Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş bədii yaradıcılıq festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) sədri Araz Paşayev,
Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov,ali təhsil müəssisələrinin Tələbə Həmkarlar İttifaqı Komitələrinin sədrləri və tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) sədri Araz Paşayev bildirib ki, bədii yaradıcılıq festivalı ATİAHİ RK və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib: “Festivalın məqsədi Ulu Öndər Heydər Əliyevin mədəniyyətimizlə bağlı ideyalarını təbliğ etmək, həmçinin gənclərimizə vətənpərvərlik ruhunu aşılamaq, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət etməklə gənclərimizin bədii-estetik səviyyəsini yüksəltməkdir. Eləcə də mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək də məqsədlər arasındadır”. Komitə sədri qaliblərin seçilməsində göstərdikləri peşəkarlığa görə, münsiflər heyətinin üzvlərinə də təşəkkür edib.
Tədbirdə iştirak edən tələbələr də öz növbəsində göstərilən diqqət və qayğıya görə təşəkkür edərək, bu tədbirin hər il təşkil edilməsini və yekun konsertin Şuşa şəhərində keçirilməsini təklif ediblər.
Qeyd edək ki, bu ilin may ayında Heydər Əliyev Sarayında keçirilmiş festivalın yekun konsertində 26 ali təhsil müəssisəsinin tələbələrindən ibarət özfəaliyyət kollektivləri iştirak edib. Ali məktəblər sırasında UNEC-in tələbələri də yer alıb. UNEC-in Reqs Ansambli-1 yerin-bədii rəhbər Əfsanə Məmmədova, UNEC-in Vokal dərnəyinin solisti Məmmədzadə Rəhimə -1 yerin, UNEC-in Vokal dərnəyinin solisti Əzimli Nadir 2-ci yer,Qiraet üzrə Ağayev Ziyad-3 yerin sahibi olublar.
Festivalda qalib olan tələbələr diplom və hədiyyələr ilə təltif olunublar.