UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Müstəqilliyin Bərpası Gününə həsr olunmuş şahmat turniri keçirilib.
22 nəfər tələbə arasında qalibiyyət uğurunda keçirilən mübarizənin nəticəsində ilk üç yerin sahibi müəyyənləşib. Qaliblər aşağıdakı kimidir:
I yer “Biznes və menecment” fakültəsi Namiq Xəlilov
II yer "Rus İqtisad Məktəbi" Rasim Məmmədzadə
III yer "Maliyyə və mühasibat" Əli Tarverdiyev
Qaliblər UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev tərəfindən medal, diplom və dəyərli hədiyyələr ilə mükafatlandırılıblar.
Qalibləri təbrik edirik!