Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə  həsr olunmuş futbol turnirində UNEC-in Maliyyə və mühasibat fakültəsi qalib olub.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş futbol turnirində UNEC-in Maliyyə və mühasibat fakültəsi qalib olub.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və UNEC İdman klubunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tələbələrarası futbol turnirinin final mərhələsi keçirilib.Finalda Maliyyə və mühasibat fakültəsinin tələbələrindən ibarət “Harop” komandası qalib olub. Rus İqtisad Məktəbi”–nin “Sparta” komandası II yerin, İqtisadiyyat və idarəetmə fakültəsinin “Ağdərə” komandası isə III yerin sahibi olub.Qalib komandanın üzvlərinə kubok, diplom, medallar təqdim olunub.5c8a231d-f353-4fcc-9db2-c987e4b94f88.jpg 277.05 KB6c2ec3aa-beb8-40c5-9fbc-c42ad3d77cfd.jpg 268.73 KB09f0af4b-6b5b-41d9-84e8-d1570fc14127.jpg 377.74 KB710c1897-88f5-4b8c-955f-207cabf116b6.jpg 349.58 KB20230422_110545.jpg 5.67 MBae54d14b-7039-4ebf-8f62-349ed1a45ef0.jpg 261.88 KB20230421_114331.jpg 6.19 MB20230421_131804.jpg 5.32 MBc8c2e29d-3235-4404-bafa-03e98e952891.jpg 307.48 KBcd37e6d1-56a6-44bc-adbb-292a2c7ebc1f.jpg 328.85 KBd07c50d0-6b2d-406d-b615-e875ed73a2da.jpg 292.96 KBIMG_20230422_170418_156.jpg 6.63 MBIMG_20230422_170559_295.jpg 3.69 MB

27.04.2023

“Biz Bir Ailəyik” əlilliyi olan şəxslərə dəstək ictimai birliyinin təşkilatçılığı, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin könüllü dəstəyi ilə şəhid ailələri, qazilər və əlilliyi olan şəxslər üçün təşkil olunmuş Ramazan tədbiri keçirilib.

“Biz Bir Ailəyik” əlilliyi olan şəxslərə dəstək ictimai birliyinin təşkilatçılığı, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin könüllü dəstəyi ilə şəhid ailələri, qazilər və əlilliyi olan şəxslər üçün təşkil olunmuş Ramazan tədbiri keçirilib.

“Biz Bir Ailəyik” əlilliyi olan şəxslərə dəstək ictimai birliyinin təşkilatçılığı, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin könüllü dəstəyi ilə şəhid ailələri, qazilər və əlilliyi olan şəxslər üçün təşkil olunmuş Ramazan tədbiri keçirilib.Tədbirdə şəhid ailələri, qazilər, əlilliyi olan şəxslərlə yanaşı eyni zamanda Milli Məclisin deputatı Jalə Əhmədova, 1 saylı DOST mərkəzinin direktoru Çingiz Əliyev, QHT sədrləri, THİK-in fəal tələbələri iştirak ediblər.Tədbir ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və sağlamlıq imkanları məhdud uşaqlar tərəfindən Dövlət Himnimizin işarət dilində ifa edilməsi ilə başlayıb. Tədbirdə çıxış edən Biz bir ailəyik əlilliyi olan şəxslərə İB-nin sədri, UNEC THİK-in sədr müavini Günay Ağazadə dövlət siyasətində sosial islahatların xüsusi yer tutduğunu, həssas təbəqəyə dəstək, onların problemlərinin həlli məqsədilə müxtəlif tədbirlər həyata keçirildiyini bildirib.Tədbirdə çıxış edən Milli Məclisin deputatı Jalə Əhmədova, 1 saylı DOST mərkəzinin direktoru Çingiz Əliyev, "İstedadlı Əlillər" İctimai Birliyinin sədri Qubad Qasımov Ramazan ayının insanların nəfsi ilə imtahan olunduğunu, müsəlmanların bu ayın fürsətlərindən yararlanmaq üçün xeyir əməllər, ibadətlər, dualar etdiyini, müxtəlif qurumlar, fərdi şəxslər tərəfindən aztəminatlı ailələr, həssas təbəqədən olan vətəndaşlar üçün iftar süfrələri açıldığını, xəstələrin, kimsəsizlərin daha çox ziyarət olunduğunu diqqətə çatdırıblar. Çıxış edənlər oruc tutanlara Allahdan ibadətlərinin qəbul edilməsini diləyib, xalqımıza əmin-amanlıq, ruzi-bərəkət, şəhidlərimizə rəhmət, qazilərə şəfa, sağlamlıq imkanları məhdud şəxslərə, o cümlədən əlində silah Vətən keşiyini çəkən hərbi qulluqçulara cansağlığı arzulayıblar.Tədbir bədii hissə ilə davam edib. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin, o cümlədən sağlamlıq imkanları məhdud gənclərin ifasında vətənpərvərlik mahnıları, həmçinin şeirlər səsləndirilib.Tədbirin sonunda iştirakçıları və fəal könüllüləri təşəkkürnamə ilə təltif ediblər.deac1796-a70f-4b0b-a125-bfb466a1b2a2.jpg 259.43 KBe77a5bff-6a88-4156-8a41-4238e327296f.jpg 345.07 KBe527acca-006e-4d5a-a9a3-f00a87d6e289.jpg 230.3 KB0fa7d104-e877-4937-ad94-2988b1588064.jpg 275.23 KB2f33ddec-a043-4691-a068-b4c4ccead690.jpg 324.07 KB6d04d173-e7db-414f-b16d-d58a840a41fa.jpg 292.14 KB30a60b64-cd8a-4d2e-aff1-d5f3cb176ae1.jpg 322.81 KB30ba173b-a302-46d1-81dd-e70925a4028b.jpg 304.13 KB49afb759-cdc8-4dcb-a523-0b4ca4f9ae1c.jpg 456.38 KB536b32ad-fcfe-4a9c-ad35-57ec4e14e8a8.jpg 271.25 KB613a9895-5086-4474-a8ef-79ec0a6c73a6.jpg 316.55 KB1998ff20-4cdb-4841-9179-2b532cb2b39e.jpg 328.44 KB260775f8-5ba6-4a50-b60b-ce9aa14bd185.jpg 224.64 KB80393533-e5ba-402c-b116-a5ef02efb8ec.jpg 264.4 KBa4d2bb5f-df65-438d-9dc4-4144e2e8e356.jpg 332.22 KBab1102b2-9b95-4fd6-b37e-0d57d0fd36f9.jpg 199.76 KBb6e3b2ec-bde3-4f2c-af4c-434239ea7201.jpg 305.81 KBbff02c4f-5691-4f02-9250-33945d4988e2.jpg 380.35 KBd26679f5-11eb-4798-95df-a1dfd5310e28.jpg 300.61 KBdd96a3d9-699f-479c-9def-02ed10b88475.jpg 232.96 KBde49de73-4a1c-497c-8bf1-8c2c2d734ae1.jpg 283.38 KB

17.04.2023

Astara rayonunda “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilib

Astara rayonunda “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilib

Astara rayonunda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə birgə “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilib. Rayonun Heydər Əliyev Mərkəzində təşkil edilən konfransda ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ Lənkəran, Astara, Lerik, Cəlilabad, Yardımlı, Masallı, Salyan, Hacıqabul, Şirvan, Sabirabad, İmişli rayon komitələrinin sədrləri və fəalları iştirak ediblər.Konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.Konfransda çıxış edən ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə həmkarlar təşkilatlarının fəaliyyətində ciddi dönüş yarandı, bu təsisat öz mahiyyəti üzrə fəaliyyət göstərməyə başladı. Həmkarlar ittifaqlarının fəaliyyətində inzibati amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı, təşəbbüskarlığa, dünya həmkarlar ittifaqları sisteminə inteqrasiyaya yol açıldı. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Sonra Ümummilli lider Heydər Əliyevlə bağlı video çarx nümayiş etdirilib, “”Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi, Astara şəhər 1 saylı tam orta məktəbin 10a sinif şagirdi Həsənli Leylanın təqdimatı dinlənilib. Daha sonra ATİAHİ Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova, Hacıqabul rayon komitəsinin sədri Kifayət Əmirbəyova, Yardımlı rayon komitəsinin sədri Azər Ələkbərov, Astara şəhər 1 saylı tam orta məktəbin müəllimi Gülayə Babazadə və Astara şəhər  şəhər 3 saylı tam orta məktəbin HİK sədri Böyükxanım Məmmədova çıxış ediblər. IMG_9861.JPG 1.3 MBIMG_9873.JPG 1.25 MBIMG_9874.JPG 1.21 MBIMG_9876.JPG 1.24 MBIMG_9879.JPG 1.33 MBIMG_9884.JPG 1.26 MBIMG_9896.JPG 1.43 MB

17.04.2023

Ali təhsil müəssilərinin tələbələri  arasında  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı seçim turu Azərbaycan Dövlət İqtisad Universitetində keçirilmişdir.

Ali təhsil müəssilərinin tələbələri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı seçim turu Azərbaycan Dövlət İqtisad Universitetində keçirilmişdir.

Ali təhsil müəssilərinin tələbələri  arasında  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı seçim turu Azərbaycan Dövlət İqtisad Universitetində keçirilmişdir.Əsası umumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün uğurla davam etdirilir. 2023-cü ilin may ayının 10-da ümumilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olur. Bədii yaradıcılıq müsabiqə festivalının keçirilməsinin məqsədi gəncləri milli vətənpərvərlik ruhunda hazırlamaq, onları mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək , incsənətin ayrı-ayrı növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inişaf etdirilməsinə dəstək verməkdir.Bədii yaradıcılıq festivalında Azərbaycan Dövlət İqtisad Universitetinin HİK sədri Rüfət Süleymanlı, THİK sədri İlkan Əliyev və münsiflər heyəti - Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Mədəni-kütləvi və idman işləri şöbəsinin müdiri Nəzirov Rüstəm Məmməd oğlu; Azərbaycan Dövlət Musiqili Komedkiya teatrının direktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, münsiflər heyətinin sədri – Lalayev Əlqismət Hümmət oğlu, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Azərbaycan Respublikasının xalq artisti Muradova Təranə Hüseyn qızı; Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Baba Vəziroğlu (Mənsimov Baba Vəzir oğlu) ; Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının xalq artisti Cəfərov Samir Qədir oğlu ; Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Quliyev Hafis Məhərrəm oğlu; Azərbaycan Respublikasının xalq artisti Məmmədova Gülyanaq Zakir qızı; Azərbaycan Milli Konservatoriyasının müəllimi Növrəsli Arslan Növrəs oğlu iştirak etmişdir.Bədii yaradılıq müsabiqə festivalının Final mərhələsi 6 may 2023-cü il tarixində Heydər Əliyev Sarayında keçiriləcək.71e7991e-01f5-4429-b1ec-c7c420b23154.jpg 139.9 KB7894b65e-9899-45d4-9899-d97a0fb5b1fc.jpg 88.6 KBc5f0ac10-9eac-498f-a9e1-14723189510e.jpg 117.86 KBc92af513-aac3-4c60-9afd-ad64a93de215.jpg 117.87 KBd624fdb7-99ba-4845-8dd3-92e43d5d5319.jpg 273.93 KBd985a462-84ea-4b26-8f1a-c9d913c74f3a.jpg 122.34 KBdd7a0e2e-ce26-4186-8878-d6871e3a1e51.jpg 94.26 KBDSC_1282.JPG 234.1 KBDSC_1286.JPG 416.34 KBDSC_1289.JPG 442.5 KBDSC_1295.JPG 414.05 KBDSC_1299.JPG 483.77 KBDSC_1301.JPG 275.57 KB

17.04.2023

“Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda növbəti zona konfransı Şəkidə keçirilib

“Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda növbəti zona konfransı Şəkidə keçirilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi “Heydər Əliyev ili” ilə bağlı silsilə tədbirlərini davam etdirir. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş növbəti zona konfransı Şəki şəhərində keçirilib. Şəki Heydər Əliyev Mərkəzində təşkil edilən konfransın mövzusu “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” olub. Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Şəki şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova, Şəki - Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Günay Mahmudova, ATİAHİ-nin Ucar, Yevlax, Zərdab, Göyçay, Ağdaş, Şamaxı, Ağsu, Mingəçevir, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Şəki, Zaqatala, Balakən rayon komitələrinin sədrləri, həmkarlar ittifaqı fəalları iştirak edib. Konfrans iştirakçıları əvvəlcə Ümummilli Liderin Şəki şəhər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə tər çiçəklər qoymuşlar. Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu öndərin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. İclasda çıxış edən ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə  bildirib ki, Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzvü olan sahə həmkarlar ittifaqları da müvafiq tədbirlər planı tərtib etmiş və həyata keçirirlər. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi də “Heydər Əliyev İli” ilə bağlı tədbirlərin keçirilməsinə başlayıb. Zona konfransı da Respublika Komitəsinin silsilə tədbirlərindən biridir. Sonra M.Cəfərzadə Azərbaycanda həmkarlar ittifaqlarının inkişafında ümummilli lider Heydər Əliyevin rolundan danışıb. Qeyd edib ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Daha sonra konfransda Şəki şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir  müavini  Günay Mahmudova, ATİAHİ İsmayıllı  rayon komitəsinin sədri  Hafiz Kərimov, Qax rayonu 2 saylı tam orta  məktəb - liseyin  direktoru Aybəniz Məmmədova, Əməkdar müəllim, HİK veteranı Şəfaqət Rəsulov, Zaqatala rayonu üzrə Təhsil Sektorunun  metodisti  Rəcəb Əlizadə, Oğuz  rayonu üzrə Təhsil Sektorunun metodisti Günel Abdullayeva və başqaları çıxış ediblər. Sonra ATİAHİ Şəki rayon komitəsinin Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar müəllim  arasında  keçirdiyi «Heydər  Əliyev mənim üçün kimdir?» və şagirdlər arasında keçirilmiş «Ürəklərdə yaşayan lider» inşa-yazı müsabiqəsində yer tutmuş qaliblər mükafatlandırılıb. Mükafatlandırma mərasimində çıxış edən ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasıyeva bildirib ki, iştirakçılara təşəkkür edib və rayon komitəsinin bu kimi tədbirləri il ərzində davam etdirəcəyini bildirib. Tədbirin sonunda şagirdlərin ifasında şeirlər, mahnılar dinlənilib, rəqs nömrələri nümayiş etdirilib. CSC_9896 (1).JPG 10.58 MBDSC_9837.JPG 8.23 MBDSC_9903.JPG 7.34 MBDSC_9924.JPG 7.21 MBDSC_9990.JPG 7.23 MBDSC_0025.JPG 7.62 MBDSC_9958.JPG 7.16 MBDSC_9950.JPG 6.96 MBDSC_9945.JPG 7.09 MBDSC_9942.JPG 6.56 MBDSC_9928.JPG 7.64 MBDSC_9877.JPG 6.35 MBDSC_0010.JPG 6.33 MBCSC_9916.JPG 10.01 MB

10.04.2023

UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və Rəqəmsal İqtisadiyyat fakültəsinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş

UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və Rəqəmsal İqtisadiyyat fakültəsinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Proqramlaşdırma olimpiadası" keçirilib.

UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və Rəqəmsal İqtisadiyyat fakültəsinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Proqramlaşdırma olimpiadası" keçirilib.Olimpiadada 12 komanda və hər komandada 3 nəfər olmaqla 36 tələbə iştirak ediblər. Qalib komandalara diplom və mükafat, digər komandalar isə iştirakçı sertifikatı ilə təltif olunub.10020_9241385b360701cea4dacc12eac64549 (2).jpeg 23.02 KB10020_30dd106a268e4656c5c56853e4ef5b2f (2).jpeg 32.18 KB10020_4ee776193edfeb20056ecf3f06388a56 (1).jpeg 31.63 KB10020_3e658f3859d2c0cb8804022c268e338e (2).jpeg 30.27 KB10020_1ae8c938278b3313d75b8372df5d7f1b (1).jpeg 26.33 KB10020_1ac2421c13325dee1cfb5d19db6a4e4f (2).jpeg 26.27 KB10020_30dd106a268e4656c5c56853e4ef5b2f (2).jpeg 32.18 KB10020_f898de99b890e9d0e661affd12f7abb5 (2).jpeg 29.94 KB

10.04.2023

Sumqayıt Dövlət Universitetində bədii yaradıcılıq festivalının baxış-müsabiqəsi keçirildi

Sumqayıt Dövlət Universitetində bədii yaradıcılıq festivalının baxış-müsabiqəsi keçirildi

Aprelin 4-də Sumqayıt Dövlət Universitetində ali təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan bədii yaradıcılıq festivalının baxış-müsabiqəsi keçirildi.Azərbaycan Respublikası  Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi Rəyasət Heyətinin qərarı ilə ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən festival milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörməti inkişaf etdirmək məqsədi daşıyır.Müsabiqədə tələbələrimiz incəsənətin müxtəlif janrlarında öz bacarıqlarını nümayiş etdirdilər. Tələbələrin müxtəlif sahələr üzrə -ifaçılıq, rəqs, bədii qiraət, aşıq havalarını ifaetmə bacarıqları münsiflər heyəti tərəfindən maraqla qarşılandı.İstedadlı tələbələrin müəyyən edilməsi Azərbaycan Respublikasının tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti - Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Samir Cəfərov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi, yekun konsertin quruluşçu rejissoru Hafiz Quliyev, Xalq artisti Gülyanaq Məmmədova, Azərbaycan Milli Konservatoriyasının müəllimi Arslan Növrəsli tərəfindən həyata keçirildi.Müsabiqənin sonunda münsiflər heyəti iştirakçılara təklif və tövsiyələrini verdi, tələbələrə uğurlar arzulayaraq, yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə dərin təşəkkürlərini bildirdilər.Qeyd edək ki, festival qaliblərinin yekun konserti may ayında keçiriləcək. Qaliblər Elm və Təhsil Nazirliyi və ATİAHİ-nin diplom və hədiyyələri ilə mükafatlandırılacaq.DSC_4396.JPG 8.55 MBDSC_4312.JPG 9.04 MB

05.04.2023

UNEC-in Aprel şəhidi Tural Dadaşovun anım günü keçirilib

UNEC-in Aprel şəhidi Tural Dadaşovun anım günü keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Tural Dadaşovun anım günü keçirilib. Anım günü münasibəti ilə UNEC-in THİK sədr müavini Səbuhi İmanov, Maliyyə və Mühasibat fakültəsinin THİK sədri Həsən Həşimov və fəal tələbələr şəhidin ailə üzvləri ilə birlikdə onların məzarlarını ziyarət edərək, məzarı önünə gül dəstələri düzərək, xatirəsini yad ediblər. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonar "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Tural Dadaşov 1993-cü ilin 24 avqust günündə Bakı şəhərində anadan olub. Tural Dadaşov 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kommersiya fakültəsini bitirib. Əsgər Tural Dadaşov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı şəhid olub. 514adbfa-f403-4392-be89-31056bf27be2.jpg 377.57 KB9171ad45-34da-4604-92ec-7393d888b373.jpg 413.04 KB42b30872-1f88-4cd2-87f5-4eced9c819f7.jpg 319.6 KB5cfcc99f-99ef-489c-b0b4-3b3ce1f1991c.jpg 371.89 KB6aa29de4-91f5-4bf6-b63c-f70c44c36322.jpg 354.73 KB42b30872-1f88-4cd2-87f5-4eced9c819f7.jpg 319.6 KB7987ee2b-4c38-48cc-9cf8-679c3095cd3a.jpg 404.77 KBe6383e11-936b-41bb-bb9b-750578bc7372.jpg 300.13 KB

03.04.2023

UNEC kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.

UNEC kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.

UNEC-in Həmkarlar İttifaqı  Komitəsinin sədri Rüfət Süleymanlı, THİK sədri İlkan Əliyev, Tələbə-rektor Cabbar Cəlilov, TEC-in sədri Nəzrin İbrahimova və fəal tələbələr 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.UNEC kollektivi abidənin önünə gül dəstələri düzdükdən sonra, onlara ermənilərin törətdikləri soyqırım barədə məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, əhalinin həyat tərzi haqqında fotolar var. Kompleksdə quraşdırılan monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı ölkəmizin müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Qeyd olunub ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.Martın 31-i Azərbaycanın tarixində unudulmaz bir gündür.Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüssənin əzaməti ilə unudulmazdır.31 mart ikinci günlərdən idi.31795684-1528-4565-945c-8ae9e29b07ae.jpg 424.17 KBc8927bd1-71cc-45b9-b711-2994a722bde3.jpg 344.38 KB7976005d-4574-4e62-9648-d7b6b4b573df.jpg 231.28 KB16b400f1-0aa4-4849-b747-ce8c507af095.jpg 252.55 KB34895277-985b-486a-94fc-21a5eb97c591.jpg 301.36 KBc31afa90-d6de-4bf3-a980-3d50832fb066.jpg 278.14 KBa3df7e16-347e-4cca-adb0-9095e69f10cd.jpg 296.87 KB6a2cf634-377d-4e27-a42b-e83f0e426a64.jpg 233.03 KBad9b3bb7-e772-41a8-825d-c0bc5b4a8780.jpg 299.21 KBbfbcb52f-ea3c-4f5e-82c7-3e69318c9c90.jpg 266.87 KB66bac0fe-1b8a-448f-a6fb-988f2e907acc.jpg 215.09 KB

30.03.2023

Gəncə şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilib

Gəncə şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə birgə “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilib. Tədbirdə ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ-nin Qərb rayonları üzrə sədrləri və fəalları, eləcə də Universitet rəhbərliyi, professor-müəllim və tələbələri iştirak ediblər.Konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.Açılış nitqi ilə çıxış edən ADAU-nun rektoru vəzifəsini icra edən Zəfər Qurbanov universitetdə könüllülük fəaliyyəti və gənclər təşkilatlarının missiyaları haqqında məlumat verib. O bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə həmkarlar təşkilatlarının fəaliyyətində ciddi dönüş yarandı, bu təsisat öz mahiyyəti üzrə fəaliyyət göstərməyə başladı. Həmkarlar ittifaqlarının fəaliyyətində inzibati amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı, təşəbbüskarlığa, dünya həmkarlar ittifaqları sisteminə inteqrasiyaya yol açıldı.Çıxış edən ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə deyib ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Tədbirdə həmçinin ATİAHİ Kəlbəcər rayon komitəsinin sədri Məhiyəddin Allahverdiyev, ADAU-nun ictimai elmlər kafedrasının müdiri Azad Bayramov, komputer mühəndisliyi fakültəsinin III kurs tələbəsi Fəridə Zeynalova çıxış ediblər.Sonra Ulu Öndər Heydər Əliyevin gənclər və təhsil sahəsində fəaliyyətindən bəhs edən videoçarx konfrans iştirakçılarına nümayiş olunub.Daha sonra çıxış edənlər həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyevin həyata keçirdiyi işlər və qəbul etdiyi qərarlardan söhbət açıblar.1680072622_1680015278_dsc_0058-1.jpg 534.35 KB1680015328_dsc_0113.jpg 323.65 KB1680015334_dsc_0074.jpg 516.96 KB1680015361_dsc_0066.jpg 455.34 KB1680015404_dsc_0106.jpg 389.64 KB1680015409_dsc_0085.jpg 516.99 KB

28.03.2023

Zəfərimizlə başa çatan II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan UNEC-in məzunu Teymur Zeynalovun martın 28-də doğum günü idi, yaşasaydı 30 yaşı olacaqdı.

Zəfərimizlə başa çatan II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan UNEC-in məzunu Teymur Zeynalovun martın 28-də doğum günü idi, yaşasaydı 30 yaşı olacaqdı.

Teymur Zeynalovun doğum günündə yaşadığı evinin önündə xatirə bulağının qarşısında tədbir keçirilmişdir.Tədbirdə şəhidin ailə üzvləri ilə yanaşı, şəhid ailələri, UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktor müavini Aytən Hüseynli, mərkəzinin əməkdaşları və tələbələr iştirak ediblər.Tədbir Şəhidin orta təhsil aldığı 30 nömrəli məktəbin şagirdlərinin Vətənpərvərlik çıxışları ilə davam etmişdir.UNEC kollektivi Biləcəri şəhidlər xiyabanında şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər. Azərbaycan Ordusunun əsgəri olan Teymur Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Zeynalov oktyabrın 24-də Füzuli döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Zeynalov ölümündən sonra "Vətən uğrunda" medalı,  "Füzulinin azad olunmasına görə" medalı, "Laçının azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.Zeynalov Teymur ailəli idi, 2 yaşlı üzünü görmədiyi Oğuz adlı övladı var.c18dda58-cea5-4c23-927e-fdf7251b87a5.jpg 476.12 KBd1ea5ea4-ca91-4d22-bcb9-1b37eb467bbb.jpg 397.5 KB074c2dd1-83fd-4cca-af8c-159c05283670.jpg 434.8 KB925621e9-0a65-443b-a1d7-09d0dd66acc5.jpg 451.81 KB2838887f-accb-42e2-bf66-b487c2181c3f.jpg 162.48 KB1c19fa5b-3368-479c-84c4-e2b2d331d7d7.jpg 132.6 KB2a652707-1795-4cd6-b61e-831af0829596.jpg 447.24 KB60e1360e-cf41-4031-9eed-e0258aac06e8.jpg 360.39 KB

28.03.2023

Novruz bayramı UNEC-də böyük coşqu ilə qeyd olunub

Novruz bayramı UNEC-də böyük coşqu ilə qeyd olunub

UNEC-də Novruz bayramı münasibətilə şənlik keçirilib.Əsas tədris binasında təşkil olunan şənlikdə prorektor dosent Şaiq Əsgərov çıxış edərək, bolluq, bərəkət və xeyirxahlığın təcəssümü olan Novruz bayramı münasibətilə universitet rəhbərliyi adından UNEC-in müəllim, tələbə və əməkdaşlarını təbrik edib.Novruz şənliyində qalanan bayram tonqalının ətrafında tələbələr yallı gedərək, milli birlik və həmrəyliyimizi ifadə ediblər. Novruzun əsas personajları olan Kosa və Keçəl bir-birindən maraqlı çıxışları, bayram əhval-ruhiyyəli səhnəcikləri ilə şənliyə xüsusi rəng qatıblar. UNEC-in 24/7 kitabxanasına “papaq atan” Kosa və Keçələ kitablar hədiyyə olunub.Novruz şənliyi baharı, Azərbaycanı tərənnüm edən mahnılarla davam edib.9909_c555ec55bd690a5a633d2b73d20054d3.jfif 109.77 KB9909_3856c3851029c525d9265219be4cd260.jfif 125.17 KB9909_88420ce412c616a7079882d9134e9412.jfif 97.59 KB9909_da4734514f8f90d362ff74aac845d19e.jfif 97.81 KB9909_5ffaafe287b22a88135ad860a46630b1.jfif 65.85 KB9909_e35079d3cc7bd18bdc28a563a5255b82.jfif 117.4 KB9909_67eb6d1d435eb3e358e4b4992839c228.jfif 62.06 KB9909_1edfc68ea81f2687b29e67557900547a.jfif 99.34 KB9909_babdceb3b45fdfac9e38dc03ff2621a3.jfif 88.5 KB

22.03.2023

UNEC kollektivi Novruz bayramını “Qocalar evi”ndə qeyd edib

UNEC kollektivi Novruz bayramını “Qocalar evi”ndə qeyd edib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi Novruz bayramı münasibətilə Bilgəh qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin sakinləri ilə görüşüb. UNEC kollektivi ilə ahılları ziyarət edən Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, UNEC-in departament direktoru dosent Gülnarə Rzayeva, Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı Novruz bayramı münasibətilə onları təbrik edərək, uzun ömür, cansağlığı və xoş günlər arzulayıblar. UNEC Kitabxana İnformasiya Mərkəzi və Tələbə Həmkarları İttifaqı Təşkilatının Novruz bayramının ənənəvi “papaq atmaq” adətinə uyğun olaraq həyata keçirdiyi “KitabAt” layihəsi çərçivəsində ahıllara kitablar hədiyyə olunub. Sakinlər “KitabAt” layihəsini maraqla qarşılayaraq, sevinclərini ifadə ediblər.Görüşdə universitetin Yaradıcılıq Mərkəzinin üzvləri ahıllar qarşısında musiqi və rəqslərlə çıxış ediblər. UNEC kollektivi ahıllarla rəqs edərək, birlikdə unudulmaz anlar yaşayıblar. 9912_701ed61e080d40ea9340a3b10ad92e36.jpg 91.14 KB9912_3599e9016da55960bd604f2ee066a974.jpg 62.82 KB9912_2756634b0fd600a01795462fb2d47c76.jpg 58.57 KB9912_5284384f5bc150e7fe27a5b33af925f8.jpg 82.12 KB9912_b0b2190084b77f5689c098ae7b0b551a.jpg 73.03 KB9912_b5c5ae1ca99bcac561c7b94e40a78d24.jpg 80.8 KB9912_be56aa19fe27e9afaee5fbdd66bda58a.jpg 73.31 KB9912_ceeac768a232575010cedffb5e722747.jpg 52.62 KB9912_d223c7786a27f12218a80147653ea7bf.jpg 69.42 KB9912_daf8244aea4ac50e99530aae3c3b3d00.jpg 70 KB9912_e78ad31617b9d5f31c320b7e1aba2aab.jpg 67.16 KB9912_e90b1077f7026b4466578332d0610703.jpg 65.21 KB9912_e97844eab0c8fd17fd151d1b759d623e.jpg 75.11 KB9912_f5e05d1a198a3abfed882be992a70ca7.jpg 45.17 KB9912_f7547c18b9eeff376933c6d998364836.jpg 64.77 KB1.jpg 79.8 KB9912_1e60236814575bf4e1b1cb25b908067f.jpg 86.35 KB9912_4bcaab1979df5063ee4a55f4a066a4f0.jpg 69.29 KB9912_7ef998fc64c425c18c3b8227d3167112.jpg 93.3 KB9912_09e01991c36bf0d783ce2d36ce4e1d37.jpg 69.63 KB9912_23ae67313085d427b52e60685813dbe6.jpg 63.21 KB9912_94d9fff6c2a24f8bb33389860a0a3e50.jpg 62.42 KB9912_285ab206389c9c82b34f3d9cbe1305f1.jpg 86.58 KB

18.03.2023

UNEC-in “KitabAt” layihəsi bu dəfə “Ahıllar evi”nin sakinlərini sevindirib

UNEC-in “KitabAt” layihəsi bu dəfə “Ahıllar evi”nin sakinlərini sevindirib

“Heydər Əliyev İli”nə həsr edilmiş “Oxu mədəniyyəti” kampaniyası çərçivəsində UNEC-in ənənəvi “KitabAt” layihəsi Bilgəh qəsəbəsində yerləşən Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində keçirilib.Kitabxana-İnformasiya Mərkəzinin (KİM) əməkdaşları və Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvləri UNEC kollektivinin layihəyə təqdim etdiyi kitabları müəssisənin qocaman sakinlərinə hədiyyə ediblər. KİM-in əməkdaşları fiziki məhdudiyyətli ahılları otaqlarında ziyarət edərək, onlarla həmsöhbət olublar. Asudə vaxtlarında mütaliə etdikləri kitablarla maraqlanıblar və onlara kitab bağışlayıblar.Novruz ziyarəti hər kəsə xoş və unudulmaz anlar yaşadıb.9916_071a97473b1773979917449186ea098c.jpeg 360.94 KB9916_2fc9fd8071ec6d0830ab0b178f566075.jpeg 209.33 KB9916_1743b6032dc872d45643a75247f3b499.jpg 144.67 KB9916_44766c40fdb56d410cf87197f6c5303c.jpg 158.5 KB9916_0851758e5761906f77bab65bad17753b.jpeg 279.08 KB9916_b30541d41c320ee95c36f5be86213a48.jpg 153.79 KB9916_c9a7c02c38274a8ec3d05abb805d55a5.jpg 176.91 KB9916_f3535b664be69694ddcfd89ba1505f32.jpg 219.73 KB

17.03.2023

Azərbaycan Dövlət İqtisad Universiteti Debat Klubunun 40-cı daxili turnirinə yekun vuruldu

Azərbaycan Dövlət İqtisad Universiteti Debat Klubunun 40-cı daxili turnirinə yekun vuruldu

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi və onun nəzdində fəaliyyət göstərən Debat klubun birgə təşkilatçılığı Final və bağlanış mərasimi ilə Azərbaycan Dövlət İqtisad Universiteti Debat Klubunun 40-cı daxili turnirinə yekun vuruldu!Tədbirdə açılış nitqi ilə "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin sədri Ülviyyə Axundova debatçıları salamlamış və finalçılara uğurlar arzulamışdır.Maraqlı keçən final mərhələsində Təsdiq mövqedə "F3" İnkar mövqedə isə "Nətər Məsləhətdir" komandaları çıxış edirdi ki, hakimlərin qərarına əsasən İnkar komanda qalib gəlmiş, fərqlənən debatçılar mükafatlanmışdır.de679638-f29c-4456-ab47-ec806f9c9f35.jpg 110.76 KB4a4d15fa-b384-4ab0-b785-2a2038805122.jpg 116.74 KB822abd56-ff10-4f75-b8d2-73ca2539005a.jpg 106.86 KB5369bfa7-5a23-4829-af33-314520d7c769.jpg 106.59 KBa3b59725-a2f8-4710-9814-38c25ca3e6d6.jpg 72.3 KBa13d0f37-15f1-4eb4-b63c-7cf70588fe6b.jpg 86.99 KBb325b107-02bf-4eb9-8daf-e1661ed041bd.jpg 130.04 KB

17.03.2023

Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo