UNEC Dizayn Məktəbi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş rəsm sərgisi keçirilib.

UNEC Dizayn Məktəbi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş rəsm sərgisi keçirilib.

UNEC Dizayn Məktəbi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş rəsm sərgisi keçirilib.Sərgidə UNEC Dizayn Məktəbinin müəllim heyəti və tələbələr iştirak ediblər.Sərgidə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən  rəsm əsərləri təqdim olunub. Müsabiqə yolu ilə münsiflər heyəti tərəfindən seçilmiş rəsm əsərləri arasından qaliblər müəyyən edilib və müvafiq mükafatlarla təltif olunublar:1 yer - Ruhəngiz Minacəddinova – UNEC Dizayn Məktəbi, IV kurs,II yer-  Cəmil Niftəlizadə– UNEC Dizayn Məktəbi, II kurs,III yer - Ayşən Cahangirova UNEC Dizayn Məktəbi, II kursTələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən qaliblərə pul mükafatı, hədiyyələr və diplomlar təqdim edilib.10211_23ace5c0021852cd48b641ec93f3f904.jpg 94.5 KB10211_7c8be92ff675ed9e59c0b10e75e997e7.jpg 76.41 KB10211_212ca0007f79beb1ad01d489f022adf5.jpg 52.26 KB10211_310aee678586431011a27597b6f8138c.jpg 96.05 KB10211_7857d3b36747d4edc512338fed3c5cd3.jpg 77 KB10211_14108a76ae18a72c7eeb628fc7a7c979.jpg 235.5 KB10211_87956a7576cfab5b1a5200e9d618c3d9.jpg 89.92 KB10211_56955765f9cdc62d23b97b39e1d53c39.jpg 53.02 KB10211_ceaaa13e6681e5af8301a4ad5b7b1f1e.jpg 66.33 KB

11.05.2023

UNEC-də

UNEC-də "Qəhrəmanlarımızı unutmadıq, unutmarıq!" adlı bilik yarışı keçirilib

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi və onun nəzdində fəaliyyət göstərən UNEC Tarix klubunun birgə təşkilatçılığı ilə "Qəhrəmanlarımızı unutmadıq, unutmarıq!" adlı bilik yarışı keçirilib.UNEC tələbələrindən ibarət komandalar arasında birincilik uğrunda aparılan mübarizənin nəticəsində I, II və III yeri qazanmış komandalar müəyyənləşib. Qalib komandalar aşağıdakı kimidir:I yer-"Qızılbaşlar" komandasıII yer- "Srius" komandasıIII yer- "Victory" komandasıQaliblər kubok, medal, diplom təltif olunublar. Qalibləri təbrik edirik!ed20347b-1b13-442f-8d5c-07c210c7afca.jpg 135.6 KB0ef3f904-9cfd-426b-b5eb-3dcdf05f1189.jpg 169.48 KB9ee4ec25-8893-4b22-b9fb-c58a9e2352bb.jpg 175.08 KB301a4bd9-5b9e-43e6-8952-48953ebd0b8f.jpg 171.85 KB3839d346-52ab-4cec-88bb-517457a8bb26.jpg 107.57 KB03823101-278e-463b-b3cb-cc2a9577d9db.jpg 95.88 KB5925860f-398e-463a-9e65-8d18267db2e2.jpg 130.7 KBbb00b375-17a1-4f98-81eb-5b32a1a05396.jpg 169.38 KBbde3b4e0-21ea-41cf-ad6d-2408f44bab6a.jpg 103.3 KB

11.05.2023

AHİK rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

AHİK rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Mayın 10-da – dövlətimizin qurucusu və banisi, xalqımızın xilaskar oğlu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü günündə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, AHİK-in rəhbərliyi və kollektivi, həmçinin üzv təşkilatların sədrləri və əməkdaşları Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər.Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.Sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilərək məzarı üzərinə gül dəstələri düzülüb.Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.6-7.jpg 515.11 KB3-11.jpg 504.4 KB5-7.jpg 518.25 KB

10.05.2023

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan müsabiqə-festivalın yekun konserti keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan müsabiqə-festivalın yekun konserti keçirilib

Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) birgə qərarı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib.Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, ali təhsil müəssisələrinin rəhbərləri, tələbələr və digər qonaqlar iştirak ediblər.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.Tədbirdə Ulu Öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində respublikamızın həyatında gördüyü misilsiz işlərdən, o cümlədən kənd təsərüffat və sənaye sahəsinin inkişafında xidmətlərindən, elm və təhsilə olan diqqətindən, azərbaycanlı tələbələrin ittifaqının nüfuzlu ali təhsil müəssisələrinə oxumaq üçün göndərilməsindən, Bakıda hərbi liseyin açılmasından, ədəbiyyat və incəsənət xadimlərinə qayğısından, eləcə də müstəqil yaşamağı bacaran Azərbaycanı formalaşdırmasından danışılıb. Həmçinin Ümummilli Liderin müasir müstəqil Azərbaycanı qurmasından, xilaskarlıq missiyasından, dövlət quruculuğu strategiyasından, onun müəllifi olduğu siyasi kursun dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurlu davamı və bugünkü parlaq nəticələrindən bəhs olunub.Ardınca konsertdə ali təhsil müəssəsələrinin tələbələrinin ifasında müxtəlif musiqi və rəqs nömrələri, şerlər səsləndirilib.Müsabiqə-festivalda respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin (musiqi təmayüllü ali təhsil müəssisələri istisna edilməklə) əyani şöbələrində təhsil alan tələbələrdən ibarət özfəaliyyət yaradıcılıq kollektivləri, dərnək və studiyaları, onlardakı solo ifaçılar, həvəskar müğənni, rəqqaslar, bədii qiraətçi, musiqiçilər, həmçinin orkestr və ansambllar (xor, xalq çalğı alətləri, estrada, vokal-instrumental, simli alətlər, aşıqlar və s.), rəqs kollektivləri (milli, müasir, bal və s.), solo ifaçılar (bədii qiraətçilər, müxtəlif musiqi alətlərində ifa edən fərdi ifaçılar, solo ifaçılar və s.) iştirak ediblər. Bədii yaradıcılıq müsabiqə-festivalına ümumilikdə respublika üzrə 25 ali təhsil müəssisəsi qatılıb.Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə təşkil olunan bədii yaradıcılıq festivalı 2004-cü ildən başlayaraq hər il keçirilir. Layihənin məqsədi tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltməkdir. Festival həmçinin tələbələrin mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək məqsədi daşıyır. Eyni zamanda festivalın keçirilməsi tələbə həmkarlar ittifaqı komitələrinin tələbələrin asudə vaxtlarının səmərəli və mənalı təşkilində, tələbə gənclərin cəmiyyət tərəfindən qəbul edilməyən mənfi hallara meylinin qarşısını almağa yönəldilib.9-1.jpg 119.33 KB8-2.jpg 141.47 KB7-3.jpg 152.28 KB6-5.jpg 150.97 KB4-5.jpg 173.72 KB3-5.jpg 168.64 KB2-5.jpg 109.11 KB1-6.jpg 223.58 KB

07.05.2023

Azərbaycan Respublikası Əmək Müharibə və Silahlı Qüvvələri Veteranları təşkilatında, təşkilatının sədri 2-ci Dünya müharibəsi veteranı Fatma  xanım Səttarova və sədr müavini ehtiyatda olan Palkovnin Cəlil Xəlilov ilə  görüş keçirilmişdir.

Azərbaycan Respublikası Əmək Müharibə və Silahlı Qüvvələri Veteranları təşkilatında, təşkilatının sədri 2-ci Dünya müharibəsi veteranı Fatma xanım Səttarova və sədr müavini ehtiyatda olan Palkovnin Cəlil Xəlilov ilə görüş keçirilmişdir.

UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsi və onun nəzdində fəaliiyət göstərən “Tarix Klubu”-nun birgə təşkilatçılığı ilə 9 may Faşizm üzərində qələbənin 78 illiyi və Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikası Əmək Müharibə və Silahlı Qüvvələri Veteranları təşkilatında, təşkilatının sədri 2-ci Dünya müharibəsi veteranı Fatma  xanım Səttarova və sədr müavini ehtiyatda olan Palkovnin Cəlil Xəlilov ilə  görüş keçirilmişdir.Görüşdə Ümumi fənnlərin tədrisinin təşkilli departamentinin baş müəllimi, Tarix üzrə fəlsəfə doktoru Cəmilə Həsənova, Tələbə rektor Cabbar Cəlilov,UNEC THİK Tarix Klubunun sədri Ziyad Ağayev, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin universitetimizdə fəaliyyət göstərən Yeni klub sədri Tərlan Kərimov, THİK-in fəal tələbələri iştirak etmişdir.Tədbirin açılış çıxışını edən Tarix üzrə fəlsəfə doktoru Cəmilə Həsənova 2-ci dünya müharibəsinin tarixi və Azərbaycanın rolu haqqında tələbələrə məlumat vermişdir.Daha sonra Fatma  xanım Səttarova tələbələrə öz həyat fəaliyyətini və müharibə zamanı gördüyü işləri danışmış. Daim Uluöndər Heydər Əliyevin və  ölkə rəhbərliyinin respublika veteranlarına göstərdiyi diqqət haqqında danışmış. Tələbələrə Vətənimiz Azərbaycanı sevməyi və Sadiq olmağı nəsihət etmişdir. Azərbaycan Respublikası Əmək Müharibə və Silahlı Qüvvələri Veteranları təşkilatının sədr müavini ehtiyatda olan Palkovnin Cəlil Xəlilov Azərbaycanda  veteran hərəkatı barədə danışmışdır. Sonda isə Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə-Rektoru Cabbar Cəlilov çıxış edərək universitet rəhbərliyinin salamlarını çatdırmış və Əmək Müharibə və Silahlı Qüvvələri Veteranları təşkilatı rəhbərliyinə tələbələr adından təşəkkürü bildirmişdir.  Tədbirin sonunda Vətənpərvərlik ruhunda şer və mahnılar səsləndirilmişdir. b234c3a5-e8c3-42d3-afff-7d289ca2bae2.jpg 111.1 KBbe1d22db-9ba9-478d-8bb1-ab071c06a571.jpg 326.86 KBd3748b82-ac8d-4a5c-af58-67371dfac0cd.jpg 314.25 KBdb184bfb-d9fb-4bdd-9c44-423c9e6647c5.jpg 108.27 KB3b316562-13f3-4208-8b08-f080c1381e28.jpg 111.32 KB5b4913b5-2777-49d1-9f59-4d4b441f8433.jpg 350.81 KB5f09d1bc-6191-4eb8-befb-7c6fd2ff50b9.jpg 239.48 KB6ea6b205-c1a3-43af-ba0e-cd50204db7d5.jpg 318.98 KB48e5ad0c-7f7c-48a2-9c57-687bdb145a82.jpg 363.49 KB66c89db7-08ae-4669-a069-b56605157d41.jpg 92.27 KB662ee786-ec9c-4757-ba4e-d732bf15345a.jpg 268.77 KB935d90c5-e45d-43b8-9352-8d16f92c89e7.jpg 203.87 KBf4d92653-6fe6-4ba2-a941-308110cff4f0.jpg 98.73 KBf5d83fc9-9dea-487c-b74d-bb686de76ce9.jpg 106.68 KBTələbələr Veteranlar Şurasında görüşdə oldular.docx 12.87 KB

04.05.2023

UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin “Keçmişdən Gələcəyə Salınan Körpü” layihəsi çərçivəsində Azərbaycan İstiqlal Muzeyinə ekskursiyası təşkil olunub.

UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin “Keçmişdən Gələcəyə Salınan Körpü” layihəsi çərçivəsində Azərbaycan İstiqlal Muzeyinə ekskursiyası təşkil olunub.

UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin “Keçmişdən Gələcəyə Salınan Körpü” layihəsi çərçivəsində Azərbaycan İstiqlal Muzeyinə ekskursiyası təşkil olunub.Ekskursiyada THİK-in Qiyabi Əlavə Təhsil Mərkəzinin (QƏTM) sədri Şəfiqə Qurbanova, Tarix Klubunun direktoru Ziyad Ağayev və fakültələrin fəal tələbələri iştirak ediblər.Azərbaycan İstiqlal Muzeyi — Azərbaycan xalqının milli-azadlıq hərəkatını əks etdirən eksponatların saxlandığı muzeydir. Azərbaycan İstiqlal Muzeyi 1991-ci il yanvarın 9-da yaradılıb. Tələbələr Azərbaycan İstiqlal Muzeyində rəsm və heykəltaraşlıq əsərləri, xəritələr, şəkillər, kitablar, pul əskinasları və başqa eksponatlarla tanış olub, xatirə şəkilləri çəkdiriblər.503c66fb-76c9-4cb2-a6ef-8ab213cfe3f8.jpg 138.59 KB65727ecf-68e3-4722-a19e-24617eee9ac4.jpg 122.49 KB787469f6-e035-4dbc-8d46-6b736b67cf75.jpg 127.81 KBa16fc2a8-7ebd-4556-9c1e-71e7033801fb.jpg 133.13 KB18c249ea-7ac7-4ab5-abe2-3ba82a3120b8.jpg 110.22 KB63c2d4b0-ded3-46f4-98b7-8613ae21c069.jpg 97.69 KB67dc62cd-930b-445c-867c-e9b0bf1fd0bb.jpg 114.9 KB303d014e-7108-4fe1-84e0-1224410a61be.jpg 112.17 KB

04.05.2023

Quba şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirib

Quba şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Quba şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirib. “Heydər Əliyev ili”nə həsr olunuş konfransda ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ-nin Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayon komitələrinin sədrləri, həmkarlar ittifaqı fəalları iştirak edib. Konfrans Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak omuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.   İclasda çıxış edən ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə  bildirib ki, Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzvü olan sahə həmkarlar ittifaqları da müvafiq tədbirlər planı tərtib etmiş və həyata keçirirlər. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi də “Heydər Əliyev İli” ilə bağlı tədbirlərin keçirilməsinə başlayıb. Zona konfransı da Respublika Komitəsinin silsilə tədbirlərindən biridir.   Sonra M.Cəfərzadə Azərbaycanda həmkarlar ittifaqlarının inkişafında ümummilli lider Heydər Əliyevin rolundan danışıb. Qeyd edib ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Daha sonra konfransda Quba rayon Xucbala kənd tam orta məktəbin tarix müəllimi Ayişə Şabutova, Qusar rayon Müəllimlər Evinin direktoru Həsənov Robert, Quba şəhər Texniki Təmayüllü liseyin tarix müəllimi Elxan Məmmədov, Qaraçay kənd tam orta məktəbin tarix müəllimi Bariz Allahverdiyev, Quba-Xaçmaz RTİ-nin Quba sektorunun tarix fənni üzrə metodisti Mənsur İlyasov çıxış edərək mövzu ilə bağlı məruzə ediblər. Tədbirin sonunda şagirdlərin ifasında şeirlər, mahnılar dinlənilib.  IMG_9900.JPG 1.67 MBIMG_9943.JPG 1.59 MB

01.05.2023

AHİK tərəfindən 2022-ci ilin ən yaxşı müəssisələri mükafatlandırılıb

AHİK tərəfindən 2022-ci ilin ən yaxşı müəssisələri mükafatlandırılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2022-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən müəyyən olunmuş 2023-ci ildə Ümumdünya Əməyin Mühafizəsi Günü – “Əmək sferasında sağlam və təhlükəsiz əmək şəraiti əsas prinsip və hüquq kimi” devizi altında baş tutan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov, BƏT-nin Azərbaycan üzrə əlaqələndiricisi Yaşar Həzəyev, AHİK-in üzv və tabe təşkilatlarının sədrləri, müsabiqədə qalib olmuş müəssisələrin rəhbərləri, KİV nümayəndələri və digər şəxslər iştirak ediblər.Tədbirdə çıxış edən Səttar Möhbalıyev öncə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlət quruculuğu siyasətindən, xilaskarlıq missiyasından, həmçinin dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərdən, iqtisadi qüdrətindən, uğurlu beynəlxalq siyasətindən danışıb. Sonra AHİK sədri bildirib ki, 2022-ci il ərzində həmkarlar ittifaqlarının texniki əmək müfəttişləri əməyin mühafizəsi üzrə ictimai müvəkkillərlə birlikdə 313 müəssisə və təşkilatda ictimai müayinə həyata keçirib, 1212 pozuntu aşkar edib, onların 89 %-nin aradan qaldırılmasına nail olunub: “Nəticədə 39 texnoloji avadanlıq və dəzgah təhlükəsizlik norma və qaydalarına uyğun vəziyyətə gətirilib, 251 nəfərin iş şəraiti yaxşılaşdırılıb. Həmkarlar ittifaqlarının xidmət dairəsinə daxil olan müəssisələrdə il ərzində xəsarət alanların sayı 31% azalaraq 126 nəfərdən 88 nəfərədək enib, bədbəxt hadisədən ölənlərin sayı isə 17 nəfərdən 18 nəfərədək artıb. Əməyin mühafizəsinə dair tədbirlərin həyata keçirilməsinə ayrılan vəsaitin düzgün və məqsədyönlü xərclənməsinə sahə həmkarlar ittifaqı komitələrinin texniki əmək müfəttişləri və əməyin mühafizəsi komissiyaları tərəfindən həyata keçirilən ictimai nəzarət sayəsində 349 tədbir keçirilib, attestasiya olunmuş iş yerlərinin sayı 90 %-ə, tibbi müayinədən keçirilən işçilərin sayı isə 92 %-ə çatdırılıb. Əməyin mühafizəsi sahəsində təbliğat işinin daha yaxşı təşkil edilməsi məqsədi ilə yeni 7 əməyin mühafizəsi kabineti və 73 güşə yaradılıb, bununla da kabinetlərin sayı 37-ə, guşələrin sayı isə 710-a çatdırılıb. Bütün bu tədbirlərin keçirilməsinə baxmayaraq, müəssisələrdə əməyin mühafizəsinə ayrılan maliyyə vəsaiti əvvəlki müvafiq dövrlə müqayisədə 9.5 %, hər işçiyə görə isə 11.3 % azalıb”.Səttar Möhbalıyev deyib ki, BƏT-nin məlumatına görə, hər il istehsalatda 2 – 2,3 milyon insan həyatını itirir. Onlardan 300 000 nəfəri istehsalat xəsarətləri nəticəsində, 1,7 – 2 milyon nəfəri isə müxtəlif peşə xəstəliklərdən ölür.Onun sözlərinə görə, müasir standartların tələbinə uyğun gəlməyən, tətbiq olunan texnoloji proseslərdə heç bir qayda və təlimatlara cavab verməyən iş yerləri hələ də mövcuddur. Qarşımıza qoyduğumuz hədəflərdən biri də, məhz bu müəssisələrdə normalara uyğun iş yerləri yaratmaqdır.Digər çıxış edənlər Azərbaycanın iqtisadi göstəricilərindən, bütün sahələrdə qaznılmış nailiyyətlərdən, ölkəmizdə əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması istiqamətində görülən işlərdən, bədbəxt hadisələrin, istehsalat zədələrinin, peşə xəstəliklərinin qarşısının alınması məqsədilə müvafiq qurumların, o cümlədən həmkarlar ittifaqlarının atdığı addımlardan bəhs ediblər.Sonra müsabiqənin qalibi olmuş 23 sahə üzrə həmkarlar ittifaqını təmsil edən 48 müəssisəyə diplomlar və hədiyyələr təqdim olunub.Məlumat üçün əlavə edək ki, 2022-ci ildə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə əlaqədar AHİK-in müsabiqə komissiyasına müsabiqədə iştirak etmiş 2150-dən artıq müəssisə, təşkilat, sex və sahədən yalnız 48 ən yaxşı müəssisənin sənədi daxil olub. Həmin 48 qurunun yüksək göstəriciləri müəyyənləşdirilərək İcraiyyə Komitəsinin müzakirəsinə verilib və onlar yekdilliklə qalib elan ediliblər.Qeyd edək ki, “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqə AHİK-in təşəbbüsü ilə 2009-cu ildən hər il keçirilir. Müsabiqənin məqsədi işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, bu sahəyə cavabdeh olan şəxslərin məsuliyyətinin artırılması, həmçinin işəgötürənlərin əməyin mühafizəsi məsələlərinə daha diqqətlə yanaşmasına nail olmaqdır. Ötən dövr ərzində müsabiqəyə 22 000-dən çox müəssisə və təşkilat qatılıb, onlardan 530-u qalib elan olunaraq fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.

29.04.2023

UNEC-in əməkdaş və tələbələrinin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.

UNEC-in əməkdaş və tələbələrinin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin keçirilməsinə dair UNEC-in əməkdaş və tələbələrinin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub. Ekskursiyada HİK sədri Rüfət Süleymanlı, THİK sədri İlkan Əliyev, Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafiz Hacıyev, Biznes və menecment fakültəsinin dekan müavini Elbrus Əkbərov, Rus İqtisad Məktəbinin direktor müavini Anar Eyyubov, Mühəndislik fakültəsinin baş mentoru Könül Rəhimova, SABAH Mərkəzinin kordinatoru Şəlalə Musayeva, Türk Dünyası İqtisadiyyat fakültəsinin dekan müavini Cəvahir Məmmədova, İqtisadiyyat və idarəetmə fakültəsinin mentoru Zeynəb Qiyasova ,UNEC Dizayn Məktəbinin b/m Hüseynova Nisəxanım , Qiyabi Distant Əlavə Təhsil Mərkəzinin sədr müavini Yalçın Köçərli, UNEC Biznes Məktəbinin, Rəqəmsal İqtisadiyyat fakültəsinin tələbələri, tələbə-rektor Cabbar Cəlilov və fakültələrin fəal tələbələri iştirak ediblər.Ekskursiyada gənclərə Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətləri haqqında məlumatlar verilib.c481a8ff-c753-4c66-96e7-b02da24b76e0.jpg 337.63 KBcb25df87-a136-4f85-9f3e-93c361b3efb0.jpg 243.88 KBe4e59bee-fdda-4916-b43f-ebf72529df59.jpg 193.84 KB5e0cdb29-567a-4449-8c2e-7790ed820c04.jpg 269.47 KB006d0234-9fd4-4a3e-ac04-7cb688a544a8.jpg 303.83 KB7ba72d84-26b1-4bef-845a-27c41c1ee9ec.jpg 57.46 KB7c68cc2d-aa6a-4beb-8dbc-5315e0e8f6a9.jpg 343.4 KB9e61e6fb-7868-477a-af47-236442fcdb5d.jpg 336.42 KB9f1c36e2-4eb3-4a9e-8a3b-cc80411cc3fb.jpg 392.28 KB92ac3c9e-2c38-413f-b195-3eeb5f7d5865.jpg 253.11 KB603cda2c-b4a6-4ffb-b7ed-e8c7612f36fe.jpg 357.16 KB48243cc8-54a7-4bbf-b07f-0ae3744fffc8.jpg 271.47 KB254128a6-b5e2-4422-b0bc-56b2ee68203f.jpg 291.13 KB5808337a-720e-423e-b3a3-863b0c07a6d3.jpg 303.69 KBad34241b-44a8-4378-bbdb-ec7b7cc94ddc.jpg 267.12 KB

28.04.2023

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə  həsr olunmuş futbol turnirində UNEC-in Maliyyə və mühasibat fakültəsi qalib olub.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş futbol turnirində UNEC-in Maliyyə və mühasibat fakültəsi qalib olub.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və UNEC İdman klubunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tələbələrarası futbol turnirinin final mərhələsi keçirilib.Finalda Maliyyə və mühasibat fakültəsinin tələbələrindən ibarət “Harop” komandası qalib olub. Rus İqtisad Məktəbi”–nin “Sparta” komandası II yerin, İqtisadiyyat və idarəetmə fakültəsinin “Ağdərə” komandası isə III yerin sahibi olub.Qalib komandanın üzvlərinə kubok, diplom, medallar təqdim olunub.5c8a231d-f353-4fcc-9db2-c987e4b94f88.jpg 277.05 KB6c2ec3aa-beb8-40c5-9fbc-c42ad3d77cfd.jpg 268.73 KB09f0af4b-6b5b-41d9-84e8-d1570fc14127.jpg 377.74 KB710c1897-88f5-4b8c-955f-207cabf116b6.jpg 349.58 KB20230422_110545.jpg 5.67 MBae54d14b-7039-4ebf-8f62-349ed1a45ef0.jpg 261.88 KB20230421_114331.jpg 6.19 MB20230421_131804.jpg 5.32 MBc8c2e29d-3235-4404-bafa-03e98e952891.jpg 307.48 KBcd37e6d1-56a6-44bc-adbb-292a2c7ebc1f.jpg 328.85 KBd07c50d0-6b2d-406d-b615-e875ed73a2da.jpg 292.96 KBIMG_20230422_170418_156.jpg 6.63 MBIMG_20230422_170559_295.jpg 3.69 MB

27.04.2023

“Biz Bir Ailəyik” əlilliyi olan şəxslərə dəstək ictimai birliyinin təşkilatçılığı, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin könüllü dəstəyi ilə şəhid ailələri, qazilər və əlilliyi olan şəxslər üçün təşkil olunmuş Ramazan tədbiri keçirilib.

“Biz Bir Ailəyik” əlilliyi olan şəxslərə dəstək ictimai birliyinin təşkilatçılığı, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin könüllü dəstəyi ilə şəhid ailələri, qazilər və əlilliyi olan şəxslər üçün təşkil olunmuş Ramazan tədbiri keçirilib.

“Biz Bir Ailəyik” əlilliyi olan şəxslərə dəstək ictimai birliyinin təşkilatçılığı, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin könüllü dəstəyi ilə şəhid ailələri, qazilər və əlilliyi olan şəxslər üçün təşkil olunmuş Ramazan tədbiri keçirilib.Tədbirdə şəhid ailələri, qazilər, əlilliyi olan şəxslərlə yanaşı eyni zamanda Milli Məclisin deputatı Jalə Əhmədova, 1 saylı DOST mərkəzinin direktoru Çingiz Əliyev, QHT sədrləri, THİK-in fəal tələbələri iştirak ediblər.Tədbir ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və sağlamlıq imkanları məhdud uşaqlar tərəfindən Dövlət Himnimizin işarət dilində ifa edilməsi ilə başlayıb. Tədbirdə çıxış edən Biz bir ailəyik əlilliyi olan şəxslərə İB-nin sədri, UNEC THİK-in sədr müavini Günay Ağazadə dövlət siyasətində sosial islahatların xüsusi yer tutduğunu, həssas təbəqəyə dəstək, onların problemlərinin həlli məqsədilə müxtəlif tədbirlər həyata keçirildiyini bildirib.Tədbirdə çıxış edən Milli Məclisin deputatı Jalə Əhmədova, 1 saylı DOST mərkəzinin direktoru Çingiz Əliyev, "İstedadlı Əlillər" İctimai Birliyinin sədri Qubad Qasımov Ramazan ayının insanların nəfsi ilə imtahan olunduğunu, müsəlmanların bu ayın fürsətlərindən yararlanmaq üçün xeyir əməllər, ibadətlər, dualar etdiyini, müxtəlif qurumlar, fərdi şəxslər tərəfindən aztəminatlı ailələr, həssas təbəqədən olan vətəndaşlar üçün iftar süfrələri açıldığını, xəstələrin, kimsəsizlərin daha çox ziyarət olunduğunu diqqətə çatdırıblar. Çıxış edənlər oruc tutanlara Allahdan ibadətlərinin qəbul edilməsini diləyib, xalqımıza əmin-amanlıq, ruzi-bərəkət, şəhidlərimizə rəhmət, qazilərə şəfa, sağlamlıq imkanları məhdud şəxslərə, o cümlədən əlində silah Vətən keşiyini çəkən hərbi qulluqçulara cansağlığı arzulayıblar.Tədbir bədii hissə ilə davam edib. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin, o cümlədən sağlamlıq imkanları məhdud gənclərin ifasında vətənpərvərlik mahnıları, həmçinin şeirlər səsləndirilib.Tədbirin sonunda iştirakçıları və fəal könüllüləri təşəkkürnamə ilə təltif ediblər.deac1796-a70f-4b0b-a125-bfb466a1b2a2.jpg 259.43 KBe77a5bff-6a88-4156-8a41-4238e327296f.jpg 345.07 KBe527acca-006e-4d5a-a9a3-f00a87d6e289.jpg 230.3 KB0fa7d104-e877-4937-ad94-2988b1588064.jpg 275.23 KB2f33ddec-a043-4691-a068-b4c4ccead690.jpg 324.07 KB6d04d173-e7db-414f-b16d-d58a840a41fa.jpg 292.14 KB30a60b64-cd8a-4d2e-aff1-d5f3cb176ae1.jpg 322.81 KB30ba173b-a302-46d1-81dd-e70925a4028b.jpg 304.13 KB49afb759-cdc8-4dcb-a523-0b4ca4f9ae1c.jpg 456.38 KB536b32ad-fcfe-4a9c-ad35-57ec4e14e8a8.jpg 271.25 KB613a9895-5086-4474-a8ef-79ec0a6c73a6.jpg 316.55 KB1998ff20-4cdb-4841-9179-2b532cb2b39e.jpg 328.44 KB260775f8-5ba6-4a50-b60b-ce9aa14bd185.jpg 224.64 KB80393533-e5ba-402c-b116-a5ef02efb8ec.jpg 264.4 KBa4d2bb5f-df65-438d-9dc4-4144e2e8e356.jpg 332.22 KBab1102b2-9b95-4fd6-b37e-0d57d0fd36f9.jpg 199.76 KBb6e3b2ec-bde3-4f2c-af4c-434239ea7201.jpg 305.81 KBbff02c4f-5691-4f02-9250-33945d4988e2.jpg 380.35 KBd26679f5-11eb-4798-95df-a1dfd5310e28.jpg 300.61 KBdd96a3d9-699f-479c-9def-02ed10b88475.jpg 232.96 KBde49de73-4a1c-497c-8bf1-8c2c2d734ae1.jpg 283.38 KB

17.04.2023

Astara rayonunda “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilib

Astara rayonunda “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilib

Astara rayonunda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə birgə “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilib. Rayonun Heydər Əliyev Mərkəzində təşkil edilən konfransda ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ Lənkəran, Astara, Lerik, Cəlilabad, Yardımlı, Masallı, Salyan, Hacıqabul, Şirvan, Sabirabad, İmişli rayon komitələrinin sədrləri və fəalları iştirak ediblər.Konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.Konfransda çıxış edən ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə həmkarlar təşkilatlarının fəaliyyətində ciddi dönüş yarandı, bu təsisat öz mahiyyəti üzrə fəaliyyət göstərməyə başladı. Həmkarlar ittifaqlarının fəaliyyətində inzibati amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı, təşəbbüskarlığa, dünya həmkarlar ittifaqları sisteminə inteqrasiyaya yol açıldı. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Sonra Ümummilli lider Heydər Əliyevlə bağlı video çarx nümayiş etdirilib, “”Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi, Astara şəhər 1 saylı tam orta məktəbin 10a sinif şagirdi Həsənli Leylanın təqdimatı dinlənilib. Daha sonra ATİAHİ Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova, Hacıqabul rayon komitəsinin sədri Kifayət Əmirbəyova, Yardımlı rayon komitəsinin sədri Azər Ələkbərov, Astara şəhər 1 saylı tam orta məktəbin müəllimi Gülayə Babazadə və Astara şəhər  şəhər 3 saylı tam orta məktəbin HİK sədri Böyükxanım Məmmədova çıxış ediblər. IMG_9861.JPG 1.3 MBIMG_9873.JPG 1.25 MBIMG_9874.JPG 1.21 MBIMG_9876.JPG 1.24 MBIMG_9879.JPG 1.33 MBIMG_9884.JPG 1.26 MBIMG_9896.JPG 1.43 MB

17.04.2023

Ali təhsil müəssilərinin tələbələri  arasında  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı seçim turu Azərbaycan Dövlət İqtisad Universitetində keçirilmişdir.

Ali təhsil müəssilərinin tələbələri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı seçim turu Azərbaycan Dövlət İqtisad Universitetində keçirilmişdir.

Ali təhsil müəssilərinin tələbələri  arasında  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı seçim turu Azərbaycan Dövlət İqtisad Universitetində keçirilmişdir.Əsası umumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün uğurla davam etdirilir. 2023-cü ilin may ayının 10-da ümumilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olur. Bədii yaradıcılıq müsabiqə festivalının keçirilməsinin məqsədi gəncləri milli vətənpərvərlik ruhunda hazırlamaq, onları mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək , incsənətin ayrı-ayrı növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inişaf etdirilməsinə dəstək verməkdir.Bədii yaradıcılıq festivalında Azərbaycan Dövlət İqtisad Universitetinin HİK sədri Rüfət Süleymanlı, THİK sədri İlkan Əliyev və münsiflər heyəti - Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Mədəni-kütləvi və idman işləri şöbəsinin müdiri Nəzirov Rüstəm Məmməd oğlu; Azərbaycan Dövlət Musiqili Komedkiya teatrının direktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, münsiflər heyətinin sədri – Lalayev Əlqismət Hümmət oğlu, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Azərbaycan Respublikasının xalq artisti Muradova Təranə Hüseyn qızı; Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Baba Vəziroğlu (Mənsimov Baba Vəzir oğlu) ; Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının xalq artisti Cəfərov Samir Qədir oğlu ; Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Quliyev Hafis Məhərrəm oğlu; Azərbaycan Respublikasının xalq artisti Məmmədova Gülyanaq Zakir qızı; Azərbaycan Milli Konservatoriyasının müəllimi Növrəsli Arslan Növrəs oğlu iştirak etmişdir.Bədii yaradılıq müsabiqə festivalının Final mərhələsi 6 may 2023-cü il tarixində Heydər Əliyev Sarayında keçiriləcək.71e7991e-01f5-4429-b1ec-c7c420b23154.jpg 139.9 KB7894b65e-9899-45d4-9899-d97a0fb5b1fc.jpg 88.6 KBc5f0ac10-9eac-498f-a9e1-14723189510e.jpg 117.86 KBc92af513-aac3-4c60-9afd-ad64a93de215.jpg 117.87 KBd624fdb7-99ba-4845-8dd3-92e43d5d5319.jpg 273.93 KBd985a462-84ea-4b26-8f1a-c9d913c74f3a.jpg 122.34 KBdd7a0e2e-ce26-4186-8878-d6871e3a1e51.jpg 94.26 KBDSC_1282.JPG 234.1 KBDSC_1286.JPG 416.34 KBDSC_1289.JPG 442.5 KBDSC_1295.JPG 414.05 KBDSC_1299.JPG 483.77 KBDSC_1301.JPG 275.57 KB

17.04.2023

“Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda növbəti zona konfransı Şəkidə keçirilib

“Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda növbəti zona konfransı Şəkidə keçirilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi “Heydər Əliyev ili” ilə bağlı silsilə tədbirlərini davam etdirir. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş növbəti zona konfransı Şəki şəhərində keçirilib. Şəki Heydər Əliyev Mərkəzində təşkil edilən konfransın mövzusu “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” olub. Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Şəki şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova, Şəki - Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Günay Mahmudova, ATİAHİ-nin Ucar, Yevlax, Zərdab, Göyçay, Ağdaş, Şamaxı, Ağsu, Mingəçevir, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Şəki, Zaqatala, Balakən rayon komitələrinin sədrləri, həmkarlar ittifaqı fəalları iştirak edib. Konfrans iştirakçıları əvvəlcə Ümummilli Liderin Şəki şəhər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə tər çiçəklər qoymuşlar. Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu öndərin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. İclasda çıxış edən ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə  bildirib ki, Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzvü olan sahə həmkarlar ittifaqları da müvafiq tədbirlər planı tərtib etmiş və həyata keçirirlər. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi də “Heydər Əliyev İli” ilə bağlı tədbirlərin keçirilməsinə başlayıb. Zona konfransı da Respublika Komitəsinin silsilə tədbirlərindən biridir. Sonra M.Cəfərzadə Azərbaycanda həmkarlar ittifaqlarının inkişafında ümummilli lider Heydər Əliyevin rolundan danışıb. Qeyd edib ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Daha sonra konfransda Şəki şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir  müavini  Günay Mahmudova, ATİAHİ İsmayıllı  rayon komitəsinin sədri  Hafiz Kərimov, Qax rayonu 2 saylı tam orta  məktəb - liseyin  direktoru Aybəniz Məmmədova, Əməkdar müəllim, HİK veteranı Şəfaqət Rəsulov, Zaqatala rayonu üzrə Təhsil Sektorunun  metodisti  Rəcəb Əlizadə, Oğuz  rayonu üzrə Təhsil Sektorunun metodisti Günel Abdullayeva və başqaları çıxış ediblər. Sonra ATİAHİ Şəki rayon komitəsinin Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar müəllim  arasında  keçirdiyi «Heydər  Əliyev mənim üçün kimdir?» və şagirdlər arasında keçirilmiş «Ürəklərdə yaşayan lider» inşa-yazı müsabiqəsində yer tutmuş qaliblər mükafatlandırılıb. Mükafatlandırma mərasimində çıxış edən ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasıyeva bildirib ki, iştirakçılara təşəkkür edib və rayon komitəsinin bu kimi tədbirləri il ərzində davam etdirəcəyini bildirib. Tədbirin sonunda şagirdlərin ifasında şeirlər, mahnılar dinlənilib, rəqs nömrələri nümayiş etdirilib. CSC_9896 (1).JPG 10.58 MBDSC_9837.JPG 8.23 MBDSC_9903.JPG 7.34 MBDSC_9924.JPG 7.21 MBDSC_9990.JPG 7.23 MBDSC_0025.JPG 7.62 MBDSC_9958.JPG 7.16 MBDSC_9950.JPG 6.96 MBDSC_9945.JPG 7.09 MBDSC_9942.JPG 6.56 MBDSC_9928.JPG 7.64 MBDSC_9877.JPG 6.35 MBDSC_0010.JPG 6.33 MBCSC_9916.JPG 10.01 MB

10.04.2023

UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və Rəqəmsal İqtisadiyyat fakültəsinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş

UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və Rəqəmsal İqtisadiyyat fakültəsinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Proqramlaşdırma olimpiadası" keçirilib.

UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və Rəqəmsal İqtisadiyyat fakültəsinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Proqramlaşdırma olimpiadası" keçirilib.Olimpiadada 12 komanda və hər komandada 3 nəfər olmaqla 36 tələbə iştirak ediblər. Qalib komandalara diplom və mükafat, digər komandalar isə iştirakçı sertifikatı ilə təltif olunub.10020_9241385b360701cea4dacc12eac64549 (2).jpeg 23.02 KB10020_30dd106a268e4656c5c56853e4ef5b2f (2).jpeg 32.18 KB10020_4ee776193edfeb20056ecf3f06388a56 (1).jpeg 31.63 KB10020_3e658f3859d2c0cb8804022c268e338e (2).jpeg 30.27 KB10020_1ae8c938278b3313d75b8372df5d7f1b (1).jpeg 26.33 KB10020_1ac2421c13325dee1cfb5d19db6a4e4f (2).jpeg 26.27 KB10020_30dd106a268e4656c5c56853e4ef5b2f (2).jpeg 32.18 KB10020_f898de99b890e9d0e661affd12f7abb5 (2).jpeg 29.94 KB

10.04.2023

Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo