Sumqayıt Dövlət Universitetində bədii yaradıcılıq festivalının baxış-müsabiqəsi keçirildi

Sumqayıt Dövlət Universitetində bədii yaradıcılıq festivalının baxış-müsabiqəsi keçirildi

Aprelin 4-də Sumqayıt Dövlət Universitetində ali təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan bədii yaradıcılıq festivalının baxış-müsabiqəsi keçirildi.Azərbaycan Respublikası  Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi Rəyasət Heyətinin qərarı ilə ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən festival milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörməti inkişaf etdirmək məqsədi daşıyır.Müsabiqədə tələbələrimiz incəsənətin müxtəlif janrlarında öz bacarıqlarını nümayiş etdirdilər. Tələbələrin müxtəlif sahələr üzrə -ifaçılıq, rəqs, bədii qiraət, aşıq havalarını ifaetmə bacarıqları münsiflər heyəti tərəfindən maraqla qarşılandı.İstedadlı tələbələrin müəyyən edilməsi Azərbaycan Respublikasının tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti - Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Samir Cəfərov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi, yekun konsertin quruluşçu rejissoru Hafiz Quliyev, Xalq artisti Gülyanaq Məmmədova, Azərbaycan Milli Konservatoriyasının müəllimi Arslan Növrəsli tərəfindən həyata keçirildi.Müsabiqənin sonunda münsiflər heyəti iştirakçılara təklif və tövsiyələrini verdi, tələbələrə uğurlar arzulayaraq, yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə dərin təşəkkürlərini bildirdilər.Qeyd edək ki, festival qaliblərinin yekun konserti may ayında keçiriləcək. Qaliblər Elm və Təhsil Nazirliyi və ATİAHİ-nin diplom və hədiyyələri ilə mükafatlandırılacaq.DSC_4396.JPG 8.55 MBDSC_4312.JPG 9.04 MB

05.04.2023

UNEC-in Aprel şəhidi Tural Dadaşovun anım günü keçirilib

UNEC-in Aprel şəhidi Tural Dadaşovun anım günü keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Tural Dadaşovun anım günü keçirilib. Anım günü münasibəti ilə UNEC-in THİK sədr müavini Səbuhi İmanov, Maliyyə və Mühasibat fakültəsinin THİK sədri Həsən Həşimov və fəal tələbələr şəhidin ailə üzvləri ilə birlikdə onların məzarlarını ziyarət edərək, məzarı önünə gül dəstələri düzərək, xatirəsini yad ediblər. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonar "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Tural Dadaşov 1993-cü ilin 24 avqust günündə Bakı şəhərində anadan olub. Tural Dadaşov 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kommersiya fakültəsini bitirib. Əsgər Tural Dadaşov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı şəhid olub. 514adbfa-f403-4392-be89-31056bf27be2.jpg 377.57 KB9171ad45-34da-4604-92ec-7393d888b373.jpg 413.04 KB42b30872-1f88-4cd2-87f5-4eced9c819f7.jpg 319.6 KB5cfcc99f-99ef-489c-b0b4-3b3ce1f1991c.jpg 371.89 KB6aa29de4-91f5-4bf6-b63c-f70c44c36322.jpg 354.73 KB42b30872-1f88-4cd2-87f5-4eced9c819f7.jpg 319.6 KB7987ee2b-4c38-48cc-9cf8-679c3095cd3a.jpg 404.77 KBe6383e11-936b-41bb-bb9b-750578bc7372.jpg 300.13 KB

03.04.2023

UNEC kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.

UNEC kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.

UNEC-in Həmkarlar İttifaqı  Komitəsinin sədri Rüfət Süleymanlı, THİK sədri İlkan Əliyev, Tələbə-rektor Cabbar Cəlilov, TEC-in sədri Nəzrin İbrahimova və fəal tələbələr 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.UNEC kollektivi abidənin önünə gül dəstələri düzdükdən sonra, onlara ermənilərin törətdikləri soyqırım barədə məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, əhalinin həyat tərzi haqqında fotolar var. Kompleksdə quraşdırılan monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı ölkəmizin müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Qeyd olunub ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.Martın 31-i Azərbaycanın tarixində unudulmaz bir gündür.Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüssənin əzaməti ilə unudulmazdır.31 mart ikinci günlərdən idi.31795684-1528-4565-945c-8ae9e29b07ae.jpg 424.17 KBc8927bd1-71cc-45b9-b711-2994a722bde3.jpg 344.38 KB7976005d-4574-4e62-9648-d7b6b4b573df.jpg 231.28 KB16b400f1-0aa4-4849-b747-ce8c507af095.jpg 252.55 KB34895277-985b-486a-94fc-21a5eb97c591.jpg 301.36 KBc31afa90-d6de-4bf3-a980-3d50832fb066.jpg 278.14 KBa3df7e16-347e-4cca-adb0-9095e69f10cd.jpg 296.87 KB6a2cf634-377d-4e27-a42b-e83f0e426a64.jpg 233.03 KBad9b3bb7-e772-41a8-825d-c0bc5b4a8780.jpg 299.21 KBbfbcb52f-ea3c-4f5e-82c7-3e69318c9c90.jpg 266.87 KB66bac0fe-1b8a-448f-a6fb-988f2e907acc.jpg 215.09 KB

30.03.2023

Gəncə şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilib

Gəncə şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə birgə “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilib. Tədbirdə ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ-nin Qərb rayonları üzrə sədrləri və fəalları, eləcə də Universitet rəhbərliyi, professor-müəllim və tələbələri iştirak ediblər.Konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.Açılış nitqi ilə çıxış edən ADAU-nun rektoru vəzifəsini icra edən Zəfər Qurbanov universitetdə könüllülük fəaliyyəti və gənclər təşkilatlarının missiyaları haqqında məlumat verib. O bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə həmkarlar təşkilatlarının fəaliyyətində ciddi dönüş yarandı, bu təsisat öz mahiyyəti üzrə fəaliyyət göstərməyə başladı. Həmkarlar ittifaqlarının fəaliyyətində inzibati amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı, təşəbbüskarlığa, dünya həmkarlar ittifaqları sisteminə inteqrasiyaya yol açıldı.Çıxış edən ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə deyib ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Tədbirdə həmçinin ATİAHİ Kəlbəcər rayon komitəsinin sədri Məhiyəddin Allahverdiyev, ADAU-nun ictimai elmlər kafedrasının müdiri Azad Bayramov, komputer mühəndisliyi fakültəsinin III kurs tələbəsi Fəridə Zeynalova çıxış ediblər.Sonra Ulu Öndər Heydər Əliyevin gənclər və təhsil sahəsində fəaliyyətindən bəhs edən videoçarx konfrans iştirakçılarına nümayiş olunub.Daha sonra çıxış edənlər həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyevin həyata keçirdiyi işlər və qəbul etdiyi qərarlardan söhbət açıblar.1680072622_1680015278_dsc_0058-1.jpg 534.35 KB1680015328_dsc_0113.jpg 323.65 KB1680015334_dsc_0074.jpg 516.96 KB1680015361_dsc_0066.jpg 455.34 KB1680015404_dsc_0106.jpg 389.64 KB1680015409_dsc_0085.jpg 516.99 KB

28.03.2023

Zəfərimizlə başa çatan II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan UNEC-in məzunu Teymur Zeynalovun martın 28-də doğum günü idi, yaşasaydı 30 yaşı olacaqdı.

Zəfərimizlə başa çatan II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan UNEC-in məzunu Teymur Zeynalovun martın 28-də doğum günü idi, yaşasaydı 30 yaşı olacaqdı.

Teymur Zeynalovun doğum günündə yaşadığı evinin önündə xatirə bulağının qarşısında tədbir keçirilmişdir.Tədbirdə şəhidin ailə üzvləri ilə yanaşı, şəhid ailələri, UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktor müavini Aytən Hüseynli, mərkəzinin əməkdaşları və tələbələr iştirak ediblər.Tədbir Şəhidin orta təhsil aldığı 30 nömrəli məktəbin şagirdlərinin Vətənpərvərlik çıxışları ilə davam etmişdir.UNEC kollektivi Biləcəri şəhidlər xiyabanında şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər. Azərbaycan Ordusunun əsgəri olan Teymur Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Zeynalov oktyabrın 24-də Füzuli döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Zeynalov ölümündən sonra "Vətən uğrunda" medalı,  "Füzulinin azad olunmasına görə" medalı, "Laçının azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.Zeynalov Teymur ailəli idi, 2 yaşlı üzünü görmədiyi Oğuz adlı övladı var.c18dda58-cea5-4c23-927e-fdf7251b87a5.jpg 476.12 KBd1ea5ea4-ca91-4d22-bcb9-1b37eb467bbb.jpg 397.5 KB074c2dd1-83fd-4cca-af8c-159c05283670.jpg 434.8 KB925621e9-0a65-443b-a1d7-09d0dd66acc5.jpg 451.81 KB2838887f-accb-42e2-bf66-b487c2181c3f.jpg 162.48 KB1c19fa5b-3368-479c-84c4-e2b2d331d7d7.jpg 132.6 KB2a652707-1795-4cd6-b61e-831af0829596.jpg 447.24 KB60e1360e-cf41-4031-9eed-e0258aac06e8.jpg 360.39 KB

28.03.2023

Novruz bayramı UNEC-də böyük coşqu ilə qeyd olunub

Novruz bayramı UNEC-də böyük coşqu ilə qeyd olunub

UNEC-də Novruz bayramı münasibətilə şənlik keçirilib.Əsas tədris binasında təşkil olunan şənlikdə prorektor dosent Şaiq Əsgərov çıxış edərək, bolluq, bərəkət və xeyirxahlığın təcəssümü olan Novruz bayramı münasibətilə universitet rəhbərliyi adından UNEC-in müəllim, tələbə və əməkdaşlarını təbrik edib.Novruz şənliyində qalanan bayram tonqalının ətrafında tələbələr yallı gedərək, milli birlik və həmrəyliyimizi ifadə ediblər. Novruzun əsas personajları olan Kosa və Keçəl bir-birindən maraqlı çıxışları, bayram əhval-ruhiyyəli səhnəcikləri ilə şənliyə xüsusi rəng qatıblar. UNEC-in 24/7 kitabxanasına “papaq atan” Kosa və Keçələ kitablar hədiyyə olunub.Novruz şənliyi baharı, Azərbaycanı tərənnüm edən mahnılarla davam edib.9909_c555ec55bd690a5a633d2b73d20054d3.jfif 109.77 KB9909_3856c3851029c525d9265219be4cd260.jfif 125.17 KB9909_88420ce412c616a7079882d9134e9412.jfif 97.59 KB9909_da4734514f8f90d362ff74aac845d19e.jfif 97.81 KB9909_5ffaafe287b22a88135ad860a46630b1.jfif 65.85 KB9909_e35079d3cc7bd18bdc28a563a5255b82.jfif 117.4 KB9909_67eb6d1d435eb3e358e4b4992839c228.jfif 62.06 KB9909_1edfc68ea81f2687b29e67557900547a.jfif 99.34 KB9909_babdceb3b45fdfac9e38dc03ff2621a3.jfif 88.5 KB

22.03.2023

UNEC kollektivi Novruz bayramını “Qocalar evi”ndə qeyd edib

UNEC kollektivi Novruz bayramını “Qocalar evi”ndə qeyd edib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi Novruz bayramı münasibətilə Bilgəh qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin sakinləri ilə görüşüb. UNEC kollektivi ilə ahılları ziyarət edən Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, UNEC-in departament direktoru dosent Gülnarə Rzayeva, Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı Novruz bayramı münasibətilə onları təbrik edərək, uzun ömür, cansağlığı və xoş günlər arzulayıblar. UNEC Kitabxana İnformasiya Mərkəzi və Tələbə Həmkarları İttifaqı Təşkilatının Novruz bayramının ənənəvi “papaq atmaq” adətinə uyğun olaraq həyata keçirdiyi “KitabAt” layihəsi çərçivəsində ahıllara kitablar hədiyyə olunub. Sakinlər “KitabAt” layihəsini maraqla qarşılayaraq, sevinclərini ifadə ediblər.Görüşdə universitetin Yaradıcılıq Mərkəzinin üzvləri ahıllar qarşısında musiqi və rəqslərlə çıxış ediblər. UNEC kollektivi ahıllarla rəqs edərək, birlikdə unudulmaz anlar yaşayıblar. 9912_701ed61e080d40ea9340a3b10ad92e36.jpg 91.14 KB9912_3599e9016da55960bd604f2ee066a974.jpg 62.82 KB9912_2756634b0fd600a01795462fb2d47c76.jpg 58.57 KB9912_5284384f5bc150e7fe27a5b33af925f8.jpg 82.12 KB9912_b0b2190084b77f5689c098ae7b0b551a.jpg 73.03 KB9912_b5c5ae1ca99bcac561c7b94e40a78d24.jpg 80.8 KB9912_be56aa19fe27e9afaee5fbdd66bda58a.jpg 73.31 KB9912_ceeac768a232575010cedffb5e722747.jpg 52.62 KB9912_d223c7786a27f12218a80147653ea7bf.jpg 69.42 KB9912_daf8244aea4ac50e99530aae3c3b3d00.jpg 70 KB9912_e78ad31617b9d5f31c320b7e1aba2aab.jpg 67.16 KB9912_e90b1077f7026b4466578332d0610703.jpg 65.21 KB9912_e97844eab0c8fd17fd151d1b759d623e.jpg 75.11 KB9912_f5e05d1a198a3abfed882be992a70ca7.jpg 45.17 KB9912_f7547c18b9eeff376933c6d998364836.jpg 64.77 KB1.jpg 79.8 KB9912_1e60236814575bf4e1b1cb25b908067f.jpg 86.35 KB9912_4bcaab1979df5063ee4a55f4a066a4f0.jpg 69.29 KB9912_7ef998fc64c425c18c3b8227d3167112.jpg 93.3 KB9912_09e01991c36bf0d783ce2d36ce4e1d37.jpg 69.63 KB9912_23ae67313085d427b52e60685813dbe6.jpg 63.21 KB9912_94d9fff6c2a24f8bb33389860a0a3e50.jpg 62.42 KB9912_285ab206389c9c82b34f3d9cbe1305f1.jpg 86.58 KB

18.03.2023

UNEC-in “KitabAt” layihəsi bu dəfə “Ahıllar evi”nin sakinlərini sevindirib

UNEC-in “KitabAt” layihəsi bu dəfə “Ahıllar evi”nin sakinlərini sevindirib

“Heydər Əliyev İli”nə həsr edilmiş “Oxu mədəniyyəti” kampaniyası çərçivəsində UNEC-in ənənəvi “KitabAt” layihəsi Bilgəh qəsəbəsində yerləşən Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində keçirilib.Kitabxana-İnformasiya Mərkəzinin (KİM) əməkdaşları və Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvləri UNEC kollektivinin layihəyə təqdim etdiyi kitabları müəssisənin qocaman sakinlərinə hədiyyə ediblər. KİM-in əməkdaşları fiziki məhdudiyyətli ahılları otaqlarında ziyarət edərək, onlarla həmsöhbət olublar. Asudə vaxtlarında mütaliə etdikləri kitablarla maraqlanıblar və onlara kitab bağışlayıblar.Novruz ziyarəti hər kəsə xoş və unudulmaz anlar yaşadıb.9916_071a97473b1773979917449186ea098c.jpeg 360.94 KB9916_2fc9fd8071ec6d0830ab0b178f566075.jpeg 209.33 KB9916_1743b6032dc872d45643a75247f3b499.jpg 144.67 KB9916_44766c40fdb56d410cf87197f6c5303c.jpg 158.5 KB9916_0851758e5761906f77bab65bad17753b.jpeg 279.08 KB9916_b30541d41c320ee95c36f5be86213a48.jpg 153.79 KB9916_c9a7c02c38274a8ec3d05abb805d55a5.jpg 176.91 KB9916_f3535b664be69694ddcfd89ba1505f32.jpg 219.73 KB

17.03.2023

Azərbaycan Dövlət İqtisad Universiteti Debat Klubunun 40-cı daxili turnirinə yekun vuruldu

Azərbaycan Dövlət İqtisad Universiteti Debat Klubunun 40-cı daxili turnirinə yekun vuruldu

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi və onun nəzdində fəaliyyət göstərən Debat klubun birgə təşkilatçılığı Final və bağlanış mərasimi ilə Azərbaycan Dövlət İqtisad Universiteti Debat Klubunun 40-cı daxili turnirinə yekun vuruldu!Tədbirdə açılış nitqi ilə "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin sədri Ülviyyə Axundova debatçıları salamlamış və finalçılara uğurlar arzulamışdır.Maraqlı keçən final mərhələsində Təsdiq mövqedə "F3" İnkar mövqedə isə "Nətər Məsləhətdir" komandaları çıxış edirdi ki, hakimlərin qərarına əsasən İnkar komanda qalib gəlmiş, fərqlənən debatçılar mükafatlanmışdır.de679638-f29c-4456-ab47-ec806f9c9f35.jpg 110.76 KB4a4d15fa-b384-4ab0-b785-2a2038805122.jpg 116.74 KB822abd56-ff10-4f75-b8d2-73ca2539005a.jpg 106.86 KB5369bfa7-5a23-4829-af33-314520d7c769.jpg 106.59 KBa3b59725-a2f8-4710-9814-38c25ca3e6d6.jpg 72.3 KBa13d0f37-15f1-4eb4-b63c-7cf70588fe6b.jpg 86.99 KBb325b107-02bf-4eb9-8daf-e1661ed041bd.jpg 130.04 KB

17.03.2023

“Qəhrəman təhsil işçiləri” kitabının təqdimatı olub

“Qəhrəman təhsil işçiləri” kitabının təqdimatı olub

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) təşəbbüsü ilə çap olunmuş “Qəhrəman təhsil işçiləri” kitabının təqdimat mərasimi keçirilib.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, “Yaşat” Fondunun İdarə Heyətinin üzvü Şair Ramaldanov və müharibə iştirakçısı olmuş təhsil işçilərinin iştirak etdiyi tədbirdə əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Ardınca 44 günlük Vətən müharibəsində şəhid olmuş təhsil işçilərinin xatirəsinə həsr olunmuş video-çarx nümayiş olunub.Tədbirdə çıxış edən AHİK sədri Səttar Möhbalıyev bildirib ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən etibarən Zəfər yürüşünə başladı: “Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamları və silahlı qüvvələrini darmadağın etdi. Müzəffər Ordumuz 44 gün ərzində bütün dünyaya öz qüdrətini, gücünü göstərdi. Düşmən məğlubiyyətini etiraf etdi, kapitulyasiyaya uğradı. Nəticədə Azərbaycan xalqının 30 ilə yaxın davam edən torpaq həsrətinə birdəfəlik son qoyuldu”.AHİK sədri qeyd edib ki, Vətən müharibəsində 760 nəfərdən çox təhsil işçisi döyüşlərə qatılıb: “Onlardan 21 nəfəri şəhid olub. Vətən müharibəsində canından keçmiş bütün şəhidlərimizin xatirəsini bir daha ehtiramla anır, onların ruhu qarşısında baş əyirik. Azərbaycan xalqı onların əziz xatirəsini hər zaman uca tutacaq”Onun sözlərinə görə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən tərtib olunan “Qəhrəman təhsil işçiləri” kitabı ikinci Qarabağ müharibəsində silaha sarılan təhsil işçilərinə həsr olunub: “Hesab edirəm ki, bu kitabın çap edilməsi döyüşlərdə həlak olmuş şəhid təhsil işçilərinin xatirəsinin əbədiləşdirilməsi, müharibədə iştirak etmiş ittifaq üzvlərinin keçdiyi nümunəvi döyüş yolunun gələcək nəsillərə təbliği və onlarda milli vətənpərvərlik hissinin inkişaf etdirilməsi baxımından faydalı olacaq”.Sonra Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edib. Nazir müavini qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevi rəhbərliyi ilə Müzəffər Ordumuzun sücayəti sayəsində sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək böyük zəfərə imza atdı. İşğalda olan torpaqlarımız azad olundu. Bu qələbə Ali Baş Komandanın, xalqla birliyin, haqq işinin Müzəffər Azərbaycan Ordusunun gücünün, rəşadətli əsgərlərin, Azərbaycan xalqının iradəsinin qələbəsidir.F.Qurbanov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizdə hazırda quruculuq işləri görülür, yeni yaşayış evləri, məktəblər tikilir. Artıq Zəngilan rayonunun Ağalı kəndində orta məktəb fəaliyyət göstərir. Tezliklə Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində bu işlər uğurla həyata keçiriləcək. Sonra polkovnik Şair Ramaldanov və başqaları çıxış edərək Ordumuzun şücaətindən, gənclərimizin vətənpərvərliyindən danışıblar.2-5.jpg 89.49 KB3-5.jpg 133.64 KB1-5.jpg 115.18 KB7.jpg 182.58 KB6-1.jpg 174.96 KB5.jpg 113.38 KB10.jpg 179.27 KB9.jpg 109.2 KB8-1.jpg 112.32 KB

16.03.2023

UNEC-in II və IV tədris binalarında fakültə dekanları, əməkdaşlar və tələbələrin iştirakı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

UNEC-in II və IV tədris binalarında fakültə dekanları, əməkdaşlar və tələbələrin iştirakı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə xalqımızın mənəvi dəyərlərini, adət-ənənələrini özündə yaşadan Novruz şənliyi keçirilib.Şənliyə başlamazdan öncə 44 günlük Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükütla yad edildi.Tədbirdə çıxış edən HİK-in sədri Rüfət Süleymanlı tədbiri açıq elan edərək, universitetin kollektivini və tələbələri Novruz bayramı münasibətilə təbrik edərək, onlara xoş arzularını çatdırıb.Bayram şənliyində UNEC Dizayn məktəbinin tələbələrinin Novruz atributlarına, adət-ənənələrinə həsr etdikləri rəsm əsərləri nümayiş olunub. Milli rəqslər və Novruz bayramının məşhur personajları olan kosa ilə keçəlin ifa etdikləri şeir, musiqi və bir-birindən maraqlı Novruz səhnəcikləri şənliyə xüsusi rəng qatıb.  image00184.jpeg 3.18 MBimage00226.jpeg 3.2 MBimage00230.jpeg 4.35 MBac97d12c-0d7b-4022-a7f8-533527e64eff.jpg 181.37 KBimage00005.jpeg 2.88 MBimage00007.jpeg 3.34 MBimage00014.jpeg 3.01 MBimage00049.jpeg 2.98 MBimage00050.jpeg 2.8 MBimage00064.jpeg 3.02 MBimage00066.jpeg 3.12 MBimage00128.jpeg 4.26 MBimage00154.jpeg 3.12 MBimage00162.jpeg 3.68 MBimage00170.jpeg 2.79 MB9d8394d3-94b7-46bb-9c3e-75d9724fa4f8.jpg 166.26 KB478d7efc-2739-46ea-b1ba-c3ab540ea75c.jpg 178.87 KB90113fde-1288-4a15-8b25-6c3594b670db.jpg 221.07 KB

15.03.2023

Naxçıvanda sosial qayğıya ehtiyacı olan 1250 ailəyə bayram sovqatları verilib

Naxçıvanda sosial qayğıya ehtiyacı olan 1250 ailəyə bayram sovqatları verilib

Prezident İlham Əliyevin diqqəti və tapşırığı ilə ölkəmizdə sosial layihələrin icrası diqqət mərkəzindədir. Bütün bayramlarda və dövlətimiz üçün digər əlamətdar günlərdə aztəminatlı, şəhid, qazi və digər həssas qruplardan olan ailələrə sovqat və yardımlar təqdim olunur.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Novruz bayramı ərəfəsində digər bölgələrlə yanaşı, Naxçıvanda da yaşayan 1250 aztəminatlı ailə üçün ərzaq bağlamalarından ibarət yardım təşkil olunub və təyinatı üzrə ünvanlara yola salınıb.Yola salınma mərasimində AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iştirak edib.3-3.jpg 317.92 KB4-3.jpg 220.56 KB1-3.jpg 392.48 KB

14.03.2023

Novruz Bayramının ən son çərşənbəsi olan İlaxır çərşənbəsinə həsr edilmiş dəyirmi masa təşkil edilmişdir

Novruz Bayramının ən son çərşənbəsi olan İlaxır çərşənbəsinə həsr edilmiş dəyirmi masa təşkil edilmişdir

Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Tələbə Həmkarlar İttifaqı və onun nəzdində fəaliyyət göstərən Tarix Klubunun birgə təşkilatçılığı ilə Azərbaycan tarixinin qədim bayramlarından biri – Novruz Bayramının ən son çərşənbəsi olan İlaxır çərşənbəsinə həsr edilmiş dəyirmi masa təşkil edilmişdir. Dəyirmi masada UNEC Multikulturalizm mərkəzinin direktoru Tarix və Etnoqrafiya üzrə professor Məhəbbət Paşayeva, UNEC THİK sədr müavini Səbuhi İmanov, Maliyyə və mühasibat fakültəsi THİK sədri Həsən Həşimov və fəal tələbələr iştirak etmişdir. Dəyirmi masada tariximizdə Novruz bayramının necə qeyd edildiyi, adət-ənənələri  haqqında bəhs edilmişdir. Ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı olan Prezident Cənab İlham Əliyevin Novruz bayramına xüsusi diqqəti olduğu vurğulanmışdır.fbdee3d5-7354-474d-b82b-be551790f73a.jpg 213.25 KB0dbc871d-714e-4021-8266-b6f9ec102b8a.jpg 256.87 KB90cc5024-484b-47b2-b2c4-ebd8c17e8d25.jpg 237.35 KB8641375e-c7e1-4e0c-8069-af2d1b95b0cc.jpg 212.1 KB

14.03.2023

AHİK-in nümayəndəsi Yunanıstan Əmək Konfederasiyasının  Qurultayında iştirak edib

AHİK-in nümayəndəsi Yunanıstan Əmək Konfederasiyasının Qurultayında iştirak edib

Martın 9-11-də Yunanıstan Əmək Konfederasiyasının  38-ci Qurultayı keçirilib. Paytaxt Afina şəhərində baş tutan Qurultayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını (AHİK) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Səbuhi İmanov təmsil edib.Yunanıstanın bütün bölgələrindən səsvermə hüququ olan 400 nümayəndənin qatıldığı Qurultayda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Antonio Lisboa, Avropa İqtisadi və Sosial Komitənin İşçi Qrupunun sədri Oliver Röpke, Beynəlxalq Əmək Təşkilatının (BƏT) İşçilərin Fəaliyyəti üzrə direktor müavini Anna Biondi, həmçinin Fransa, İspaniya, Almaniya, İsveç, İtaliya, Türkiyə, Portuqaliya, Serbiya, Ukrayna, Albaniya, Bolqarıstan, Belçika və Avstriyanın həmkarlar ittifaqlarının nümayəndələri  iştirak ediblər.Qurultayda Yunanıstan Əmək Konfederasiyasının hazırkı sədri Yanis Panaqopolus səs çoxluğu ilə yenidən növbəti müddətə sədr seçilib.Qeyd edək ki, Qurultaydan öncə “Yaşayış xərclərinin böhranı - Həmkarlar İttifaqlarının təkliflərinin nəzərə alınması” mövzusunda beynəlxalq konfrans təşkil edilib. Konfransda çıxış edən AHİK-in nümayəndəsi Səbuhi İmanov dünyada müşahidə olunan yaşayış xərclərinin artmasından, böhranının kökündə duran problemlərdən, gündəlik istehlak məhsullarının qiymətlərinə təsir edən amillərdən danışıb. Bildirib ki, dünya əhalisinin sayı 8 milyardı keçib, bu isə labüd olaraq əmək bazarında rəqabəti artırıb, əmək münasibətlərini daha da həssas edib, insanların, demək olar ki, bütün növ gündəlik ehtiyaclarına - qida məhsullarına, enerji, bütün növ xidmət sahələrinə və hətta oksigenə olan tələbatının artmasına gətirib çıxarıb. Onun sözlərinə görə, böhran qlobal olsa da, artan xərclərdən daha çox aşağı gəlirli ölkələr əziyyət çəkir.S.İmanov həmçinin ölkəmizdə bu istiqamətdə görülən işlərdən söz açıb. Bildirib ki, Azərbaycanda əhalinin sosial rifah halının, aztəminatlı ailələrin sosial durumunun yaxşılaşdırılması ilə bağlı dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilir. Hər il ölkədə müşahidə olunan inflyasiyanın səviyyəsi nəzərə alınmaqla dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin əməkhaqları, sosial müavinətlər və təqaüdlər artırılır, sosial-müdafiə tədbirləri görülür.Tədbir digər çıxışlarla davam edib.  Sebuhi Yunan2.jpg 181.97 KBSebuhi yunan 3.jpg 273.52 KB

14.03.2023

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə UNEC THİK sədri İlkan Əliyev bayram münasibətilə tələbələri təbrik edərək, qadın hüquq və azadlıqları, ölkənin bu sahədə tutduğu siyasi mövqeyi və həyata keçirdiyi dövlət proqramları, qadınların ölkənin ictimai-siyasi həyatında və gələcək nəslin tərbiyəsində misilsiz rolundan danışıb. Ulu öndər Heydər Əliyevin banisi olduğu dövlət qadın siyasətindən, müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda xanımların misilsiz xidmətlərinin olduğunu vurğulayıb.THİK fakültə sədrləri də xanımlarla bağlı öz təbriklərini söyləyiblər. Daha sonra sədr THİK-in fəal tələbələrinə hədiyyələr və Təşəkkürnamə təqdim edib.eadb8ed8-1ac2-430c-bb7c-40aacf3694e8.jpg 155.31 KB1ddf2f82-ec01-421c-a346-e010fb6a1348.jpg 163.26 KB3ddae407-dfc3-424a-8c81-5eb31e428907.jpg 146.79 KB7183e739-fc6f-4642-97f4-d07ac6f5ed30.jpg 74.63 KBf287ee77-40c8-4fc4-ae7e-4bc8287655fd.jpg 76.34 KB4b11a4f2-de22-44a2-96f0-7bf841ebaeb9.jpg 187.75 KB6c1df023-5285-4d33-a7b4-768a510058b5.jpg 103.09 KB7c3f4528-7021-4d6d-98ea-73d786e6b6a2.jpg 222.73 KB8df376cb-1e1c-41a3-a49d-5d91327b5b25.jpg 217.33 KB52b6d062-4efc-4040-8f4f-9852e9eb6253.jpg 94.51 KB89e71c19-db07-4a23-b65c-df22ee829c98.jpg 204.9 KB98b1058e-a657-455d-ac33-df9f909d84bc.jpg 223.18 KB733f54b3-74fb-411e-ba72-29705bcd3b55.jpg 206.16 KB965d2073-975f-4246-b9ca-0b3cd00d4675.jpg 217.76 KB3912ccfb-f3d7-4bde-a359-46e8d83d6d49.jpg 250.67 KB89814fac-350e-468a-92e1-af1b3f592c5c.jpg 117.7 KB00521859-74ac-44c9-a2ba-14526d2d1556.jpg 212.59 KB1170820f-9e4e-4c7b-bcff-c35ab540f7a9.jpg 112.8 KB5884208c-7b78-4228-9668-d33f41844c05.jpg 217.8 KB38398251-35a9-41ce-bc68-9636b20b651a.jpg 242.42 KBaf6c20ff-dc59-4f10-ab37-634f417f330b.jpg 98.64 KBb4c3d227-2ae2-45d4-8f4b-484e9ec420ef.jpg 97.52 KBb4d8269e-bec5-435b-9865-40c769439645.jpg 96.93 KBb44bdf3f-0462-42b8-a312-fd951d89cef6.jpg 103.09 KBc289a30c-b3cc-4e33-ad49-49c38fc34c36.jpg 208.15 KBdac3965a-b3ad-45aa-a174-eafd6c24c969.jpg 221.88 KBe04bcfc0-9f92-4cd8-96c9-63df05214f36.jpg 218.61 KBe29c0e49-1dbf-415b-9eff-3f9559ebfa6c.jpg 105.91 KBe253619e-e688-41fa-a1ce-972ffa185872.jpg 91.07 KBec476c0f-4784-4382-9c9c-bf0725cce23d.jpg 223.63 KBf1326fa6-7fe2-4572-8ea4-b28207ac5bd1.jpg 103.55 KB

07.03.2023

Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo