Pedaqoji Universitetdə ölkəmizdə ilk dəfə “Təhsildə Estoniya təcrübəsi” Beynəlxalq konfransı təşkil edilib

Pedaqoji Universitetdə ölkəmizdə ilk dəfə “Təhsildə Estoniya təcrübəsi” Beynəlxalq konfransı təşkil edilib

Oktyabrın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Təhsildə Estoniya təcrübəsi” mövzusunda beynəlxalq konfrans keçirilib.Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin tərəfdaşlığı, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransın açılış mərasimində Milli Məclisin deputatı Mehriban Vəliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Məsimi çıxış ediblər. Çıxışlarda Azərbaycan təhsil sistemində əldə olunan nailiyyətlər diqqətə çatdırılaraq müasir qabaqcıl təhsil sistemlərinin uğurlu təcrübələrinin də öyrənilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, konfransın keçirilməsində əsas məqsəd Estoniyanın təhsil sistemi ilə tanış olmaq və bu sahədə təcrübə mübadiləsi aparmaqdır.Konfransda Estoniya Təhsil və Tədqiqatlar Nazirliyinin yeni tədris proqramlarının hazırlanması üzrə işçi qrupunun üzvü, Tallin Universitetində təhsilin idarəolunması üzrə müəllim, Eston Dili İnstitutunun tədqiqatlar üzrə layihə rəhbəri, psixoloq Stanislav Nemerjitski, Estoniyada dövlət bağçalarının mentoru, Tallin Məktəbəqədər Təhsil üzrə Direktorlar Assosiasiyasının İdarə Heyətinin üzvü Riina Ləil, Estoniyada “Lingatore” xarici dil tədrisi mərkəzinin rəhbəri, xarici dil tədrisi üzrə metodist, baş müəllim Evelin Müüripeal, Estoniyanın təhsildə inteqrasiya üzrə Dövlət Proqramının mentoru, “Təhsildə ilin adamı” mükafatı laureatı Sənəm Əliyeva təqdimatla çıxış edərək öz təcrübələrini bölüşüblər.Təqdimatlarda “Estoniyanın PISA uğuru: əsas səbəblər”, “İdarəetməni dəyişin: uşaqyönümlü öyrənmə mühitini necə yaratmaq olar?”, “Estoniya təhsilinə baxış”, “Effektiv öyrənmə mühiti” kimi mövzulara toxunulub, müzakirələr aparılıb.WhatsApp Image 2024-10-19 at 21.12.53 (4).jpeg 182.88 KBWhatsApp Image 2024-10-19 at 21.12.53 (3).jpeg 507.75 KBWhatsApp Image 2024-10-19 at 21.12.53 (2).jpeg 464.27 KBWhatsApp Image 2024-10-19 at 21.12.53 (1).jpeg 190.73 KBWhatsApp Image 2024-10-19 at 21.12.53.jpeg 198.77 KB

19.10.2024

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 18.10.2024-cü il tarixində 18 oktyabr Müstəqilliyin Bərpası gününə həsr olunmuş Nə? Harada? Nə zaman? intellektual yarışması keçirilmişdir.

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 18.10.2024-cü il tarixində 18 oktyabr Müstəqilliyin Bərpası gününə həsr olunmuş Nə? Harada? Nə zaman? intellektual yarışması keçirilmişdir.

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 18.10.2024-cü il tarixində 18 oktyabr Müstəqilliyin Bərpası gününə həsr olunmuş Nə? Harada? Nə zaman? intellektual yarışması keçirilmişdir.  15 komandanın iştirak etdiyi, gərgin mübarizə ilə keçən yarışda I yeri Beynəlxalq İqtisadiyyat Məktəbinin  "5,56" komandası, II yeri Biznes və menecment fakültəsinin "İstiqlal"   komandası, III yeri  İqtisadiyyat və idarəetmə fakültəsinin "Difai" komandası tutmuşdur.Sonda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndələri-Rüstəm Nəzirov,Telman İsmayılov,Nadir Əliyev və UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev qalib komandaları təbrik etmiş onlara kubok, medal, diplom və müxtəlif hədiyyələr təqdim etmişdir.   aa8b61de-3c4c-456b-a07e-5f9c3d75e73b.jpg 1.25 MBb0e58b3c-ae09-495b-bca7-4465ab2ee7ee.jpg 928.6 KBf3f94282-4c18-438d-8756-39f83c26cb50.jpg 1.9 MBf98d1f08-d89f-4a7c-962d-8db72eb936a8.jpg 887.75 KB5f4a3e19-aa3f-4646-baff-cddd35587be3.jpg 1.1 MB7b3b657a-7001-4ecf-b7df-d43b48c0957b.jpg 1.25 MB16c63f12-7479-4dd3-8c2e-e07574cbc682.jpg 841.2 KB68b6bda6-aa07-45e9-87bd-40315d9a5e55.jpg 1.25 MB76f9e222-c1e3-43ed-9c8f-1826b2a246e4.jpg 1.42 MB80b84622-e381-457d-a47d-ff525873a9c7.jpg 1014.66 KB96b78b35-bd9e-41b1-84fd-0f8270733cf4.jpg 1.02 MB97dc8e2d-e286-449b-865c-69071921d14e.jpg 1.2 MB141caa75-f3c8-48c9-a3cc-aad728467746.jpg 1.28 MB226a39a7-2376-4f31-91a3-ecedd82935a9.jpg 954.87 KB96859ee9-d019-47a5-bcfc-92097de45790.jpg 1.22 MB1060927c-bf6d-4f44-b24f-1ad07f1acb4b.jpg 935.69 KB12898274-a1c2-4f8a-be1f-f94be30da032.jpg 1.28 MB 

18.10.2024

“Gənclik İnnovasiya Forumu: Yeni Perspektivlər” layihəsinin təqdimatı keçirilib

“Gənclik İnnovasiya Forumu: Yeni Perspektivlər” layihəsinin təqdimatı keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) üzv olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ Respublika Komitəsi) təşkilatçılığı ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) 4-cü kurs tələbəsi Zəhra Əhmədzadənin “Gənclik İnnovasiya Forumu: Yeni Perspektivlər” layihəsinin təqdimatı keçirilib. Tədbirdə ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, ali təhsil müəssisələrində fəaliyyət göstərən tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. Tədbiri giriş sözü ilə M.Cəfərzadə açaraq layihə barədə ümumi məlumat verib və qeyd edib ki, ATİAHİ Respublika Komitəsi yeni təşəbbüs və layihələrin, o cümlədən tələbələrin problemlərinin həllinə yönəlmiş layihələrin dəstəklənməsində maraqlıdır. M.Cəfərzadə bildirib ki, layihənin məqsədi gənclərin bilik və bacarıqlarının artırılması, onların startap ekosistemində fəal iştirakının dəstəklənməsidir.Sonra Z.Əhmədzadə layihə ilə bağlı təqdimat edib. Layihədə Azərbaycan universitetlərinin tələbə həmkarlar ittifaqı komitələrinin fəal iştirakı və birgə əməkdaşlığı ilə geniş işçi komandalarının yaradılması nəzərdə tutulur. Bu komandalar tələbələrin müxtəlif sahələrdə bilik və bacarıqlarını inkişaf etdirmək, startap və innovasiya layihələrində gənclərin daha aktiv iştirakını təmin etmək üçün təşkil olunacaqdır. Həmçinin, müxtəlif universitetlərin tələbə həmkarlar ittifaqı komitələri arasında sıx əlaqələrin qurulması və ümumi məqsədlərə nail olmaq üçün qarşılıqlı dəstək mexanizmlərinin formalaşdırılması vacib hesab edilir.Layihə çərçivəsində yaradılacaq işçi komandaları, gənclərin müxtəlif mövzularda müzakirələr aparmasını, praktiki bacarıqlarını təkmilləşdirməsini və real layihələr üzərində işlərini təmin edəcəkdir. Həmçinin, bu komandaların gələcək startap layihələrində müvəffəqiyyət qazanması üçün mentor dəstəyi və təlim proqramlarının həyata keçirilməsi planlaşdırılır.Təqdimatdan sonra layihə ilə bağlı müzakirə həyata keçirilib və iştirakçıların fikir və təklifləri dinlənilib. 462698222_966531515471712_1902796923226370017_n.jpg 210.14 KB462595022_966531542138376_2200382863160865628_n.jpg 136.33 KB462365191_966531482138382_2744394744017755263_n.jpg 214.25 KB462364809_966531528805044_6875596346910678151_n.jpg 241.45 KB

18.10.2024

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi və UNEC Dizayn məktəbinin birgə təşkilatçılığı ilə Müstəqilliyin Bərpası Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilib.

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi və UNEC Dizayn məktəbinin birgə təşkilatçılığı ilə Müstəqilliyin Bərpası Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilib.

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi və UNEC Dizayn məktəbinin birgə təşkilatçılığı ilə Müstəqilliyin Bərpası Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilib.11 əl işinin sərgiləndiyi Rəsm müsabiqəsində Münsiflər heyətinin qərarına əsasən seçilən qaliblər:I Yer - Rəqəmsal İqtisadiyyat Fakultəsi I Kurs 584-1 qrup tələbəsi Abdullayeva Validə RəfailII yer UNEC Dizayn Məktəbi I Kurs 755 qrup tələbəsi Məmmədova Mehriban Taryel qızıIII UNEC Dizayn Məktəbi III Kurs 782 qrup tələbəsi Əliyeva Nigar Cavid qızıOnu da qeyd edək ki, münsiflər heyəti UNEC Dizayn Məktəbinin kafedra müdiri dosent Elfanə Qasımova, UNEC Dizayn məktəbinin katibi, baş müəllim Ağayeva Aytən Əliağa qızı,məktəbin müəllimləri və UNEC Dizayn Məktəbinin THİK-in sədri Sənan Zeynalovdan  ibarətdir.Qaliblər medal, diplom və dəyərli hədiyyələr ilə mükafatlandırılıblar.Qalibləri təbrik edirik! image06115.jpeg 2.52 MBimage06118.jpeg 1.74 MBimage06119.jpeg 2.39 MBimage06131.jpeg 2.22 MBimage06133.jpeg 2.22 MBimage06139.jpeg 2.63 MBimage06096.jpeg 2.26 MBimage06105.jpeg 2.53 MBimage06109.jpeg 2.43 MB

18.10.2024

Təhsil işçilərinin 600-dən yuxarı bal toplayan övladları mükafatlandırılıb

Təhsil işçilərinin 600-dən yuxarı bal toplayan övladları mükafatlandırılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olan tələbələri mükafatlanıdırıb. Belə ki,  ilk dəfə olaraq Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan tələbələrə 200 (iki yüz) manat məbləğində pul mükafatı verilib. Mükafat valideynlərindən biri təhsil  sahəsində çalışan və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına üzv olan  tələbələrə  verilib. Bu tədris ilində ümumilikdə ölkə üzrə 3228 nəfər abituriyent 600-dən yuxarı bal toplayıb. Bugünə  qədər 499 tələbəyə pul mükafatı  ödənilib.

16.10.2024

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Müstəqilliyin Bərpası Gününə həsr olunmuş şahmat turniri keçirilib.

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Müstəqilliyin Bərpası Gününə həsr olunmuş şahmat turniri keçirilib.

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Müstəqilliyin Bərpası Gününə həsr olunmuş şahmat turniri keçirilib.22 nəfər tələbə arasında qalibiyyət uğurunda keçirilən mübarizənin nəticəsində ilk üç yerin sahibi müəyyənləşib. Qaliblər aşağıdakı kimidir:I yer “Biznes və menecment” fakültəsi Namiq XəlilovII yer "Rus İqtisad Məktəbi" Rasim MəmmədzadəIII yer "Maliyyə və mühasibat" Əli TarverdiyevQaliblər UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev tərəfindən medal, diplom və dəyərli hədiyyələr ilə mükafatlandırılıblar.Qalibləri təbrik edirik!d6805908-d45f-4c71-9666-404b39fdd6b7.jpg 230.14 KB0c3d98aa-3fc8-4127-93a9-37deeee913ce.jpg 822.61 KB4ff89428-5f60-4c05-9d41-725ac0be97f5.jpg 762.96 KB5efa95a1-6068-49ec-b0de-b09c263a842c.jpg 160.42 KB9bb47789-3f05-45a0-b9ed-057c8456d58a.jpg 779.87 KB64f6248b-652e-4fd2-bcc1-dc6ccd82b741.jpg 177.55 KB257bf9d8-e4ed-4035-8399-892658eca2be.jpg 977.42 KB333cb7e9-38ac-4b24-a6cb-3f8ad6740b93.jpg 178.35 KBad6e7f91-9942-444d-8878-59d5ad236bd1.jpg 181.23 KBc27a7302-3aca-4aaa-ba1c-f7d3902a3e51.jpg 1.23 MB

16.10.2024

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ilə görüş keçirilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ilə görüş keçirilib

Oktyabrın 12-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ Respublika Komitəsi) ilə Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) arasında görüş keçirilib. Görüşdə ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev və Respublika Komitəsinin rəhbərliyi, AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva, təhsil sektoru üzrə fəaliyyət göstərən 40-dan artıq sahibkarlar, konsaltinq şirkətlərinin nümayəndələri və digər şəxslər iştirak ediblər.Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev çıxış edərək təşkilatın gördüyü işlər, keçdiyi tarixi inkişaf yolu ilə bağlı ətraflı məlumat verib. Qeyd edib ki, öz sıralarında 400 mindən artıq üzvü birləşdirən ATİAHİ təhsil işçilərinin və ittifaq üzvü olan tələbələrin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə məşğul olan ən böyük ictimai təsisatdır. Təşkilat ittifaq üzvlərinin iş şəraitinin yaxşılaşdırılması, sosial problemlərin həlli, əmək hüquqlarının qorunması, asudə vaxtlarının səmərəli təşkili və digər istiqamətlər üzrə fəaliyyət göstərir. ATİAHİ üzvlərinin 68 faizinin qadınlar olduğunu qeyd edən A.Paşayev bildirib ki, təşkilat AQSİA-ya üzv olan sahibkar qadınların rəhbərlik etdiyi müəssisələrdə də həmkarlar ittifaqı təşkilatlarının yaradılmasında maraqlıdır. Sonra çıxış edən AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva rəhbərlik etdiyi qurumun  fəaliyyəti barədə məlumat verib. O, özəl sektorda çalışan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların üzləşdiyi çətinliklər, onların həlli yolları, qadın sahibkarlığının inkişafı istiqamətində meydana çıxan problemlərə toxunaraq bu sahədə həmkarlar ittifaqı təşkilatlarının təsis edilməsinin vacibliyini vurğulayıb. Sonra görüşdə ATİAHİ Respublika Komitəsi və AQSİA-nın fəaliyyəti ilə bağlı təqdimat edilib.Tədbir gələcək əməkdaşlıqla bağlı müzakirələrlə davam etdirilib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb. Həmçinin iştirakçılar arasında razılıq əldə olunub ki, növbəti həftələrdə təhsilin ayrı-ayrı mərhələləri üzrə fəaliyyət göstərən sahibkar qadınlarla görüşlər keçirilsin, bu müəssisələrdə həmkarlar ittifaqı təşkilatlarının yaradılması perspektivləri müzakirə edilsin.   IMG_0174.JPG 1.59 MBIMG_0149.JPG 1.37 MBIMG_0164.JPG 1.23 MBIMG_0176.JPG 1.38 MBIMG_0179.JPG 1.58 MB

12.10.2024

 Oktyabrın 7-si II Qarabağ müharibəsində döyüşərək şəhidlik zirvəsinə ucalmış  UNEC məzunu Qarayev Süleymanın anım günü idi.

Oktyabrın 7-si II Qarabağ müharibəsində döyüşərək şəhidlik zirvəsinə ucalmış UNEC məzunu Qarayev Süleymanın anım günü idi.

Oktyabrın 7-si II Qarabağ müharibəsində döyüşərək şəhidlik zirvəsinə ucalmış  UNEC məzunu Qarayev Süleymanın anım günü idi.Sabirabad rayonunda qeyd olunan anım günündə şəhidin ailə üzvləri ilə yanaşı  UNEC THİK sədri İlkan Əliyev, UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və fəal tələbələr iştirak edib. şəhidin oxuduğu orta məktəbdə Şəhidə həsr olunmuş tədbir keçirilib.Tədbirdə məktəbin şagirdləri Vətənpərvərlik mövzusunda mahnılar və şerlər səsləndirib.Şəhidin həyat hekayəsindən bəhs ediblər.Daha sonra şəhidin  əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri qoyublar.Körpəsinin üzünü bircədəfə görən Süleyman Qarayev 1995-ci il iyulun 3-də Sabirabad rayonunun Qalaqayın kəndində anadan olub.2001-2012-ci illərdə Sabirabad rayonunun Mirzə Ələkbər Sabir adına orta məktəbində təhsil alıb. 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsinə qəbul olub. Rus və ingilis dillərini yaxşı bilirdi.Evli idi.2 oğul övladı var.Süleyman Qarayev 2016-cı ildə ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb. 2016-2017-ci illərdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda snayperçi kimi həqiqi hərbi xidmətdə olub.Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri Süleyman Qarayev sentyabr ayının 21-dən könüllü olaraq hərbi təlimlərə qoşulub və sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qoşulub. Oktyabrın 7-də Ağdam rayonunun azadlığı uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalmışdır. Doğulduğu Sabirabad rayonunun Qalaqayın kəndində dəfn olunmuşdur.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Süleyman Qarayev ölümündən sonra "Vətən uğrunda" medalı, "Xocavəndin azad olunmasına görə" medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. add69e30-f429-4d34-9f08-b7d7a72a69ec.jpg 1.61 MBb3b42493-33b1-4905-ac43-7b901345ba66.jpg 1.73 MBd53d0b7b-f99b-4afb-8572-7b9b49643ecc.jpg 1.97 MBdee165d6-5939-44ca-a11a-eb25642ad93b.jpg 1.65 MB5b3404f9-c132-49d5-b41c-24752dc70e17.jpg 1.17 MB9e7f3a86-9960-40e1-aefa-a18734c50461.jpg 1.01 MB81d3397b-d084-4e5e-a57d-77f1ea06f229.jpg 1.19 MB850ec970-a156-4ebe-8fb0-cd9df405bb6d.jpg 619.02 KBad44c84d-a32e-4069-a7fe-5b00dd7bf698.jpg 1.12 MB

07.10.2024

Oktyabrın 6-sı II Qarabağ müharibəsində döyüşərək şəhidlik zirvəsinə ucalmış  UNEC məzunu Verdiyev İsaxın anım günü idi.

Oktyabrın 6-sı II Qarabağ müharibəsində döyüşərək şəhidlik zirvəsinə ucalmış UNEC məzunu Verdiyev İsaxın anım günü idi.

Oktyabrın 6-sı II Qarabağ müharibəsində döyüşərək şəhidlik zirvəsinə ucalmış  UNEC məzunu Verdiyev İsaxın anım günü idi.Şəhidin anım günü münasibətilə şəhidin ailə üzvləri, UNEC THİK sədri İlkan Əliyev,UNEC Tələbə-rektor Nihad İsgəndərov və fəal tələbələr əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri qoyublar.Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də İsax Verdiyevdir.Verdiyev İsax Ədalət oğlu 1997-ci il sentyabrın 21-də Tərtər şəhərində anadan olub. Evin tək övladı idi. 5 dil bilən İsax Azərbaycan Dövlət İqtisad Universitetində oxuyarkən savadına görə 1 illik Türkiyədə təhsil almağa göndərilib.Azərbaycan Ordusunun əsgəri olan İsax Verdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı könüllü olaraq Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 05.10.2020-ci ildə Füzuli rayon istiqamətində düşmən üzərinə hücuma kecərkən şəhid olub. Ailəli idi, bir oğlu var.0de07cc5-7e3e-42d9-972a-0c669ecac3a3.jpg 1.52 MB6d915f90-acaf-4b91-836b-bccd93e8194d.jpg 2.3 MB88f1ece6-c7c6-43f6-a551-e63107fdd389.jpg 2.09 MB8131cb13-e27d-4fd7-acdf-819173511653.jpg 2.21 MB

06.10.2024

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə təşkil edilmiş bədii yaradıcılıq festivalının qalibləri mükafatlandırılıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə təşkil edilmiş bədii yaradıcılıq festivalının qalibləri mükafatlandırılıb

 Oktyabrın 4-də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş bədii yaradıcılıq festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) sədri Araz Paşayev dövlətimizin gənclər siyasətindən danışıb. Bildirib ki, gənclərin rifahına xidmət edən dövlət proqramlarının icrası gənclərin potensialının inkişafına, məşğulluğunun təmin olunmasına mühüm töhfələr verir. Onun sözlərinə görə, dövlətimiz tərəfindən gənclərin dövlət quruculuğu prosesində və ölkənin ictimai-siyasi həyatında fəaliyyəti təmin olunur, yaradıcı gənclərin potensialı, qüvvəsi, bilik və bacarığı yüksək qiymətləndirilir, həmçinin gənclərin təhsil və sosial problemlərinin həlli, onlar üçün yaradıcı mühitin formalaşdırılması, gənc ailələrin sosial, məişət problemlərinin aradan qaldırılması istiqamətində davamlı işlər görülür. Araz Paşayev bildirib ki, bədii yaradıcılıq festivalı ATİAHİ RK və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib: “Festivalın məqsədi Ulu Öndər Heydər Əliyevin mədəniyyətimizlə bağlı ideyalarını təbliğ etmək, həmçinin gənclərimizə vətənpərvərlik ruhunu aşılamaq, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət etməklə gənclərimizin bədii-estetik səviyyəsini yüksəltməkdir. Eləcə də mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək də məqsədlər arasındadır”. Komitə sədri qaliblərin seçilməsində göstərdikləri peşəkarlığa görə, münsiflər heyətinin üzvlərinə də təşəkkür edib.  Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, Azərbaycanda gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub: “Hazırda bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla icra olunmaqdadır. Gənclər siyasəti Azərbaycanda prioritet istiqamətlərdən birini təşkil edir. Hər il gənclərin inkişafı ilə bağlı fərmanlar və sərəncamlar imzalanır, dövlət proqramları uğurla icra olunur. Bu tədbirlər gənclərimizi uğurlara ruhlandırır”. Nazir müavini eyni zamanda festival qaliblərini təbrik edib, onlara gələcək həyat və fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirdə iştirak edən tələbələr də öz növbəsində göstərilən diqqət və qayğıya görə təşəkkür edərək, bu tədbirin hər il təşkil edilməsini və yekun konsertin Şuşa şəhərində keçirilməsini təklif ediblər. Sonda festival qaliblərinə diplom və hədiyyələr təqdim olunub. Qeyd edək ki, bu ilin may ayında Heydər Əliyev Sarayında keçirilmiş festivalın yekun konsertində 26 ali təhsil müəssisəsinin tələbələrindən ibarət özfəaliyyət kollektivləri iştirak edib.3 (6).jpg 577.39 KB2 (9).jpg 545.51 KB1 (6).jpg 525.32 KB

04.10.2024

Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş bədii yaradıcılıq festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş bədii yaradıcılıq festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş bədii yaradıcılıq festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) sədri Araz Paşayev,Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov,ali təhsil müəssisələrinin Tələbə Həmkarlar İttifaqı Komitələrinin sədrləri və tələbələr iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) sədri Araz Paşayev bildirib ki, bədii yaradıcılıq festivalı ATİAHİ RK və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib: “Festivalın məqsədi Ulu Öndər Heydər Əliyevin mədəniyyətimizlə bağlı ideyalarını təbliğ etmək, həmçinin gənclərimizə vətənpərvərlik ruhunu aşılamaq, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət etməklə gənclərimizin bədii-estetik səviyyəsini yüksəltməkdir. Eləcə də mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək də məqsədlər arasındadır”.  Komitə sədri qaliblərin seçilməsində göstərdikləri peşəkarlığa görə, münsiflər heyətinin üzvlərinə də təşəkkür edib. Tədbirdə iştirak edən tələbələr də öz növbəsində göstərilən diqqət və qayğıya görə təşəkkür edərək, bu tədbirin hər il təşkil edilməsini və yekun konsertin Şuşa şəhərində keçirilməsini təklif ediblər.   Qeyd edək ki, bu ilin may ayında Heydər Əliyev Sarayında keçirilmiş festivalın yekun konsertində 26 ali təhsil müəssisəsinin tələbələrindən ibarət özfəaliyyət kollektivləri iştirak edib. Ali məktəblər sırasında UNEC-in tələbələri də yer alıb. UNEC-in Reqs Ansambli-1 yerin-bədii rəhbər Əfsanə Məmmədova, UNEC-in Vokal dərnəyinin solisti Məmmədzadə Rəhimə -1 yerin, UNEC-in Vokal dərnəyinin solisti Əzimli Nadir 2-ci yer,Qiraet üzrə Ağayev Ziyad-3 yerin sahibi olublar. Festivalda qalib olan tələbələr diplom və hədiyyələr ilə təltif olunublar. 6e8f3a9f-023b-4f23-a674-6ddc6654c309.jpg 312.73 KB789b838c-3939-4731-856b-46a8ac0f2a76.jpg 360.13 KB1891d39d-b194-48bb-8289-361628acff4c.jpg 1.65 MBbde52569-1a7f-4781-b122-739234df7826.jpg 325.45 KBdb071229-bd26-4adc-8352-0f23817e77bc.jpg 355.42 KBf875f810-3ec5-4fce-b74e-bb4ca2dab2c4.jpg 376.46 KB2ad69791-afa4-4b7a-8d98-eb567834702a.jpg 375.15 KB

04.10.2024

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin (UAESEB) İdarə Heyətinin üzvü seçilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin (UAESEB) İdarə Heyətinin üzvü seçilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin (UAESEB) İdarə Heyətinin üzvü seçilib. Bu barədə UASEB-in İdarə Heyətinin növbədənkənar iclasında qərar qəbul edilib. Türkdilli ölkələrin təhsil sahəsi üzrə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarının, eləcə də türkdilli xalqların yaşadığı ölkələrdə fəaliyyət göstərən təşkilatlar və dərnəklər arasında əlaqələrin qurulmasına xidmət edən UASEB 2006-cı ildə Türk Egitim-Sen, Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, Qırğızıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Azərbaycanın Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə qərarı ilə təsis edilib. Sonradan bu birliyə İraq, Makedoniya, Şimali Kipr Türk Cümhuriyyəti, Ruminiya və Kosovada fəaliyyət göstərən türkdilli təşkilatlar da qoşulub.

02.10.2024

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 27-29 sentyabr tarixlərində Goranboy Olimpiya İdman Kompleksində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələrinin iştirakı ilə

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 27-29 sentyabr tarixlərində Goranboy Olimpiya İdman Kompleksində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələrinin iştirakı ilə "Poliqon" gənclərin hərbi-vətənpərvərlik düşərgəsi baş tutub.

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 27-29 sentyabr tarixlərində Goranboy Olimpiya İdman Kompleksində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələrinin iştirakı ilə "Poliqon" gənclərin hərbi-vətənpərvərlik düşərgəsi baş tutub. UNEC tələbələrinin iştirakı ilə baş tutan düşərgə hərbi simulyativ formatda keçirilib. Gənclər üçün maraqlı hərbi təlimlər, idman və hərbi-idman oyunları, intellektual oyunlar, həmçinin "Məclisi-üns" bədii gecəsi təşkil edilib.Düşərgədə Azərbaycan dövlət İqtisad Universitetinin müəllimləri- İsmayılova Aida,Vladimirovic Əkbər,tələbələr üzrə məsul şəxs UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müşaviri Həsən Həşimov və fəxri qonaqlar olaraq Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev və Olimpiya mükafatçısı Həsrət Cəfərov da gənclərlə birgə olublar.  0a53c34a-594f-4288-9bd9-73191c8dc4a8.jpg 1.41 MB5aabcf69-0650-4194-9098-16447221698b.jpg 1.44 MB5d3bf737-4ed2-49d7-8a37-2829fb84ab0d.jpg 2.19 MB8d8469a4-0c15-4e33-9947-961bff1e2086.jpg 2.02 MB85f2b189-b357-4aea-afa7-dd37997a71f4.jpg 1.24 MBb8d3bae9-49a0-4706-a5fe-87d7cecaab4a.jpg 2.5 MBb39e9aa2-c3b1-4bf8-b514-4c7995ab2679.jpg 2.06 MBd0ad56c3-a9fa-47eb-b7ba-209b28bbde4c.jpg 1.27 MBe05a7f1b-28ef-4b45-b978-33092c0c5cb8.jpg 1.87 MBe7ff454b-5d2e-40a7-9f3d-a156e7a05ebc.jpg 1.63 MBef5a3146-124e-4b84-8ed1-6369598d0cbd.jpg 1.61 MBefb37e71-2435-47a4-95cd-c4f862a23643.jpg 948.09 KB

30.09.2024

27 Sentyabr-Anım Günü ilə əlaqədar olaraq Fəxri Xiyabanda şəhidlər ziyarət olunub

27 Sentyabr-Anım Günü ilə əlaqədar olaraq Fəxri Xiyabanda şəhidlər ziyarət olunub

27 Sentyabr-Anım Günü ilə əlaqədar olaraq UNEC THİK sədri İlkan Əliyev,təşkilat sədrləri və fəal tələbələr II Fəxri Xiyabanda dəfn edilmiş Vətən müharibəsi şəhidlərini ziyarət etmişdir. Universitet rəhbərliyi və əməkdaşları qəhrəman şəhidlərimizin məzarları önünə gül dəstələri qoyaraq, onların əziz xatirəsini dərin ehtiramla yad etmişlər. Ziyarət zamanı şəhidlərimizin qəhrəmanlığı və Vətənə olan misilsiz xidmətlərinin heç vaxt unudulmayacağı bir daha vurğulanmışdır.II Fəxri Xiyabanda məzun şəhidlərimizdən Hacıyev Ülvi,Məcidzadə Teymur,Əsəsdli Əsəd və Həmidov Mixayılın dəfn olunmuşdur.Anım Günü — Azərbaycan Respublikasında  2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması. Anım Günü müharibənin başlandığı gün sentyabrın 27-də keçirilir. Prezident İlham Əliyev  2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir.275201c5-e73f-4858-84b3-907e8413617c.jpg 1.63 MBd559aa20-50b7-4ab9-a951-507161f22cac.jpg 1.85 MBe15ccc52-4cef-41d9-bf7a-9b45fcf83d5c.jpg 2.06 MB0fa0612f-7f5e-4a58-8866-5176b801d989.jpg 1.53 MB005b240d-2001-4e8f-b39f-03f07ee5986d.jpg 1.49 MB8eca99fb-4295-4758-bad3-083b8239151a.jpg 1.92 MB8ff14a6f-f410-40f3-9a4d-e1fafa630d36.jpg 1.82 MB20b39e92-e60e-470d-b89e-a62754e666d7.jpg 1.82 MB51aef171-5b74-4958-816d-e743ff79be87.jpg 1.86 MB96bb5861-1b69-477a-b330-0a83ff0115c8.jpg 1.76 MB246de2da-71fd-4ffc-8f98-3fc96f42f8c7.jpg 1.33 MB7117fc9a-73fd-4861-83ab-fd601c48a824.jpg 2.07 MB

26.09.2024

Sentyabrın 21-i II Qarabağ müharibəsində döyüşərək şəhidlik zirvəsinə ucalmış UNEC məzunu Verdiyev İsaxın doğum günü idi

Sentyabrın 21-i II Qarabağ müharibəsində döyüşərək şəhidlik zirvəsinə ucalmış UNEC məzunu Verdiyev İsaxın doğum günü idi

Sentyabrın 21-i II Qarabağ müharibəsində döyüşərək şəhidlik zirvəsinə ucalmış UNEC məzunu Verdiyev İsaxın doğum günü idi, yaşasaydı 27 yaşı olacaqdı.Şəhidin doğum günü münasibətilə şəhidin ailə üzvləri, UNEC THİK sədri İlkan Əliyev və fəal tələbələr əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri qoyublar.ea6f2f52-a863-4bb6-911b-b1e2c787c110.jpg 1.91 MBf7e23660-162e-4cf8-82a4-f8e1df55350b.jpg 1.75 MB2cc70df6-2ca0-4ccc-8d85-2dab6bff14df.jpg 1.95 MB55a3a035-03a0-413d-b17b-d025f1385168.jpg 2.41 MBc812c1fc-f5ce-4332-b53c-5d33f0f2b7d7.jpg 1.89 MB

21.09.2024

Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo