Novruz Bayramının ən son çərşənbəsi olan İlaxır çərşənbəsinə həsr edilmiş dəyirmi masa təşkil edilmişdir
Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Tələbə Həmkarlar İttifaqı və onun nəzdində fəaliyyət göstərən Tarix Klubunun birgə təşkilatçılığı ilə Azərbaycan tarixinin qədim bayramlarından biri – Novruz Bayramının ən son çərşənbəsi olan İlaxır çərşənbəsinə həsr edilmiş dəyirmi masa təşkil edilmişdir. Dəyirmi masada UNEC Multikulturalizm mərkəzinin direktoru Tarix və Etnoqrafiya üzrə professor Məhəbbət Paşayeva, UNEC THİK sədr müavini Səbuhi İmanov, Maliyyə və mühasibat fakültəsi THİK sədri Həsən Həşimov və fəal tələbələr iştirak etmişdir. Dəyirmi masada tariximizdə Novruz bayramının necə qeyd edildiyi, adət-ənənələri  haqqında bəhs edilmişdir. Ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı olan Prezident Cənab İlham Əliyevin Novruz bayramına xüsusi diqqəti olduğu vurğulanmışdır.

Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo