UNEC-də Zəfər Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və UNEC Dizayn Məktəbinin birgə təşkilatçılığı ilə 8 noyabr-Zəfər Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilib.

Müsabiqədə 30-a yaxın əl işi içərisindən seçilmiş, 20 rəsm əsəri nümayiş olunub. Münsiflər heyətinin qərarına əsasən seçilən qaliblər: I yer - Kübra Bayramlı, II yer - Nəzrin Mustafazadə, III yer - Ayşən Novruzova medal və diplomlarla təltif olunublar. Onu da qeyd edək ki, münsiflər heyəti UNEC Dizayn Məktəbinin direktoru dosent Lalə Məmmədova, kafedra müdiri dosent Elfanə Qasımova və UNEC Dizayn Məktəbinin THİK-in sədri Lalə Şixəlizadən ibarətdir.

Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo