Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi və UNEC İdman klubunun birgə təşkilatçılığı ilə 17 noyabr Dirçəliş Gününə həsr olunmuş fakültələrarası futbol turniri keçirilib.

Yarış UNEC İdman klubunun məşqçi-müəllim heyətinin iştirakı ilə baş tutub.

Bütün fakültələrin,ümumilikdə 16 komandanın  qatıldığı turnirdə 3 komanda qalib olub.

Finalda “Rus İqtisad Məktəbi”-nin tələbələrindən ibarət “YARASA” komandası qalib olub.“İqtisadiyyat və idarəetmə” fakültəsinin tələbələrindən ibarət  “AĞDƏRƏ” komandası II yer,“Maliyyə və Mühasibat” fakültəsinin tələbələrindən ibarət “XUDAFƏRİN” komandası III yerin sahibi olub. Qalib komandanın üzvlərinə  kubok, diplom, medallar təqdim olunub.

Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo