UNEC-də "Gənc nəsil sahibkarlığın inkişafında dövlət dəstəyi əsas faktordur" adlı debat turniri keçirilib
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən UNEC Debat klubunun və Debat Vətəndaş Cəmiyyətinin (DVC) birgə təşkilatçılığı ilə "Gənc nəsil sahibkarlığın inkişafında dövlət dəstəyi əsas faktordur" adlı debat turnirinin final mərhələsi keçirilib. Final mərhələsində UNEC-in Tələbələrlə iş üzrə prorektoru dosent Səadət Qəndilova, AzMİU-nin prorektoru Orxan Naqdiyev, UNEC THİK-nin sədri İlkan Əliyev, AzMİU-nin THİK sədri Şahmar Rəfili, hər iki universitetin fəal debatçıları və tələbələri iştirak ediblər. AzMİU komandası I yerin, UNEC isə II yerin sahibi olub. Sonda qalib komanda medal və mükafatlarla təltif olunublar.
Bizimlə əlaqə
+994 12 492 59 03 (daxili 1152)
adiu-thik@atiahi.org
Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)