UNEC-in əməkdaşları məzun şəhidlərimizi anım günündə yad ediblər
Qarabağın azadlığı uğrunda qəhrəmancasına döyüşmüş UNEC-in məzunları Mürsəl Kazımlı, Mixail Həmidov, Aqil Mirzəliyevin oktyabrın 23-də şəhidlik zirvəsinə ucalmalarının 3 ili tamam olub.

Anım günü münasibətilə UNEC-in Maliyyə və Mühasibat fakültəsinin dekanı dos. Hafis Hacıyev, Maliyyə və Mühasibat fakültəsinin dekan müavini dos.Azər Qarayev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədr müavini Günay Ağazadə, fakültənin THİK-in sədri Həsən Həşimov və fəal tələbələr şəhidlərin məzarlarını ziyarət edərək, önünə gül dəstələri düzüblər, əziz xatirələrini yad ediblər.

Şəhid Aqil Mirzəliyev İsmayıllı Şəhidlər Xiyabanında, şəhid Həmidov Mixail II Fəxri Xiyabanında, şəhid Mürsəl Kazımlı Dədə Qorqud qəbirsanlığında dəfn olunub.

Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo