Ali təhsil müəssilərinin tələbələri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı seçim turu Azərbaycan Dövlət İqtisad Universitetində keçirilmişdir.
Əsası umumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün uğurla davam etdirilir. 2023-cü ilin may ayının 10-da ümumilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olur. Bədii yaradıcılıq müsabiqə festivalının keçirilməsinin məqsədi gəncləri milli vətənpərvərlik ruhunda hazırlamaq, onları mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək , incsənətin ayrı-ayrı növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inişaf etdirilməsinə dəstək verməkdir.
Bədii yaradıcılıq festivalında
Azərbaycan Dövlət İqtisad Universitetinin HİK sədri Rüfət Süleymanlı, THİK sədri İlkan Əliyev və münsiflər heyəti - Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Mədəni-kütləvi və idman işləri şöbəsinin müdiri Nəzirov Rüstəm Məmməd oğlu; Azərbaycan Dövlət Musiqili Komedkiya teatrının direktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, münsiflər heyətinin sədri – Lalayev Əlqismət Hümmət oğlu, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Azərbaycan Respublikasının xalq artisti Muradova Təranə Hüseyn qızı; Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Baba Vəziroğlu (Mənsimov Baba Vəzir oğlu) ; Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının xalq artisti Cəfərov Samir Qədir oğlu ; Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Quliyev Hafis Məhərrəm oğlu; Azərbaycan Respublikasının xalq artisti Məmmədova Gülyanaq Zakir qızı; Azərbaycan Milli Konservatoriyasının müəllimi Növrəsli Arslan Növrəs oğlu iştirak etmişdir.
Bədii yaradılıq müsabiqə festivalının Final mərhələsi 6 may 2023-cü il tarixində Heydər Əliyev Sarayında keçiriləcək.