UNEC-in şəhid məzunu Məzdək Eyvazlının xatirəsi anılıb
Oktyabrın 29-da Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış UNEC məzunu, Vətən müharibəsinin şəhidi Məzdək Eyvazlının anım günü idi.

Məzdək Eyvazlının anım günündə Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov, THİK-in sədri İlkan Əliyev, fakültə sədrləri və tələbələr şəhidin Qaradağ rayonundakı Şəhidlər Xiyabanında məzarını ziyarət ediblər. UNEC kollektivi şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyublar və gül dəstələri düzüblər.

Məzdək Eyvazlı ölümündən sonra “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo