UNEC-də ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılıb
Dekabrın 9-da UNEC Qiyabi  və Əlavə Təhsil Mərkəzi Tələbə Həmkarlar İttifaqı Komitəsi və Maliyyə və mühasibat fakültəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə fakültə dekanı dosent Hafis Hacıyev, THİK sədri İlkan Əliyev və tələbələr iştirak ediblər.

Tədbirin açılışında ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirildikdən sonra ulu öndərin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

İqtisadiyyat kafedrasının müəllimi Aslan Əzimzadə, tələbələr Nigar İmaməliyeva, Nigar Quliyeva və digərləri çıxış edərək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsindən və fenomenal siyasi bacarığından bəhs ediblər. Azərbaycana inkişaf, xilaskarlıq, qurtuluş bəxş edən dahi şəxsiyyətin xalqımızın və tarixin yaddaşında əbədi yer tutduğunu qeyd ediblər.

Tədbir bədii hissə ilə davam olunub. Tələbələr ulu öndərə həsr olunmuş şer səsləndiriblər, musiqi ifa ediblər.

Sonda UNEC Dizayn məktəbinin 1-ci kurs tələbələri Kübra Bayramlıya və Cəmilə Hüseynovaya ulu öndərə həsr olunmuş tədbirdə çəkdikləri rəsm əsərlərinə görə “Təşəkkürnamə”  təqdim edilib.

Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2023 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo