“Biz Bir Ailəyik” əlilliyi olan şəxslərə dəstək ictimai birliyinin təşkilatçılığı, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin könüllü dəstəyi ilə şəhid ailələri, qazilər və əlilliyi olan şəxslər üçün təşkil olunmuş Ramazan tədbiri keçirilib.
“Biz Bir Ailəyik” əlilliyi olan şəxslərə dəstək ictimai birliyinin təşkilatçılığı, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin könüllü dəstəyi ilə şəhid ailələri, qazilər və əlilliyi olan şəxslər üçün təşkil olunmuş Ramazan tədbiri keçirilib.

Tədbirdə şəhid ailələri, qazilər, əlilliyi olan şəxslərlə yanaşı eyni zamanda Milli Məclisin deputatı Jalə Əhmədova, 1 saylı DOST mərkəzinin direktoru Çingiz Əliyev, QHT sədrləri, THİK-in fəal tələbələri iştirak ediblər.

Tədbir ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və sağlamlıq imkanları məhdud uşaqlar tərəfindən Dövlət Himnimizin işarət dilində ifa edilməsi ilə başlayıb. Tədbirdə çıxış edən Biz bir ailəyik əlilliyi olan şəxslərə İB-nin sədri, UNEC THİK-in sədr müavini Günay Ağazadə dövlət siyasətində sosial islahatların xüsusi yer tutduğunu, həssas təbəqəyə dəstək, onların problemlərinin həlli məqsədilə müxtəlif tədbirlər həyata keçirildiyini bildirib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Jalə Əhmədova, 1 saylı DOST mərkəzinin direktoru Çingiz Əliyev, "İstedadlı Əlillər" İctimai Birliyinin sədri Qubad Qasımov Ramazan ayının insanların nəfsi ilə imtahan olunduğunu, müsəlmanların bu ayın fürsətlərindən yararlanmaq üçün xeyir əməllər, ibadətlər, dualar etdiyini, müxtəlif qurumlar, fərdi şəxslər tərəfindən aztəminatlı ailələr, həssas təbəqədən olan vətəndaşlar üçün iftar süfrələri açıldığını, xəstələrin, kimsəsizlərin daha çox ziyarət olunduğunu diqqətə çatdırıblar. Çıxış edənlər oruc tutanlara Allahdan ibadətlərinin qəbul edilməsini diləyib, xalqımıza əmin-amanlıq, ruzi-bərəkət, şəhidlərimizə rəhmət, qazilərə şəfa, sağlamlıq imkanları məhdud şəxslərə, o cümlədən əlində silah Vətən keşiyini çəkən hərbi qulluqçulara cansağlığı arzulayıblar.

Tədbir bədii hissə ilə davam edib. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin, o cümlədən sağlamlıq imkanları məhdud gənclərin ifasında vətənpərvərlik mahnıları, həmçinin şeirlər səsləndirilib.

Tədbirin sonunda iştirakçıları və fəal könüllüləri təşəkkürnamə ilə təltif ediblər.


Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo