27 Sentyabr-Anım Günündə UNEC məzunu Şəhid Məmmədov Bəhruzun ailəsi və məzarı ziyarət olunub
27 Sentyabr-Anım Günündə UNEC HİK sədri Rüfət Süleymanlı,THİK sədri İlkan Əliyev və əməkdaşlar Vətən Müharibəsi şəhidi, UNEC məzunu Məmmədov Bəhruz Tahir oğlunun ailəsini və məzarını ziyarət ediblər.Himayədarı,bibisi Rəhilə xanım şəhidə aid özəl əşyaları UNEC kollektivə göstərib.
 
Bəhruz Məmmədov 2020-ci ilin sentyabrın 28-də Yevlax rayon hərbi komissarlığından qismən səfərbərliklə çağırılıb, 5 oktyabrda isə döyüş bölgəsinə yollanıb. Füzuli, Xocavənd, Hadrut və Qubadlıda gedən döyüşlərdə iştirak edib. 5 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlər zamanı Daşaltı kəndində şəhid olub. Bəhruz Məmmədov Yevlax rayonunun Xaldan kəndində dəfn olunub.  “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə ölümündən sonra təltif edilib.

Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo