Anım günü tədbirində HİK sədri Rüfət Süleymanlı,Biznes və menecment fakültəsinin dekan müavini Elbrus Əkbərov,THİK sədr müavini Günay Ağazadə,fakülə THİK sədri və fəal tələbələr iştirak etmişdir.
UNEC kollektivi Binə qəsəbəsindəki Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edib,əziz xatirəsini dərin ehtiramla yad edərək, məzarı önünə gül dəstələri qoyublar.
Şəhidin yaşadığı evin önündə Şəhid Əsgərov Rüfətə həsr olunmuş bulağın və eyni zamanda şəhidin əşyalarına özəl hazırlanmış muzeyin açılışı olub.
Şəhid anası Aynur xanım bulağdan ilk gələn su ilə əllərini yudu.Daha sonra muzeydəki əşyalarla iştirakçıları tanış etdi.Hər əşya haqqında şəhidin maraqlı anlarını bölüşdü.Muzeydə .əhidin bələyi,süd dişləri,uşaqlıq topu,uşaqlıq geyimləri,diplomu,şəhid olduqda cibində olan 7 manat pulu,saatı və çox dəyərli əşyaları var idi.Aynur xanım “Sanki bir gün gedəcəyini hiss edərək,bütün əşyalarını saxlamışdım.Bu mənim təsəlli tapdığım yerdir.Ən böyük arzum oğlumu Əsgər paltarında görmək idi,onu formada görmək nəsib olmadı.Hərbi formada maketi bu səbəbdən düzəltmişəm”-dedi.
Tədbir şəhidin təhsil adlığı
S.Bəhlulzadə adına
Qaraçuxur qəsəbəsi Xarici Dillər Təmayüllü Gimnaziyasının şagirdlərinin hazırladığı bədii hissə ilə davam edib.