UNEC-in şəhid məzunu Teymur Məcidzadənin xatirəsi anılıb
Noyabrın 9-da Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu Teymur Məcidzadənin anım günüdür.

II Fəxri Xiyabanda dəfn olunan Teymur Məcidzadənin anım mərasimində İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Elçin Eyvazov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Günay Ağazadə, dekan müavinləri, fəal tələbələr, şəhidin dostları və hərbçi yoldaşları iştirak ediblər.

İkinci Vətən Müharibəsinin başa çatmasına saatlar qalmış Teymur Məcidzadə Xocavənd-Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq, Şəhidlik məqamına ucalıb.

Teymur Məcidzadə ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları, “III dərəcəli Rəşadət ordeni” ilə təltif edilib.

Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo