Maliyyə və mühasibat fakültəsində keçirilən şahmat turnirinin qalibləri bu tələbələr oldu
UNEC-in Maliyyə və mühasibat fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə şahmat turniri keçirilib.
Maraqlı və həyəcanlı keçən turnirdə III kurs tələbəsi Fərid Əkbərov I yeri qazanıb. II yerin sahibi II kurs tələbəsi Kənan Rəhmanov, III yerin sahibi isə I kurs tələbəsi Vüsal Abbasov olub.
Yarışın sonunda qaliblər medal, diplomlarla təltif olunublar, həmçinin “Parlaq İmzalar” tərəfindən kitab hədiyyələri qazanıblar.
Qaliblərimizi təbrik edirik!

Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo