Türkiyənin həmkarlar təşkilatı şəhid ailələrinə maddi dəstək üçün AHİK-in hesabına vəsait köçürüb

Türkiyənin həmkarlar təşkilatı şəhid ailələrinə maddi dəstək üçün AHİK-in hesabına vəsait köçürüb

Yanvarın 14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ölkəmizdə səfərdə olan Türkiyənin həmkarlar ittifaqarları mərkəzlərindən biri olan – “Hak-İş” Konfederasiyasının sədri Mahmut Arslan və qurumun baş katibi Eda Günərlə görüşüb.Görüşdə Azərbaycanla Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərindən, həmçinin iki qurum arasındakı əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və gələcək perspektivlərdən danışılıb.AHİK sədri bildirib ki, ölkələrimiz arasındakı münasibətlər qardaşlıq prinsipləri əsasında bütün sahələrdə möhkəm təməllər üzərində qurulub, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları xalqlarımızın milli-mənəvi dəyərlər müstəvisində birliyinin təminatçısıdır.Onun sözlərinə görə, bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri məqsədyönlü siyasət sayəsində ölkələrimiz arasındakı münasibətlər daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.1-1-1920x1285.jpg 244.61 KB2-scaled.jpg 416.29 KB3-scaled.jpg 393.06 KB4-scaled.jpg 420.2 KB5-scaled.jpg 346.79 KB6-scaled.jpg 399.55 KBŞuşa Bəyannaməsini tarixi hadisə adlandıran S.Möhbalıyev qeyd edib ki, Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə, o cümlədən siyasi, iqtisadi, ideoloji, humanitar sahələrdə davamlı inkişafını təmin edir, eyni zamanda müttəfiqliyin geostrateji əhəmiyyətini artırır.İşğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstəyi dəyərləndirən S.Möhbalıyev vurğulayıb ki, bu, sözün hər bir mənasında, təmənnasız qardaşlığın nümunəsi idi.“Hak-İş” Konfederasiyası tərəfindən şəhid ailələrinə və qazilərə, həmçinin Şərqi Zəngəzurun və Qarabağın bərpasına xərclənməsi üçün AHİK-in hesabına köçürülən 25 000 ABŞ dolları vəsaitə görə türkiyəli həmkarına təşəkkür edən AHİK sədri Azərbaycanda şəhid ailələrinin, qazilərin, veteranların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu və prosesdə ictimai təşkilatların da fəallığını diqqətə çatdırıb.Səmimi qəbula görə təşəkkür edən “Hak-İş” Konfederasiyasının sədri Mahmut Arslan Vətən müharibəsində Azərbaycanın qazandığı qələbəni tarixi hadisə adlandırıb və bu münasibətlə azərbaycanlı həmkarlarını təbrik edib. Onun sözlərinə görə, Azərbaycan haqq-ədalət uğrunda mübarizə apardı, bütün dünyaya öz gücünü göstərdi. M.Arslan deyib ki, Şərqi Zəngəzurun və Qarabağın işğaldan azad olunması hər birimizin arzusu idi və bizim bu arzumuz reallaşdı: “Biz də Türkiyənin ictimai təşkilatı olaraq qardaş ölkənin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının ailələrinə, qazilərə dəstək olmağa çalışırıq. Göstərdiyimiz bu maddi yardım, təbii ki, simvolik xarakter daşıyır. Biz bununla demək istəyirik ki, hər zaman azərbaycanlı qardaşlarımızın yanındayıq və bunu özümüzə borc bilirik”.Görüşdə həmçinin maraq doğuran digər məsələlər müzakirə olunub. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkili çəkdirilib.

14.01.2022

Səttar Möhbalıyev: “Ölkəmiz 2021-ci ili böyük nailiyyətlərlə başa vurub”

Səttar Möhbalıyev: “Ölkəmiz 2021-ci ili böyük nailiyyətlərlə başa vurub”

“Dövlətimizin başçısı cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın son 11 ayda qazandığı iqtisadi uğurlardan bəhs etdi. Görünən odur ki, dünya iqtisadiyyatında hansı formada və səviyyədə böhran baş verməsindən asılı olmayaraq, Azərbaycan iqtisadiyyatı bütün sınaqlara hazırdır və sürətlə inkişaf edir. Bunun bariz nümunəsini biz hələ də tam aradan qalxmayan pandemiya dövründə gördük. Qısa müddətdə bütün dünyanı sosial-iqtisadi böhran bürüdü. Amma görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər sayəsində ölkə iqtisadiyyatı duruş gətirə bildi. Son 11 ayın yekunlarından da aydın görünür ki, bu iqtisadi artım davam edir. Qeyri-neft sektorunda da bu hal müşahidə olunur. Sənaye istehsalında, valyuta ehtiyatlarında ciddi artım var, ixrac imkanları da artır. Bütün bunlar Azərbaycanın iqtisadi qüdrətini göstərir”.Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.Onun sözlərinə görə, aqrar islahatlar nəticəsində ölkəmizin kənd təsərrüfatı da sürətlə ikişaf edir: “Daxili istehsal dəfələrlə artıb, üzümçülük, pambıqçılıq genişlənir. Fermerlər üçün əlverişli şərait yaradılır. Ərzaq məhsullarının böyük hissəsi ölkəmizdə istehsal olunur. Cənab Prezidentin səsləndirdiyi rəqəmlər də bunu deməyə əsas verir. İşğaldan azad edilmiş ərazilərimizdə də kənd təsərrüfatının inkişafı istiqamətində genişmiqyaslı iş aparılır. İnanırıq ki, həmin ərazilərdə aqrar sahədə görülən işlər ölkəmizin iqtisadi inkişafında, ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq”.“Dövlətimizin başçısı müsahibəsində Şərqi Zəngəzurda və Qarabağda aparılan abadlıq və quruculuq işlərindən də danışdı. Həmin ərazilərdə genişmiqyaslı proqram icra edilir. Sıfırdan yeni şəhər və kəndlər salınır, yüzlərlə məktəb, xəstəxana, idman kompleksləri, mədəniyyət ocaqlarının inşası nəzərdə tutulub, hava limanınları tikilir, 100 kilometrlərlə dəmir yolu, minlərlə kilometr avtomobil yolu çəkilir, habelə digər irihəcmli işlər reallaşdırılır. Qısa müddətdə bu istiqamətdə xeyli işlər görülüb. Bütün bunlar yalnız Azərbaycanın maliyyə resursları hesabına, heç bir kənar dəstək olmadan həyata keçirilir. Aparılan işlərin sürəti də göstərir ki, yaxın zamanlarda bu proses yekunlaşacaq, sakinlər öz ata-baba yurduna qayıdaraq orada əbədi xoşbəxt yaşayacaqlar. Bu istiqamətdə dövlətimiz əlindən gələn hər şeyi edir və buna hamımız şahidik”, – Milli Məclisin deputatı bildirib.“İşğal altında olan torpağlarımız azad edilərkən Silahlı Qüvvələrimiz Ermənistan Ordusunu məhv etdi. Ordumuzun gücünə bütün dünya şahid oldu, peşəkarcasına, böyük Vətən sevgisi ilə döyüşürdülər. Onların bir amalı var idi: işğal altındakı torpaqları azad etmək. Ordumuz bunu rəşadətlə, böyük qəhrəmanlıq göstərərək yerinə yetirdi. Bu gün dünyanın bir sıra aparıcı hərbi araşdırma mərkəzlərində, həmçinin ali hərbi məktəblərdə Ordumuzun 2-ci Qarabağ müharibəsində sərgilədiyi döyüş taktikası maraqla öyrənilir, əsgərlərimizin döyüş ruhu təqdir olunur, bu barədə hərbi ekspertlər məqalələr dərc etdirib fikirlərini bildirirlər. Həqiqətən də, Ordumuzun qəhrəmanlığı bütün dünyaya səs saldı, tarixi ədaləti, beynəlxalq hüququn pozulmuş prinsiplərini bərpa etdi. Separatizim layiq olduğu cəzanı aldı. Bütün bunlar Azərbaycan Ordusunun gücünü və qüdrətini göstərir. Bu gün Ermənistanda hamıda gülünc doğura biləcək revanşist fikirlər də səslənir. Amma anlamırlar ki, qarşılarında bir müddət öncə onların ordularını məhv etmiş qalib və yenilməz Azərbaycan əsgəri var. Vətən müharibəsindən sonra Ermənistan tərəfindən törədilən bütün hərbi təxribatlara layiqli cavablar verilib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev də müsahibəsində Ermənistanda olan revaşist düşüncəli insalara tutarlı mesaj göndərdi. Artıq onları hansı aqibət gözləyir hamıya məlumdur. Dövlətimizin başçısının “Bizim gördüyümüz tədbirlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri İkinci Qarabağ müharibəsi dövründə nümayiş etdirildiyindən daha güclü olacaq” fikri məncə onlara bəs edər”, – AHİK sədri fikrini belə tamamlayıb.

13.01.2022

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin bayram təbriki

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin bayram təbriki

Təbrikdə deyilir:“Dövlətimizin başçısı cənab İlham Əliyev başda olmaqla müzəffər xalqımızı, o cümlədən həmkarlar ittifaqlarının hər bir üzvünü, həmçinin Vətəndən uzaqlarda yaşayan soydaşlarımızı 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı və uzun ömür arzulayıram. Növbəti ildə xəstəliklərdən, bəlalardan, fəlakətlərdən uzaq xoşbəxt həyat nəsibiniz olsun.Əziz həmvətənlər, bu gün dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövləti parlaq və xoşbəxt gələcəyə doğru inamla irəliləyir. Əminik ki, bizi qarşıda daha böyük nailiyyətlər və işıqlı gələcək gözləyir.Bir daha Həmrəylik Günü və Yeni il münasibətilə Sizləri ürəkdən təbrik edir, əmin-amanlıq, firavan həyat arzulayıram. Qoy həmişə dövlətimiz qüdrətli, bayrağımız uca, həmrəyliyimiz əbədi olsun.Bayramınız mübarək“.

30.12.2021

ATİAHİ Respublika Komitəsinin VI Məclisi keçirilib

ATİAHİ Respublika Komitəsinin VI Məclisi keçirilib

Dekabrın 15-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin VI Məclisi keçirilib. Zoom platforması üzərindən keçirilən tədbir onlayn formatda təşkil olunub. İclas torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyev iclasın gündəliyi ilə Məclis üzvlərini tanış edib. Gündəlikdə “ATİAHİ Respublika Komitəsinin Məclis üzvləri arasında qismən dəyişiklik edilməsi barədə”, “ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyətinin tərkibində qismən dəyişiklik edilməsi barədə”, “2022-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının xidmətində olan üzv təşkilatlarda hesabat-seçki yığıncaqlarının (konfransların) keçirilməsi barədə”, “Kollektiv Saziş və kollektiv müqavilələrin şərtlərinin yerinə yetirilməsi, o cümlədən ittifaq üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarının müdafiəsi sahəsində üzv təşkilatların fəaliyyəti barədə”, “II Qarabağ Müharibəsində iştirak etmiş təhsil işçiləri və onların ailə üzvlərinin sosial müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barədə”, “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin büdcə göstəricilərinin təsdiqi barədə”, “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi aparatının ştat cədvəlinin təsdiqi barədə” məsələlər öz əksini tapıb.İclasda gündəlikdə duran hər bir məsələ ilə bağlı qərarlar qəbul edilib.  “Kollektiv Saziş və kollektiv müqavilələrin şərtlərinin yerinə yetirilməsi, o cümlədən ittifaq üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarının müdafiəsi sahəsində üzv təşkilatların fəaliyyəti barədə” məsələnin müzakirəsi zamanı qeyd olunub ki,       Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanmış Baş Kollektiv Sazişə əsaslanaraq ATİAHİ Respublika Komitəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında 2021-2023-cü illər üçün Kollektiv Saziş bağlanmışdır. Həmin Kollektiv Sazişi, eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsini, «Həmkarlar İttifaqları Haqqında» Azərbaycan Respublikasının Qanununu, təşkilatın Nizamnaməsini və Respublikası Komitəsinin qərar və tövsiyələrini əldə rəhbər tutaraq şəhər və rayon həmkarlar ittifaqı komitələri müvafiq təhsil şöbələri ilə, ilk təşkilatlar isə müvafiq təhsil müəssisəsi rəhbərləri ilə kollektiv müqavilə bağlamışlar. Kollektiv müqavilələrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 31-ci maddəsinə uyğun olaraq təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqları, o cümlədən əməyinin ödənilməsi qaydaları və miqdarı, müavinətlərin, əlavələrin və digər ödəmələrin müəyyən edilməsi, iş və istirahət vaxtı, məzuniyyətlərin müddətləri haqqında şərtlər, işçilərin əmək şəraitinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən edilməsi, işəgötürənin təşəbbüsü ilə işçinin əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqı təşkilatı ilə razılaşmaların aparılması və digər öhdəliklər öz əksini tapmışdır. Öhdəliklərin yerinə yetirilməsi ilə bağlı bir sıra işlər görülmüşdür ki, onlardan biri təhsil sahəsində çalışan 6110 əlilin əməkhaqlarına müvafiq olaraq 10-25 faiz artımın əlavə edilməsi olub. Məsələyə münasibət bildirən S.Möhbalıyev qeyd edib ki, bunun təmin edilməsi müsbət nəticə kimi qeyd edilməlidir. O həmçinin bildirib ki, rayon, şəhər və rayon hüquqlu komitələr daim kollektiv müqavilənin şərtlərinin yerinə yetirilməsinə nəzarət etməlidir. Həmçinin kollektiv müqavilə hazırlanan zaman bu sənədin kollektiv arasında müzakirəsi təmin edilməli, ittifaq üzvlərini narahat edən problemlər nəzərə alınmalıdır. Eyni zamanda ittifaq üzvlərinin müraciətlərinə həssas yanaşılmalı, onları narahat edən problemlərin həllinə kömək göstərmək lazımdır. “II Qarabağ Müharibəsində iştirak etmiş təhsil işçiləri və onların ailə üzvlərinin sosial müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barədə” məsələnin müzakirəsi zamanı isə qeyd olunub ki, Vətən müharibəsi başlanan gündən ATİAHİ Respublika Komitəsi və onun xidmətində olan şəhər, rayon, rayon hüquqlu təşkilatlar, o cümlədən ali və orta ixtisas təhsili məktəblərinin həmkarlar ittifaqı komitələri Azərbaycan Respublikasının Silahlı Qüvvələrin əsgər və zabitlərinə maddi və mənəvi kömək göstərilməsini daim diqqət mərkəzində saxlamışdır. Belə ki, ATİAHİ Respublika Komitəsi tərəfindən Silahlı Qüvvələrinin Fonduna 350000 manat maliyyə vəsaiti köçürülmüş, 17800 manat məbləğində gündəlik tələbat malları  alınaraq cəbhə bölgəsinə göndərilmişdir. Bununla yanaşı, bəzi şəhər, rayon və ali məktəblərin həmkarlar ittifaqı komitələrinin əməkdaşları həmin ərəfədə cəbhəyanı bölgələrdə olmuş və orada xidmət edən əsgər və zabitlərə lazımi dəstək göstərmişlər. Ümumilikdə 760 nəfər təhsil işçisi ordu sıralarında döyüşərək, qələbəmizin təmin olunmasında yaxından iştirak etmişlər. 20 nəfər təhsil işçisi – Gəncə şəhəri, 14 №-li tam orta məktəbin riyaziyyat müəllimi Rabil İsmayılov və 16 №-li tam orta məktəbin müəllimi Rəşad Məmmədov, Lənkəran şəhəri, 6 №-li tam orta məktəbin  müəllimi Etiram Hüseynli və 7 №-li tam orta məktəbin  müəllimi Emil Qurbanov, Ağdam rayonu, 19  №-li köçkün tam orta məktəbin  müəllimi Vüqar Vəliyev, Abşeron rayonu, Masazır 5  №-li tam orta məktəbin  müəllimi Qoşqar Ömərov, Ağstafa şəhəri, 1  №-li tam orta məktəbin  direktoru Elvin İmaməliyev, Beyləqan rayonu, Təzəkənd kənd orta məktəbin müəllimi Əvdil Quliyev, Cəlilabad rayonu, Fərdili kənd ümumi orta məktəbin müəllimi Tural Rəhimov, Daşkəsən rayonu, Gurbulaq kənd  ümumi orta məktəbin müəllimi Vidadi İsrafilov, Gədəbəy rayonu, Dəyəqarabulaq kənd tam orta məktəbin  müəllimi Kənan Müzəffərli, İsmayıllı şəhəri, 3  №-li tam orta məktəbin  müəllimi Famil Əhmədzadə, Lerik rayonu, Şors kənd ümumi orta məktəbin müəllimi Elgün Quliyev, Saatlı rayonu, Təhsil Şöbəsinin əməkdaşı Xalid Nəciyev, Sabirabad rayonu, Qaraqaşlı kənd  tam orta məktəbin  müəllimi Elxan Rzayev, Samux rayonu, Çobanabdallı kənd  tam orta məktəbin  təsərrüfat müdiri Həsən Məmmədli, Salyan Peşə Liseyin texniki işçisi Vidadi Əhmədov, Oğuz rayonu, Sincan kənd tam orta məktəbin  müəllimi təşkilatçısı Rəvan Lətifov, Tovuz rayonu, Hacılar kənd orta məktəbin  texniki işçisi Tural Sarıyev və Respublika Uşaq-Gənclər İdman Məktəbinin gözətçisi Ceyhun Adıgözəlov Vətən uğrunda gedən döyüşlərdə şəhid olmuşlar. Bir ittifaq üzvümüz də Goranboy rayonu, Tap Qaraqoyunlu kənd uşaq bağçasının musiqi müəllimi Ziyadova Flora Qaraş qızı 29 oktyabr 2020-ci il tarixdə erməni təxribatı zamanı yaşadığı evinə mərmi düşməsi nəticəsində həlak olmuş və müvafiq icra orqanları tərəfindən ona şəhid statusu verilmişdir. Məsələnin müzakirəsi zamanı İkinci Qarabağ müharibəsində iştirak edən ittifaq üzvlərinə və ailələrinə yardım edib, şəhid ailələrini, qaziləri diqqətində saxlayıb, xüsusi qayğı göstərmişdir. Məsələnin müzakirəsi zamanı rayon, şəhər, rayon hüquqlu həmkarlar ittifaqı komitələri tərəfindən bu istiqamətdə görülmüş işlər barədə geniş məlumat verilib. Məsələyə münasibət bildirən S.Möhbalıyev deyib ki, 2020-ci il və 2021-ci ilin ilk 9 ayı ərzində AHİK pandemiya və Vətən müharibəsi ilə əlaqədar ümumilikdə 21.933.446 manat vəsait xərcləyib. Belə ki, 44 günlük müharibə dövründə AHİK və onun üzv təşkilatları tərəfindən “Silahlı Qüvvələrə Yardım Fondu”na 1.036.815 manat, “YAŞAT” Fonduna 594.770 manat, “Qarabağ Dirçəliş Fondu”na 600.000 manat, Silahlı Qüvvələrə və cəbhə bölgəsinə yaxın ərazilərdə yaşayan və müharibədən əziyyət çəkən sakinlərə 1.610.771 manat, Naxçıvan Muxtar Respublikasının həmkarlar ittifaqlarına 150.000 manat vəsait köçürülüb. AHİK və onun üzv təşkilatları tərəfindən həmişə diqqətdə saxlanılan şəhid ailələrinə və qazilərə ümumilikdə 1.915.913 manat maddi yardım göstərilib. 13.735 şəhid ailəsinə və qaziyə birdəfəlik yardım edilib. 164 şəhid ailəsinin 274 övladı himayəyə götürülüb və 18 yaşına kimi hər ay onlara maddi yardım göstəriləcək: “Şəhid ailələri, onların övladları dövlətimiz tərəfindən hər cür qayğı ilə əhatə olunub. Lakin mən tövsiyə edirəm ki, həmkarlar təşkilatları bu ailələri diqqətdən kənar qoymamalıdır. Pandemiya qaydalarını əməl etmək şərti ilə imkanınız daxilində onları bayram münasibətilə təbrik edin, şəhid övladlarına hədiyyələr təqdim edin. Onlara baş çəkin”. Daha sonra iclasda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin büdcə göstəriciləri və Respublika Komitəsi aparatının ştat cədvəli təsdiq edilib. Tədbirin sonunda S.Möhbalıyev gələcək fəaliyyətlə bağlı rayon, şəhər və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin sədrlərinə tövsiyələrini çatdırıb. 5.JPG 2.55 MB1.jpg 2.72 MB2.jpg 2.67 MB3.JPG 2.61 MB4 (1).jpg 2.88 MB

15.12.2021

Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo