UNEC komandası universitetlərarası intellektual yarışda qalib oldu!
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında "Nə? Harada? Nə zaman?" intellektual yarışmada UNEC komandası qalib olub.

Yarışda müxtəlif ali təhsil ocaqlarından ümumilikdə 14 komanda iştirak edib. Mübarizənin sonunda I yer UNEC, II yer ADNSU, III yerə BMU layiq görülmüşdür.
UNEC komandasının bütün üzvlərini möhtəşəm qələbə münasibətilə təbrik edirik!
Qeyd: UNEC-i yarışda THİK-in nəznində fəaliyyət göstərən İqtisadçı İntellektual Klubunun üzvləri təmsil etmişdir.


Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo