UNEC-in tələbələri Bədii yaradıcılıq müsabiqə festivalında qalib oldular

UNEC-in tələbələri Bədii yaradıcılıq müsabiqə festivalında qalib oldular

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan Ali Təhsil Müəssisələrinin Tələbələri Arasında Bədii Yaradıcılıq müsabiqə-festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Tədbirdə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Elm və Təhsil Nazirliyinin sektor müdiri Qeyrət Şirəliyev, ali təhsil müəssisələrinin tələbə həmkarlar ittifaqı komitələrinin rəhbərləri və tələbələr iştirak ediblər.Giriş sözü ilə çıxış edən Mirzə Cəfərzadə bildirib ki, Ulu Öndərin xatirəsinə həsr olunmuş və ənənəvi olaraq hər il təşkil olunan bədii yaradıcılıq festivalını keçirməkdə əsas məqsədimiz gənclərimizə milli vətənpərvərlik ruhu aşılamaq, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət etməklə gənclərimizin bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.Sonra qaliblər Elm və Təhsil Nazirliyi və ATİAHİ-nin diplom və hədiyyələri ilə mükafatlandırılıblar. Bədii yaradıcılıq müsabiqə-festivalına ümumilikdə respublika üzrə 25 ali təhsil müəssisəsi qatılıb. Ali məktəblər sırasında UNEC-in tələbələri də yer alıb.UNEC-in Vokal dərnəyinin solisti Nigar Qasımova və Rəhimə Məmmədzadə Vokal (müasir üzrə) 1-ci yerin sahibi olublar.Elxan İsgəndərov və Tərlan Hüseynzadə vokal kateqoriyası (milli) üzrə  2-ci yeri, UNEC Yaradıcılıq Mərkəzinin Rəqs  qrupu isə Müasir rəqs üzrə 2-ci yeri qazanıb.UNEC rəqs ansamblının solistləri Zəkəriyyə Heydərov, Ələddin Süleymanov və Əhdiyyə Əliyeva diplomla təltif olunublar.Əfsanə Qəhrəmanova, Vüsal Aslanov, Ramin Sadıqov, Mələk Babayeva, Nigar Hüseynzadə, Mətin Ağazadə, Turan Mirzəyev və  Xaliq Məmmədzadə Bədii yaradıcılıq müsabiqə-festivalında fəal iştirakına görə təltif olunublar.Tələbələrimizi təbrik edirik və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!1-8.jpg 159.16 KB963b66d9-a543-4794-9b71-58a7c5ab4646.jpg 122.56 KB3-6.jpg 147.25 KB2e15ee45-aff9-4665-8def-f810e5dd56f9.jpg 181.41 KB2-5.jpg 185.55 KB

11.07.2023

İyulun 4-də  UNEC-in məzunu Qarayev Məhəmmədin ailəsi azərbacan Dövlət İqtisad Universitetində  oldular.

İyulun 4-də UNEC-in məzunu Qarayev Məhəmmədin ailəsi azərbacan Dövlət İqtisad Universitetində oldular.

İyulun 4-də  UNEC-in məzunu Qarayev Məhəmmədin ailəsi azərbacan Dövlət İqtisad Universitetində  oldular.Biznes və Menecment fakultəsinin dekanı i.e.n. dos. Əhmədov Mirağa, UNEC  Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev şəhid Qarayev Məhəmmədin ailəsi şəhidin təhsil aldığı IV tədris bınasını daha sonra UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksini ziyarət etdilər.Qarayev Məhəmməd Mahir oğlu 2001-cü il Noyabr 16-da Qəbələ şəhərində anadan olmuşdur.2007-2008-ci illərdə Qəbələ şəhəri 4 saylı  orta məktəbində təhsil alıb.2018-2022-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsinə daxil olub.2022-ci ci ilin iyul ayında həqiqi hərbi xidmətə yollanmışdır. Mayın 12-də Kəlbəcər istiqamətində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.Evin tək oğul övladı olan şəhid subay idi.DSC_2529.JPG 406.74 KBDSC_2545 (1).JPG 365.44 KBDSC_2545.JPG 365.44 KBDSC_2552 (1).JPG 578.84 KBDSC_2552.JPG 578.84 KBDSC_2563.JPG 638.6 KBDSC_2570.JPG 511.77 KBDSC_2582.JPG 354.1 KBDSC_2583.JPG 355.94 KBDSC_2599.JPG 665.78 KB

04.07.2023

UNEC-də Məzun Günü keçirilib

UNEC-də Məzun Günü keçirilib

Bakı Kristall Zalda keçirilən təntənəli mərasimdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, məzunlar və valideynlərlə yanaşı, dövlət rəsmiləri, millət vəkilləri, xarici qonaqlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Məzun Gününün açılışında çıxış edən rektor professor Ədalət Muradov bu il UNEC-dən 3493-ü bakalavr, 2032-si magistr olmaqla, 5525 tələbənin məzun olduğunu deyib. Rektor məzunları təbrik edərək, onları qarşıda yeni sınaqların gözlədiyini bildirib, bu parlaq gənclərin bütün sınaqların öhdəsindən layiqincə gələrək, uğur qazanacaqlarından əminliyini ifadə edib.Məzun Günündə iştirak edən Milli Məclis sədrinin müavini Fəzail İbrahimli Məzun Gününün ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsini əlamətdar hadisə kimi dəyərləndirib. Millət vəkili ümummilli liderin təhsil və gənclərə olan qayğısından danışaraq, məzunlara vətəninə, millətinə layiqli vətəndaş olmağı tövsiyə edib.Azərbaycan Dövlət Neft Şirkətinin Prezidenti Rövşən Nəcəf bir zamanlar təhsil aldığı universitetdə Fəxri məzun kimi iştirak etməkdən qürur duyduğunu bildirib. O, tələbəlik illəri ilə bağlı xoş xatirələrini bölüşərək, məzun olan gəncləri təşəbbüskar olmağa çağırıb.Çıxışdan sonra Rövşən Nəcəfə bakalavr diplomunun əlavəsi təqdim olunub. Bütün qiymətlərinin “Əla” olduğu diplom əlavəsini alan Rövşən Nəcəf duyğulu anlar yaşayıb.Sonra UNEC-in Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramının məzunu olan12 tələbəyə həmin universitetin diplomları təqdim olunub. Fransa Respublikasının Azərbaycandakı Səfirliyinin əməkdaşlıq və mədəniyyət işləri üzrə müşaviri Çarlz Denier məzunları təbrik edərək, UNEC ilə Fransa universitetləri arasındakı əməkdaşlığı yüksək qiymətləndirib.Məzun Günündə UNEC-i bakalavr səviyyəsi üzrə ən yüksək ortalama (99,43) ilə bitirən Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbəsi Ayan Nəbiyeva çıxış edərək, valideynlərinə və müəllimlərinə təşəkkürünü bildirib.Məzunların andiçmə mərasimindən sonra UNEC bayrağı III kursu ən yüksək ortalama ilə bitirən (99.26) Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbəsi Sübhan Əlizadəyə təhvil verilib.Ənənəvi “papaqatma” mərasimindən sonra Məzun Günü əyləncəli proqram ilə davam edərək, məzunlara unudulmaz anlar yaşadıb.Tədbirdə UNEC Tələbə Həmkarlar İttifaqı Komitısinin üzvlərindən ibarət 250-ə yaxın könüllü komandası iştirak edib.10400_dd598100e9b3518a4603cd3ad1d2fd75.jpg 50.73 KB10400_0c292c136f418a23befa1270823c4e9e.jpg 55.96 KB10400_0e304312c81d00bb2a8dbcc83a5982d6.jpg 68.07 KB10400_3ab89e1804f3622ca9f36b3e61470ccd.jpg 55.93 KB10400_3c6475ea1c610f7933001a1b56233b77.jpg 57.57 KB10400_6cedf573bec32e9274f202c8f66a0b4b.jpg 68.54 KB10400_7fc75e9682a521f4e1c8d270fbb9f27d.jpg 68.28 KB10400_8c2529f75c5a29bcd7ba4e6c025e1a25.jpg 37.24 KB10400_72e4cb2e3630031ed600cb33222fa896.jpg 56.14 KB10400_101d2b501c893deacca270fa423beec8.jpg 60.91 KB10400_1557b4832afb87e4abc3aca50df3258a.jpg 38.45 KB10400_486633d64996c86b3e2e6aa9d7dd371e.jpg 84.62 KBIMG_0057.JPG 206.43 KB10400_737309b09f52e67d44e72639d84f532a.jpg 31.45 KB10400_60361801c5078094a6cdc7e95f72e69b.jpg 53.35 KB

24.06.2023

ATİAHİ Respublika Komitəsinin nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

ATİAHİ Respublika Komitəsinin nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

İyunun 6-dan 11-dək Qazaxıstanın Astana şəhərində Təhsil İşçilərininBeynəlxalq Konfransı keçirilib.Konfransda Azərbaycan, Belarus, Rusiya, Qırğızıstan və Tacikistanın təhsil işçiləri iştirak ediblər. Müasir dövrdə təhsilin vəziyyəti, bu sahədə tətbiq olunan yeniliklər, movcud təhsil sistemlərinin yeni çağırışlara uyğunluğu və digər məsələlər tədbirdə müzakirə mövzusu olub.Ölkəmizi konfransda ATİAHİ Xətai rayon komitəsinin sədri Maisə Hacıyeva və Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva təmsil edib. Hər iki iştirakçı tədbirdə çıxış edib, ölkəmizin təhsil sistemindən, bu sahəyə olan dövlətin diqqət və qayğısından, azərbaycanlı gənclərin uğurlu göstəricilərindən danışıblar. Onlar həmçinin aparılan müzakirələrdə fikirlərini bölüşüblər.IMG-20230611-WA0028.jpg 147.97 KBIMG-20230611-WA0026.jpg 133.63 KBIMG-20230611-WA0025.jpg 85.66 KB

21.06.2023

UNEC məzunu şəhid Əsəd Əsədlinin cənnətdəki doğum günü

UNEC məzunu şəhid Əsəd Əsədlinin cənnətdəki doğum günü

Zəfərimizlə başa çatan II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan UNEC-in məzunu Əsədli Əsədin iyunun 17-də  doğum günü idi, yaşasaydı 28 yaşı olacaqdı.Şəhidin doğum günü münasibəti ilə, UNEC Qiyabi və Əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev,mərkəzin şöbə müdiri Yalçın Köçərli, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri ilkan Əliyev və fəal tələbələr şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər. Daha sonra UNEC kollektivə şəhidin təziyə mərasimində iştirak etmişdir.Şəhid Əsəd Əsədli 1995-ci il iyunun 17-də Masallının Çayqıraq kəndində anadan olub. Bakının Nizami rayonunda Milli Qəhrəman şəhid Yuri Kavalyov adına 229 saylı tam orta məktəbi bitirib. 2012-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinə daxil olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Əsəd Əsədli Füzuli və Xocavənd döyüşlərində savaşıb. Son döyüşü noyabrın 9-da Xocavənd rayonunun strateji yüksəkliklərindən birinin müdafiəsi uğrunda olub. Əsəd döyüş yoldaşlarını mühasirədən çıxarsa da, özü şəhid olub. II Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsəd Əsədli ölümündən sonra "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı, "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.  ff6ea00f-c282-47ff-8d22-34981dc6af8f.jpg 193.71 KB0f896ee5-1238-4d96-8803-951c070b132f.jpg 234.89 KB4c8deea8-3ee1-4f6b-85ff-479fedcd493f.jpg 138.05 KB5d905204-d276-4c83-87c3-a22b5f7277eb.jpg 174.69 KB42f964ac-4ae0-404b-a39c-38052f70b214.jpg 161.15 KB78c186d3-fb1c-4d68-9ded-980a16b6fb14.jpg 182.62 KB393b4b39-c66c-485a-8bb0-6d692af0100c.jpg 176.39 KBa52510c4-f3cb-41aa-9b92-ce4c56936634.jpg 167.53 KBb1a5bc63-3c38-4303-9835-8ac26045c28c.jpg 191.86 KBbedbc5a3-97ce-409d-abd4-9560a93070ba.jpg 159.41 KBc527996a-f6a0-4ab3-bf20-0b94e04eca2a.jpg 184.58 KBe2144c04-5c19-457e-bb33-207a47360966.jpg 163 KBf496028a-a924-453a-9e22-01ef7aa9af90.jpg 170.2 KB

19.06.2023

Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib

Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib

Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib. ATİAHİ Respublika Komitəsinin təşkilatçılığı, ATİAHİ Nəsimi rayon komitəsinin ev sahibliyi ilə Bakı şəhəri 266 saylı tam orta məktəbdə təşkil edilən konfrans “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusuna həsr olunub. Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ Nəsimi, Qaradağ, Səbail, Yasamal, Binəqədi, Nizami, Sabunçu, Xətai, Suraxanı, Xəzər, Pirallahı, Nərimanov rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhunun yad edilməsi ilə başlanan konfransda Ümummilli lider Heydər Əliyevlə bağlı video çarxın nümayiş etdirilib. Konfransda ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, ATİAHİ Nəsimi rayon komitəsinin baş mütəxəssisi Yeganə Rəhimova, 211 №-li tam orta məktəbin müəllimi, ATİAHİ Nəsimi rayon komitəsinin Təftiş Komissiyasının üzvü Afaq Hacıyeva, ATİAHİ Nizami rayon komitəsinin sədri Sübut Əsədov, ATİAHİ Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilov və başqaları çıxış edib. Çıxış edənlər Ulu Öndərin Azərbaycanın müstəqilliyinin əldə olunması, qorunub saxlanması, ölkədə bütün sahələrin, o cümlədən həmkarlar ittifaqları sahəsinin inkişafında əvəzsiz xidmətlərindən danışıblar. 

05.06.2023

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş intellektual yarış keçirilib

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş intellektual yarış keçirilib

UNEC-in Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə UNEC-in əməkdaş və tələbələri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual yarışması keçirilib.Rus İqtisad Məktəbinin direktor müavini Anar Eyyubov 36 sual və 3 turdan ibarət yarışın sualları Heydər Əliyevin həyat və fəaliyyətinə, Azərbaycanın tarixi və mədəniyyətiniə həsr olunub.Gərgin mübarizə ilə keçən yarışda I yeri “Cahargah”, II yeri – “Qarabağ”, III yeri “Qərbi Azərbaycan” komandası qazanıb. Qalib komandalara diplom və medallar, həmçinin hədiyyələr də təqdim olunub.10148_be0926c6878c46f0216d43373d6f7661 (1).jpg 62.22 KB10148_f6269254f521328c3dff75eb7710279c (1).jpg 86.05 KB10148_3ed0c25b915027fc11f6c10b5a29b7fe (1).jpg 64.56 KB10148_7107a5697c39213a3b8333a008401be1.jpg 57.29 KB10148_2395564b81089cd548deae2307823dc8.jpg 63.04 KB

29.05.2023

Sumqayıt şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirilib

Sumqayıt şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirilib

Sumqayıt şəhərində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə  “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirilib. Konfransda ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ-nin Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Laçın, Zəngilan rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. İclasda çıxış edən ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə  bildirib ki, Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzvü olan sahə həmkarlar ittifaqları da müvafiq tədbirlər planı tərtib etmiş və həyata keçirirlər. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi də “Heydər Əliyev İli” ilə bağlı tədbirlərin keçirilməsinə başlayıb. Zona konfransı da Respublika Komitəsinin silsilə tədbirlərindən biridir.  Sonra M.Cəfərzadə Azərbaycanda həmkarlar ittifaqlarının inkişafında ümummilli lider Heydər Əliyevin rolundan danışıb. Qeyd edib ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Konfransda çıxış edən Abşeron rayon komitəsinin sədri Vahid Əliyev, Sumqayıt şəhər komitəsinin sədri Xudaverdi Əliyev və başqaları ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıblar. Qeyd olunub  ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.IMG_0004.JPG 1.46 MBIMG_0005.JPG 1.5 MBIMG_0006.JPG 1.29 MB

20.05.2023

UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin “Keçmişdən Gələcəyə Salınan Körpü” layihəsi çərçivəsində Suraxanı Gəmi Muzeyinə ekskursiyası təşkil olunub.

UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin “Keçmişdən Gələcəyə Salınan Körpü” layihəsi çərçivəsində Suraxanı Gəmi Muzeyinə ekskursiyası təşkil olunub.

UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin “Keçmişdən Gələcəyə Salınan Körpü” layihəsi çərçivəsində Suraxanı Gəmi Muzeyinə ekskursiyası təşkil olunub.UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin “Keçmişdən Gələcəyə Salınan Körpü” layihəsi çərçivəsində 19 May tarixində Suraxanı gəmi-muzeyinə ekskursiyası təşkil olunmuşdur.Ekskursiyada THİK QƏTM sədri Qurbanova Şəfiqə, Tarix Klubunun direktoru Ağayev Ziyad və fakültələrin fəal tələbələri iştirak etmişdir.2021-ci il martın 1-də Bakıda "Suraxanı" gəmi-muzeyin açılışı olmuşdur. Dünyada ilk dəfə yaradılan bu muzeyin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Gəmi-muzey maraqlı eksponatlarla zəngindir. Muzeydə dünyaca üç məşhur dəniz mayakının modelləri ilə tanış olmaq imkanı da var. Tələbələr Naviqasiya masasında Xəzər dənizində üzən gəmilərin marşrutu, xarici kommunikasiya və naviqasiyaları ilə tanış olub və sonda xatirə şəkilləri çəkdiriblər.Dünyada ilk tanker-muzeyin Bakıda fəaliyyət göstərməsi yerli sakinlər və gündən-günə artan turistlərə  Xəzərin və ölkəmizdə Gəmiçiliyin tarixi, qəhrəman dənizçilərimizin rəşadətli əməyi ilə yaxından tanış olmaq imkanı qazandıracaq. “Suraxanı” gəmi-muzeyi qədim dənizçilik ənənələrinə malik müasir Azərbaycanın  keçmişi ilə  gələcəyi arasında körpü rolunu oynayır. cf9da1f2-44be-4908-aeee-a2ed93538719.jpg 112.34 KB8cbd5403-51a7-4295-9776-8ec77724a8db.jpg 120.56 KB95b9de2c-a217-4f59-aa1c-52a1627bb599.jpg 100.25 KB643c195b-c4fb-4804-a480-1e44f88e37e2.jpg 142.04 KB2528a971-6262-4e03-acd4-e65973f1d84a.jpg 119.99 KBd34a4016-e75f-4781-96f0-40629a32163f.jpg 109.77 KB

19.05.2023

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Rus İqtisad Məktəbi (RİM) üzrə Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Maliyyə savadlılığına gedən yol” adlı seminar keçirilib.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Rus İqtisad Məktəbi (RİM) üzrə Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Maliyyə savadlılığına gedən yol” adlı seminar keçirilib.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Rus İqtisad Məktəbi (RİM) üzrə Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Maliyyə savadlılığına gedən yol” adlı seminar keçirilib. Tədbirin açılışını UNEC THİK RİM sədri Günel Salahova edib. Daha sonra söz Turan Şabanova verilib.Turan Şabanov BŞH-nın (Bakı Şəhər Halqası) İnsan resursları və işçi qüvvəsi şöbəsində işə qəbul üzrə mütəxəssis kimi maliyyə bacarığının nə qədər vacib olduğunu, bu iş üçün hansı bacarıqların lazım olduğu ilə bağlı biliklərini seminarda tələbələrlə bölüşüb. Həmçinin tədbirdə pulun idarə olunması və uğura gedən yolun müzakirəsi aparılıb. Sonda tələbələrin sualları cavablandırılıb. İştirak edən tələbələr sertifikat ilə təltif olunublar. ae43ea5b-1fc4-4ba1-8c63-876855b06f1e.jpg 268.78 KB29e66999-8653-4368-9327-a0612884f58a.jpg 260.37 KB35e556fa-a75b-4f8b-9079-7d3d5b599944.jpg 308.11 KB40ab1692-264c-4022-81f5-808f00c236e0.jpg 244.91 KB80fc0e5b-ed38-4564-931e-c7987b0e84e1.jpg 228.03 KB7499fadb-455a-4093-b52b-7ea455fec8ca.jpg 269.34 KBa23b47dd-7562-4206-bc02-7b24c437d831.jpg 196.84 KB

18.05.2023

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi 2023-cü ilin yekun iclası keçirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi 2023-cü ilin yekun iclası keçirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi 2023-cü ilin yekun iclası keçirib.İclasda THİK-in sədri İlkan Əliyev fakültə sədrləri ilə 2022/2023-cü tədris ilində həyata keçirilmiş işlərin yekunu, gələcək prioritetdə təşkilat və komandanın qarşısına qoyulmuş məqsədlərlə bağlı danışıb.Sonra universitet və komitənin ictimai işlərində fərqlənən tələbələr təltif edilib."İlin fəalı" nominasiyasında PR departamenti direktoru Samir İsmayılzadə, Maliyyə və mühasibat fakültəsinin sədri Həsən Həşimov təltif olunublar. "İlin bürosu" nominasiyasında isə UNEC Dizayn Məktəbi təltif olunub.Sonda İlkan Əliyev təltif olunanları təbrik edərək, yeni nailiyyətlər arzu edib. Xatirə şəkilləri çəkilib.eaca88ad-50ab-4c0c-8cc9-bfcf39f096c6.jpg 187.87 KB1f6aaf34-1fa8-46f0-9ae6-b831b75ab8f6.jpg 141.8 KB3dc8e170-65d4-4105-8b3b-e50a2aaa6699.jpg 141.9 KB4f062518-5e36-4e13-a67d-9db410d31f6b.jpg 262.9 KB62a14435-b5a7-47a6-93c6-56cad7632377.jpg 160.12 KB2069ba39-a892-4ee5-9b04-29d5c20e9331.jpg 183.78 KBa7b17748-7918-415b-b96c-b31f372f5b7a.jpg 151.44 KBb6bef9ea-805c-4892-b369-d55b3a4581ed.jpg 177.81 KB

15.05.2023

UNEC Karyera Mərkəzinin, Rəqəmsal İqtisadiyyat fakültəsinin və UNEC-in Tələbə Həmkərlar İttifaqı Təşkilatının birgə təşkilatçılığı ilə İT sahələri üzrə əmək sərgisi baş tutub.

UNEC Karyera Mərkəzinin, Rəqəmsal İqtisadiyyat fakültəsinin və UNEC-in Tələbə Həmkərlar İttifaqı Təşkilatının birgə təşkilatçılığı ilə İT sahələri üzrə əmək sərgisi baş tutub.

UNEC Karyera Mərkəzinin, Rəqəmsal İqtisadiyyat fakültəsinin və UNEC-in Tələbə Həmkərlar İttifaqı Təşkilatının birgə təşkilatçılığı ilə İT sahələri üzrə əmək sərgisi baş tutub. UNEC və "Coders Azerbaijan" akademiyası arasında imzalanan Memorandumun fəailiyyət istiqamətləri çərçivəsində UNEC-in 3 saylı tədris binasında keçirilən əmək sərgisində İT İxtisaslarını üzrə 8 fərqli istiqamət haqqında stendlər qurulub.Stendlərdə Frontend, Backend, DevOps, Mobile App, Data Science, İT Business Analyst, UI/UX, Kibertəhlükəsizlik ixtisalar üçün tələb olunan bilik və bacarıqlar, statistik məlumatlar, təcrübə proqramları və vakant iş yerləri haqqında məlumatlar təqdim olunub. "Coders Azerbaijan"-ın müəllim-mentor heyəti hər bir istiqamət üzrə tələbələrin suallarını cavablandıraraq, müraciət edənlərin qeydiyyatını aparıblar.Qeyd edək ki, əməkdaşlıq çərçivəsində akademiyanın UNEC tələbələri üçün təşkil etdiyi xidmətlər ödənişsizdir.10228_fbb09af66b5fd06b85e5931a7f2eebf8.jpeg 100.24 KB10228_1e1b9cec8f40e5bed64b95d5cf81abc7.jpeg 101.4 KB10228_861611e5a6ae23633ccc22b21a2a01ec.jpeg 79.43 KB10228_c268f737d6beaff4bc8185506627c90c.jpeg 85.11 KB

15.05.2023

Bərdə şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirib

Bərdə şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda növbəti regional konfransını Bərdə rayonunda keçirib. Qarabağ Regional Təhsil İdarəsində keçirilən tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, ATİAHİ-nin Bərdə, Beyləqan, Saatlı, Beyləqan, Ağcabədi, Cəbrayıl, Füzuli, Xocavənd, Ağdam, Yevlax rayon komitələrinin sədrləri iştirak edib. Konfrans iştirakçıları əvvəlcə Bərdə rayon Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyublar. Sonra iştirakçılar Qarabağ Regional Təhsil İdarəsinin qarşısında regionun təhsil müəssisələrinin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Konfrans Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.  İclasda ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, ATİAHİ Ağdam rayon komitəsinin sədri Xalidə Həsənova və başqaları çıxış edərək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıblar. Qeyd olunub  ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. IMG_9989.JPG 1.23 MBIMG_9983.JPG 1.31 MBIMG_0003.JPG 1.3 MBIMG_0004.JPG 1.24 MBIMG_0007.JPG 1.35 MBIMG_0010.JPG 1.2 MBIMG_9978.JPG 1.4 MB

12.05.2023

UNEC-in şəhid məzunu Məhəmməd Qarayevin xatirəsi yad edilib

UNEC-in şəhid məzunu Məhəmməd Qarayevin xatirəsi yad edilib

Mayın 12-də Kəlbəcər istiqamətində düşmən təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçusu, UNEC-in məzunu Məhəmməd Qarayev şəhidlik zirvəsinə ucalıb.UNEC-in Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı, Biznes və Menecment fakültəsinin dekanı dosent Mirağa Əhmədov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev şəhid Məhəmməd Qarayevin ailəsinə başsağılığı veriblər, məzarını ziyarət edərək gül dəstələri düzüblər.Qarayev Məhəmməd Mahir oğlu 2001-cü il noyabr ayının 16-da Qəbələ şəhərində anadan olub. 2007-2018-ci illərdə Qəbələ şəhəri 4 saylı orta məktəbində təhsil alıb. 2018-2022-ci illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsində təhsil alıb. 2022-ci ci ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb. Mayın 12-də Kəlbəcər istiqamətində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Evin tək övladı olan şəhid subay idi.UNEC kollektivi şəhidə özəl hazırlanmış hədiyyəni və Fəxri Fərmanı şəhidin ailəsinə təqdim edib.b4498988-33dc-4010-971f-b06633524ded.jpg 608.57 KB2af4f0b4-67aa-4c9c-a099-1857bbdf0581.jpg 501.96 KB88fd4b21-1786-4f08-9265-cc2c80fcebad.jpg 379 KB973cd063-3eb4-46fb-b155-177b07fcce0d.jpg 514.4 KB

12.05.2023

“Heydər Əliyev İli”nə həsr olunmuş bilik yarışının qalibləri mükafatlandırıldı

“Heydər Əliyev İli”nə həsr olunmuş bilik yarışının qalibləri mükafatlandırıldı

UNEC-də “Heydər Əliyev İli”nə həsr olunmuş "Ümummilli lider Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı" mövzusunda keçirilən bilik yarışının qalibləri, yarışda fəal iştirak edən tələbələr və təşkilatçıların təltifolunması mərasimi keçirilib.Yarışın qalibləri diplom və hədiyyələrlə, iştirakçılar isə təşəkkürnamələrlə təltif olunublar.Müsabiqə UNEC THİK-in maliyyə dəstəyi ilə keçirilib.10232_fb352bd41ccb8a2c08550fd01a687c77.jpg 61.69 KB10232_0a6059d9960d0a83d4540d3c5c2325a6.jpg 60.17 KB10232_5b1a8b598db87d73f5ee0966549e025d.jpg 74.83 KB10232_9a3530343a96e86888217d1daa48703b.jpg 57.92 KB10232_64a44e7009dff7e8a84df135c0c05cc4.jpg 65.48 KB10232_2561e3c83f70e4a7642545025db7b151.jpg 65.11 KB10232_8446ee8657974ca27e01bdab15c6c6b0.jpg 67.77 KB10232_9355aab49670f773189f0304e0f171ae.jpg 70.26 KB10232_ade439c8eec707f0f8dfbe65c0b058c8.jpg 50.17 KB10232_ae7c3de99e33aab8ed8808b83d87755a.jpg 61.85 KB10232_c5acb7b391f3e92398058d84c9afc5b4.jpg 57.93 KB10232_cf121268f1e014eb3b245e72d2cc8c32.jpg 65.67 KB10232_db333e48982cabb33812468b5dfadbe0.jpg 69.5 KB10232_f07a65c7021f6b9eb83edf24ae5396e2.jpg 56.73 KB10232_f773978583406ad17477ec585a67aeb9.jpg 58.72 KB

12.05.2023

Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo