UNEC-in tələbələri Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının "Şöhrət" muzeyinə səfər ediblər.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə UNEC tələbə təşkilatlarının fəal tələbələrinin iştirak etdiyi səfərdə ümumilikdə 60 nəfər muzeyi ziyarət edib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının "Şöhrət" muzeyi Ümummilli Liderin xatirəsini əbədiləşdirmək, həyat və fəaliyyətinin, nəsillərə örnək olan mənalı ömür yolunun və irsinin öyrənilməsini, gələcək nəsillərə çatdırılmasını, Azərbaycan gəncliyinin Heydər Əliyev amallarına sədaqət ruhunda tərbiyə olunmasını təmin etmək məqsədilə yaradılıb.