbəsi Məmmədli Ayxan “Diplom”la təltif olunublar.
27.12.2022
ATİAHİ-nin nümayəndə heyəti qadınların beynəlxalq konfransında iştirak edib
Türkiyə Cümhuriyyətinin Antalya şəhərində “Türk dünyasında sosial həyat və iş həyatında qadının rolu” mövzusunda konfrans keçirilib.Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqı Birliyinin və Türk Egitim-Senin təşkilatçılığı ilə keçirilən bu konfransda təşkilatımızı ATİAHİ-nin Gender məsələləri üzrə ictimai komissiyasının və Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin sədri İlahə Talıbova, Pirallah rayon komitəsinin sədri Arzu Cahangirova, Gəncə Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Bakı Mühəndislik Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Ləman Şərifova və Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zəhra Hüseynova təmsil edib. Konfransda giriş sözü ilə çıxış edən Türk Eğitim-Sen və Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birilliyinin sədri Talip Geylan türkdilli təşkilatların qadın nümayəndələrini salamlayıb və belə bir möhtəşəm tədbirə ev sahibliyi etdiyi üçün qürur hissi duyduğunu bildirib. O öz çıxışında iş həyatında qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi, qadın hüquqları, iş həyatında qadınlara qarşı məhdudiyyətlər, qadınlara göstərilən şiddət və gender bərabərliyi ilə bağlı çıxış edib, qadınların iş həyatında daha fəal olması üçün mübarizə aparmağın vacib odluğunu söyləyib. Konfrans öz işinə qadın hüquqları ilə bağlı 10 mövzu üzrə müzakirələrlə davam etdirib. Bu müzakirələrdə ATİAHİ-nin nümayəndə heyəti fəal iştirak edib və mövzular üzrə çıxışlar ediblər. Konfransın sonunda direktivlər yaratmaq məqsədi ilə qadın hüquqları və gender bərabərliyi ilə bağlı 37 maddədən ibarət qətnamə qəbul edilib. Sonda xatirə şəkili çəkilib və nümayəndə heyətlərinin rəhbərlərinə hədiyyələr təqdim olunub. Qeyd edək ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının da üzv olduğu Avrasiya Təhsil Işçiləri Beynəlxalq Həmkarlar İttifaqı Birliyi 2006-cı ildə yaradılıb və 10 türkdilli təşkilatı özündə birləşdirir.MEB_1540.JPG 9.52 MBMEB_1561.JPG 9.86 MBMEB_1571.JPG 9.36 MBMEB_1594.JPG 9.48 MBMEB_1636.JPG 10.13 MBMEB_1698.JPG 9.72 MBMEB_1821.JPG 9.99 MBMEB_2016.JPG 10.21 MBMEB_2274.JPG 10.06 MBMEB_2295.JPG 9.47 MBMEB_2344.JPG 9.76 MBMEB_2356.JPG 11.36 MBMEB_2364.JPG 9.93 MBMEB_2590.JPG 9.65 MBMEB_2775.JPG 9.98 MBMEB_2782.JPG 11.97 MBMEB_2788.JPG 10.04 MBMEB_2795.JPG 10.27 MB
20.12.2022
UNEC tələbələri “Yarımçıq qalmış…” tamaşasını canlandırdı
UNEC-in Yaradıcılıq Mərkəzinin hazırladığı “Yarımçıq qalmış…” tamaşası yenilənmiş quruluşda tələbələrin iştirakı ilə nümayiş olunub.Yaradıcılıq Mərkəzinin Teatr dərnəyinin üzvləri olan UNEC tələbələrinin böyük məharət və peşəkarlıqla canlandırdıqları və 2 gün nümayiş olunan səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.Xatırladaq ki, Yefim Abramov və Leyla Bəyimin müəllifi olduğu “Xəyalpərvər oğlan” pyesi əsasında hazırlanan “Yarımçıq qalmış…” tamaşası respublikanın bir sıra məşhur teatr səhnələrində, eləcə də Türkiyədə Əskişəhərdə keçirilən “Azərbaycan mədəniyyət və incəsənət günləri” çərçivəsində nümayiş etdirilərək, böyük coşquya səbəb olumuşdu. Tələbə Həmkarlar İttifaqı Komitəsi9536_f232dc6b8c271cdecce59c86b6777865.jpg 66.97 KB9536_129d3ddc8e004963e8c737d9e23a3a13.jpg 55.2 KB
16.12.2022
AHİK sədri Səttar Möhbalıyev Gürcüstanda səfərdədir
Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının XV Qurultayı keçirilir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Tbilisi şəhərində Qurultayda iştirak edir.AHİK sədri həmçinin Qurultayın ilk günü xaricdən dəvət olunan qonaqların iştirakı ilə təşkil olunmuş “Demokratiya və layiqli əməyin inkişafı naminə sülh və dayanıqlı inkişafı təşviq edən həmkarlar ittifaqları” adlı konfransa qatılıb.Daha sonra S.Möhbalıyev Qurultayda çıxış edib. O, Azərbaycan və Gürcüstan həmkarlar ittifaqları arasında mövcud olan münasibətlərdən, təşkil olunan qarşılıqlı səfərlərin əhəmiyyətindən, aparılan təcrübə mübadilələrindən, onun effektli nəticələrindən, iki qurum arasında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində görülən işlərdən danışıb.Konfransın mövzusunu aktual hesab edən AHİK sədri bildirib ki, bu bütün dünya üçün əhəmiyyətlidir: “Demokratiya daim inkişaf edən bir prosesdir və hər bir yeni nəsil öz dəyər və prinsiplərini, o cümlədən qanunun aliliyi və insan haqlarını daha da inkişaf etdirmək və zənginləşdirmək üçün səy göstərməlidir. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Təsis Bəyannaməsində elan edilmiş prinsiplər bizi demokratik hüquq və azadlıqları hər yerdə təşviq etməyi tövsiyə edir. Firavan həyat demokratiyadan, layiqli əməkdən və kütləvi qırğın silahlarından xilas olmaqdan asılıdır. Sülh və demokratik hüquqlar Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün son dərəcə vacib amildir. Əminliklə deyə bilərik ki, bütün dünyada həmkarlar ittifaqları sülh, demokratik hüquq və azadlıqlar uğrunda mübarizədə öndə gedən təşkilatlardandır”.“Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əsas yük dövlətin üzərinə düşür. Həmkarlar ittifaqları ictimai təşkilat olaraq dövlətin qarşıya qoyduğu məqsədlərə çatmasına kömək etməlidir və təbii ki, bu prosesə fəal dəstək verirlər. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası üzv təşkilatlarla məsləhətləşmələr aparır, DİM-in ölkənin inkişafındakı roluna dair regionlarda çoxsaylı seminarlar keçirir”, – S.Möhbalıyev deyib.AHİK sədri həmçinin dünyada yaşayış səviyyəsinə və əməkhaqqına təsir göstərən əməyin keyfiyyətinin və məhsuldarlığının yüksəldilməsini, iş şəraitinin yaxşılaşdırılmasını, əmək şəraitində qadın və kişilərə bərabər imkanların yaradılmasını vacib hesab edib. Vurğulayıb ki, bütün əmək qabiliyyətli insanları normal gəlirli, iş yerində təhlükəsizliyi təmin edən, ailələrin sosial müdafiəsini gücləndirən, onların şəxsiyyət kimi formalaşmasına və cəmiyyətə inteqrasiyasına imkan verən layiqli işlə təmin etmək günümüzün ən aktual məsələlərindəndir”.0f8fe8d4-7c04-4f82-928e-6cfdc466578c.jpg 51.55 KB468d78a0-c68d-4d56-a249-ec5dc49d0604.jpg 136.46 KB3239ca90-ecb6-4323-944b-c436dc978c4a.jpg 109.46 KB
14.12.2022
UNEC-də ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılıb
Dekabrın 9-da UNEC Qiyabi və Əlavə Təhsil Mərkəzi Tələbə Həmkarlar İttifaqı Komitəsi və Maliyyə və mühasibat fakültəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.Tədbirdə fakültə dekanı dosent Hafis Hacıyev, THİK sədri İlkan Əliyev və tələbələr iştirak ediblər.Tədbirin açılışında ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirildikdən sonra ulu öndərin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.İqtisadiyyat kafedrasının müəllimi Aslan Əzimzadə, tələbələr Nigar İmaməliyeva, Nigar Quliyeva və digərləri çıxış edərək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsindən və fenomenal siyasi bacarığından bəhs ediblər. Azərbaycana inkişaf, xilaskarlıq, qurtuluş bəxş edən dahi şəxsiyyətin xalqımızın və tarixin yaddaşında əbədi yer tutduğunu qeyd ediblər.Tədbir bədii hissə ilə davam olunub. Tələbələr ulu öndərə həsr olunmuş şer səsləndiriblər, musiqi ifa ediblər.Sonda UNEC Dizayn məktəbinin 1-ci kurs tələbələri Kübra Bayramlıya və Cəmilə Hüseynovaya ulu öndərə həsr olunmuş tədbirdə çəkdikləri rəsm əsərlərinə görə “Təşəkkürnamə” təqdim edilib.f47b3e1e-ebb2-4de9-bc8c-02d45f2c32c0.jpg 189.92 KB_MG_8250.JPG 9.52 MB_MG_8297.JPG 7.01 MB_MG_8326.JPG 7.96 MB_MG_8391.JPG 6.95 MB_MG_8403.JPG 7.8 MB_MG_8421.JPG 8.56 MB_MG_8436.JPG 6.6 MB11d8f2b2-fb8d-4036-a203-77c1f8482bc7.jpg 216.5 KB446ad763-382d-4b8e-b9f1-2dda546e9a3f.jpg 360.58 KB794af2f0-b777-4f50-84f9-6689171858a3.jpg 267.87 KB09104be9-3564-498e-9438-79885f45d74f.jpg 258.5 KBaba507e5-f270-4c1a-8983-545903a93f90.jpg 139.61 KBbc737860-5364-470e-963f-cc154961b2a4.jpg 212.38 KBdaca7f9d-33c1-4740-9d05-01cc260c4c6f.jpg 311.33 KB
09.12.2022
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin VII Məclisi keçirilib
Dekabrın 7-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) VII Məclisi keçirilib.Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Sonra ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclasın gündəliyi ilə Məclis üzvlərini tanış edib. Gündəlikdə “ATİAHİ RK-nın Məclis üzvləri arasında qismən dəyişiklik edilməsi barədə”, “2021-2023-cü illər üçün bağlanmış Kollektiv Saziş və kollektiv müqavilələrin əmək münasibətləri, əməkhaqqı və əmək normaları, iş və istirahət vaxtı bölməsindəki maddələrinin yerinə yetirilməsi ilə bağlı üzv təşkilatların gördükləri işlər barədə”, “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin büdcə göstəricilərinin təsdiqi barədə”, “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi aparatının və üzv təşkilatlarının ştat cədvəlinin təsdiqi barədə”, “ATİAHİ-nin Nizamnaməsinə qismən dəyişiklik edilməsi barədə” məsələlər öz əksini tapıb.İclasda gündəlikdə duran hər bir məsələ ilə bağlı müvafiq qərarlar qəbul edilib.“2021-2023-cü illər üçün bağlanmış Kollektiv Saziş və Kollektiv Müqavilənin şərtlərinin yerinə yetirilməsi ilə bağlı üzv təşkilatların fəaliyyəti barədə” məsələnin müzakirəsi zamanı qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanmış Baş Kollektiv Sazişə əsaslanaraq ATİAHİ RK və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi arasında 2021-2023-cü illər üçün Kollektiv Saziş bağlanıb. Həmin Kollektiv Sazişi eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsini, “Həmkarlar İttifaqları Haqqında” Azərbaycan Respublikasının Qanununu, təşkilatın Nizamnaməsini və Respublika Komitəsinin qərar və tövsiyələrini əldə rəhbər tutaraq şəhər və rayon həmkarlar ittifaqı komitələri müvafiq təhsil şöbələri ilə, ilk təşkilatlar isə müvafiq təhsil müəssisəsi rəhbərləri ilə kollektiv müqavilə bağlayıblar.Kollektiv Saziş və müqavilələrdə təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqları, o cümlədən əməyinin ödənilməsi qaydaları və miqdarı, müavinətlərin, əlavələrin və digər ödəmələrin müəyyən edilməsi, iş və istirahət vaxtı, məzuniyyətlərin müddətləri haqqında şərtlər, işçilərin əmək şəraitinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən edilməsi, işəgötürənin təşəbbüsü ilə işçinin əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqı təşkilatı ilə razılaşmaların aparılması və digər mühüm öhdəliklər öz əksini tapıb.Qeyd olunub ki, Respublika Komitəsi tərəfindən ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının pozulması ilə əlaqədar daxil olan müraciətlər, eyni zamanda şifahi daxil olan müraciətlər ciddi şəkildə araşdırılıb, müvafiq köməklik edilib. Eyni zamanda Kollektiv Sazişdə öz əksini tapan müvafiq öhdəliyin yerinə yetirilməsi nəticəsində 2022-ci ildə 6 437 nəfər əlil təhsil işçisinə əlavə əməkhaqqının verilməsinə nail olunub.Məsələyə münasibət bildirən S.Möhbalıyev qeyd edib ki, bunun təmin edilməsi müsbət nəticə kimi qeyd edilməlidir. O həmçinin bildirib ki, rayon, şəhər və rayon hüquqlu komitələr daim kollektiv müqavilənin şərtlərinin yerinə yetirilməsinə nəzarət etməlidir. Həmçinin kollektiv müqavilə hazırlanan zaman bu sənədin kollektiv arasında müzakirəsi təmin edilməli, ittifaq üzvlərini narahat edən problemlər nəzərə alınmalıdır. Eyni zamanda ittifaq üzvlərinin müraciətlərinə həssas yanaşılmalı, onları narahat edən problemlərin həllinə köməklik göstərmək lazımdır.Sonra “ATİAHİ-nin Nizamnaməsinə qismən dəyişiklik edilməsi barədə” məsələ müzakirə edilərək qərar qəbul edilib.Daha sonra iclasda 2023-cü təqvim ili üçün ATİAHİ RK-nın büdcə göstəriciləri və RK Aparatının ştat cədvəli təsdiq edilib.Tədbirin sonunda S.Möhbalıyev gələcək fəaliyyətlə bağlı rayon, şəhər və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin sədrlərinə tövsiyələrini çatdırıb.1-2.jpg 103.91 KB2-2.jpg 204.65 KB3-1.jpg 111.73 KB4-1.jpg 161.39 KB5.jpg 66.86 KB
07.12.2022
UNEC-in məzunu şəhid Ülvi Hacıyevin şəhadətinin 2 ili tamam oldu
Dekabrın 6-da Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu Ülvi Hacıyevin anım günü idi.Anım günündə UNEC Biznes Məktəbinin əməkdaşları ,UNEC-in THİK sədri İlkan Əliyev və fəal tələbələr iştirak ediblər. UNEC kollektivi İkinci Şəhidlər Xiyabanında dəfn olunan şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil və gül dəstələri düzüblər.78565689-01fb-43cd-8f6f-ffcd5b55ce0a.jpg 467.74 KBb902ff82-98ca-4a84-a6c6-d89ddea49e5f.jpg 562.7 KBedb3ca6d-5ba2-4114-964c-cd8ab41441c2.jpg 568.99 KB6ced55dd-90a6-407f-a14a-d99dfe80e53d.jpg 396.46 KB196cee02-68a9-4d7e-9f89-0c4af949a9b6.jpg 500.44 KB8405f3c5-e6e1-45a6-8805-98c863b4daf1.jpg 455.23 KB
07.12.2022
UNEC kollektivi şəhid Hikmət Şıxməmmədovun məzarını ziyarət edib
UNEC kollektivi şəhid Hikmət Şıxməmmədovun məzarını ziyarət edibBiznes və menecment fakültəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin kollektivi Vətən müharibəsində şəhid olmuş UNEC məzunu Hikmət Şıxməmmədovun ad günündə onun məzarını ziyarət edib.Ağstafa rayonunun Dağkəsəmən kəndində şəhidin məzarını ziyarət edən UNEC kollektivi onun ailəsi ilə görüşərək, xoş xatirələrini bölüşüblər. Sonra şəhidin ailə üzvlərinə Hikmət Şıxməmmədovun rəsminin həkk olunduğu xalça və Fəxri fərman təqdim ediblər.65e85b1c-ede5-4087-b80f-2af2f1e3773f.jpg 288.34 KB59c1d42b-3e87-4c79-8597-9beab124858e.jpg 491.45 KBa47aa577-fae6-4a8e-8cae-2a08a0f2dc14.jpg 430.23 KB04a51193-4c14-421a-9225-211f1a4cd85e.jpg 307.53 KB05f9ad39-343f-40f2-bbdf-03f686723032.jpg 288.98 KB8b384c6c-6c6a-4864-9aa6-c545c4b3c3ff.jpg 322.4 KB9711a391-18e2-4341-a9d7-44a5cd76ae52.jpg 337.51 KB
07.12.2022
“UNEC muzeyini tanıyaq” layihəsinə start verilib
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “UNEC muzeyini tanıyaq” layihəsinə start verilib.Layihənin əsas məqsədi tələbələri UNEC-in muzeyi ilə tanış etmək, universitetin tarixi ilə məlumatlandırmaqdır.Maliyyə və mühasibat, Türk Dünyası İqtisad fakültəsinin tələbələri ilə layihənin ilk açılışı keçirilib. Tələbələr muzeylə tanış olarkən, universitetin tarixi ilə bağlı maraqlı informasiya əldə ediblər. Bildirilib ki, muzey 1500 əsas və 500 köməkçi fonddan ibarətdir.a686ee71-be4b-4aa1-a2f0-51233e3fe53e.jpg 125.7 KBdebde510-be3f-4d3d-846f-daf3d72a05b3.jpg 229.67 KBe5d239d3-1509-45a8-ad70-e8943f45c21e.jpg 194.03 KBf3e22eb0-a4cf-4694-8b2f-68dfc72d28ff.jpg 195.84 KBf9ba25d9-4ca1-4e71-8487-a132e27c99dc.jpg 218.67 KB4ad27b5b-5e85-4252-831e-dcc1680ade2c.jpg 215.87 KB19750db0-12e5-41e8-a07a-e632bad23230.jpg 129.72 KB
06.12.2022
Bizimlə əlaqə
+994 12 492 59 03 (daxili 1152)
adiu-thik@atiahi.org
Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)