27 Sentyabr-Anım Günü ilə əlaqədar olaraq UNEC THİK sədri İlkan Əliyev,təşkilat sədrləri və fəal tələbələr II Fəxri Xiyabanda dəfn edilmiş Vətən müharibəsi şəhidlərini ziyarət etmişdir. Universitet rəhbərliyi və əməkdaşları qəhrəman şəhidlərimizin məzarları önünə gül dəstələri qoyaraq, onların əziz xatirəsini dərin ehtiramla yad etmişlər. Ziyarət zamanı şəhidlərimizin qəhrəmanlığı və Vətənə olan misilsiz xidmətlərinin heç vaxt unudulmayacağı bir daha vurğulanmışdır.
II Fəxri Xiyabanda məzun şəhidlərimizdən Hacıyev Ülvi,Məcidzadə Teymur,Əsəsdli Əsəd və Həmidov Mixayılın dəfn olunmuşdur.
Anım Günü — Azərbaycan Respublikasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması. Anım Günü müharibənin başlandığı gün sentyabrın 27-də keçirilir. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir.