Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 27-29 sentyabr tarixlərində Goranboy Olimpiya İdman Kompleksində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələrinin iştirakı ilə "Poliqon" gənclərin hərbi-vətənpərvərlik düşərgəsi baş tutub.
UNEC tələbələrinin iştirakı ilə baş tutan düşərgə hərbi simulyativ formatda keçirilib. Gənclər üçün maraqlı hərbi təlimlər, idman və hərbi-idman oyunları, intellektual oyunlar, həmçinin "Məclisi-üns" bədii gecəsi təşkil edilib.
Düşərgədə Azərbaycan dövlət İqtisad Universitetinin müəllimləri- İsmayılova Aida,Vladimirovic Əkbər,tələbələr üzrə məsul şəxs UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müşaviri Həsən Həşimov və fəxri qonaqlar olaraq Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev və Olimpiya mükafatçısı Həsrət Cəfərov da gənclərlə birgə olublar.