UNEC-in əcnəbi tələbələri Milli Xalça Muzeyində olub
UNEC-də təhsil alan əcnəbi tələbələr Azərbaycan Milli Xalça Muzeyini ziyarət ediblər.

Ölkəmizin milli dəyərlərini, tarixi abidələrini və adət-ənənələrini əcnəbilərə tanıtmaq məqsədilə təşkil olunan ekskursiya zamanı tələbələr Azərbaycanın müxtəlif bölgələrinə aid olan xalçaçılıq və əl işləri sənəti ilə tanış olublar. Qarabağ-Şirvan zonasının xalçaları və əl işləri əcnəbi tələbələrin xüsusi marağına səbəb olub. Ekskursiyanın sonundə əcnəbi tələbələr muzeyin xatirə dəftərinə ürək sözlərini yazıblar.

Ekskursiya Beynəlxalq əməkdaşlıq departamentinin və Tələbə Həmkarlar İqttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo