Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə  həsr olunmuş futbol turnirində UNEC-in Maliyyə və mühasibat fakültəsi qalib olub.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və UNEC İdman klubunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tələbələrarası futbol turnirinin final mərhələsi keçirilib.

Finalda Maliyyə və mühasibat fakültəsinin tələbələrindən ibarət “Harop” komandası qalib olub. Rus İqtisad Məktəbi”–nin “Sparta” komandası II yerin, İqtisadiyyat və idarəetmə fakültəsinin “Ağdərə” komandası isə III yerin sahibi olub.

Qalib komandanın üzvlərinə kubok, diplom, medallar təqdim olunub.

Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo