Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi və onun nəzdində fəaliyyət göstərən Debat klubun birgə təşkilatçılığı Final və bağlanış mərasimi ilə Azərbaycan Dövlət İqtisad Universiteti Debat Klubunun 40-cı daxili turnirinə yekun vuruldu!
Tədbirdə açılış nitqi ilə "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin sədri Ülviyyə Axundova debatçıları salamlamış və finalçılara uğurlar arzulamışdır.
Maraqlı keçən final mərhələsində Təsdiq mövqedə "F3" İnkar mövqedə isə "Nətər Məsləhətdir" komandaları çıxış edirdi ki, hakimlərin qərarına əsasən İnkar komanda qalib gəlmiş, fərqlənən debatçılar mükafatlanmışdır.