Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə yeni il şənliyi keçirilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə yeni il şənliyi keçirilib.

Şənlikdə UNEC HİK sədri Rüfət Süleymanlı, UNEC THİK sədri İlkan Əliyev, tələbə təşkilatlarının sədrləri və tələbələr iştirak ediblər.
Tədbirin rəsmi hissəsində Rüfət Süleymanlı və İlkan Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tələbələri təbrik ediblər, qarşıdan gələn ilin uğurlu olmasını arzulayıblar.
Çıxışlardan sonra THİK tərəfindən UNEC-in tələbə təşkilatlarının sədrlərinə 2022-ci tədris ilində  səmərəli əməkdaşlığa görə “Təşəkkürnamə”lər, bu il məzun olacaq fakültələr üzrə təşkilat sədrlərinə isə “FƏXRİ FƏRMAN”lar təqdim olunub.
Tədbir bədii-əyləncə ilə davam edib.

Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo