Zəfərimizlə başa çatan II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan UNEC-in məzunu Teymur Zeynalovun martın 28-də doğum günü idi, yaşasaydı 30 yaşı olacaqdı.
Teymur Zeynalovun doğum günündə yaşadığı evinin önündə xatirə bulağının qarşısında tədbir keçirilmişdir.Tədbirdə şəhidin ailə üzvləri ilə yanaşı, şəhid ailələri, UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktor müavini Aytən Hüseynli, mərkəzinin əməkdaşları və tələbələr iştirak ediblər.

Tədbir Şəhidin orta təhsil aldığı 30 nömrəli məktəbin şagirdlərinin Vətənpərvərlik çıxışları ilə davam etmişdir.

UNEC kollektivi Biləcəri şəhidlər xiyabanında şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər. 

Azərbaycan Ordusunun əsgəri olan Teymur Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Zeynalov oktyabrın 24-də Füzuli döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Zeynalov ölümündən sonra "Vətən uğrunda" medalı"Füzulinin azad olunmasına görə" medalı, "Laçının azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.

Zeynalov Teymur ailəli idi, 2 yaşlı üzünü görmədiyi Oğuz adlı övladı var.

Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo