UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin dəstəyi, UNEC Debat klubunun təşkilatçılığı ilə “Gənclərin məşğulluq problemi” mövzusunda XXXIX Daxili Debat Forumunun final mərhələsi keçirilib.
Forumun final mərhələsində təsdiq mövqedə “No Land” (Səid İsgəndərli, Fatimə Hüseynli, Nihat Rəhimov) inkar mövqedə isə "Gələcəyin işsizləri" (Rəcəbəli Əbdüləziz, Zərifə Balacayeva, Nigar Tahirli) komandaları qarşılaşıb.
Maraqlı keçən debatın sonunda, münsiflər heyətinin qərarına əsasən, "No Land" komandası qalib olub.
Qalib komanda kubok, medal, diplomla təltif olunub.