UNEC-in şəhid məzunu Teymur Zeynalovun xatirəsi anılıb
Oktyabrın 24-də Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış UNEC məzunu, Vətən müharibəsinin şəhidi Teymur Zeynalovun anım günüdür.

Teymur Zeynalovun anım günündə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin rəhbəri Fariz Əhmədov, BMDM -in əməkdaşları, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədr müavini Günay Ağazadə və fəal tələbələr şəhidin ailəsi ilə birlikdə bulağının qarşısında əziz xatirəsini ehtiramla yad ediblər.

Teymur Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Zeynalov oktyabrın 24-də Füzuli döyüşləri zamanı şəhid olub. Bakı şəhərində, Biləcəri Şəhidlər Xiyabanında  dəfn olunub.

Teymur Zeynalov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalı medalı, "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.

Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo