UNEC kollektivi antiterror əməliyyatı zamanı şəhid olmuş UNEC tələbəsinin məzarını ziyarət edib
UNEC kollektivi sentyabrın 21-də Xankəndi və Xocalı istiqamətində gedən antiterror əməliyyatı zamanı şəhid olmuş UNEC tələbəsi Qasim Məmmədhəsənovun Sabirabad rayonunun Qaraqaşlı kəndində keçirilən 40 mərasimində iştirak ediblər.

Mərasimdən öncə İnzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov, Maliyyə və Mühasibat fakültəsinin dekanı dosent Hafiz Hacıyev, HİK sədri Rüfət Süleymanlı və THİK sədri İlkan Əliyev şəhidin məzarını ziyarət edərək, əziz xatirəsini ehtiramla anıblar.

Ziyarət zamanı şəhid Qasim Məmmədhəsənovun adına yazılmış Fəxri Diplomu, UNEC arxivində saxlanılan attestatı, şəhidin xatirəsinə hazırlanmış xalça və Qasimin adının əbədiləşdirildiyi UNEC Şəhidlərinin memorial xatirə kompleksinin fotosu şəhidin ailə üzvlərinə təqdim olunub.

Allah rəhmət eləsin!

Tələbəmizin əziz xatirəsi daima qəlbimizdə yaşayacaq!

Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo