Oktyabrın 24-də Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış UNEC məzunu, Vətən müharibəsinin şəhidi Zeynalov Teymurun anım günü idi.
Oktyabrın 24-də Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış UNEC məzunu, Vətən müharibəsinin şəhidi Zeynalov Teymurun anım günü idi.

Zeynalov Teymurun anım günündə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin rəhbəri i.e.n., dos.Söhrab İsayev, BMDM -in əməkdaşları, Tələbə Həmkarlar İttifaqı Komitəsinn sədri İlkan Əliyev və fəal tələbələr şəhidin ailəsi ilə birlikdə bulağının qarşısında  əziz xatirəsini ehtiramla yad ediblər. 

Anım tədbirində şəhidin təhsil aldığı 30 nömrəli tam orta məktəbin şagirdləri şəhidə həsr olunmuş şerlər səsləndirdilər.

Teymur Zeynalov 1993-cü il martın 28-də Bakı şəhərində anadan olub. 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) ali təhsil alıb. "SOCAR" AQS-də çalışırdı. Ailəli idi. 1 övladı var. 

Azərbaycan Ordusunun əsgəri olan Teymur Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Zeynalov oktyabrın 24-də Füzuli döyüşləri zamanı şəhid olub. Bakı şəhərində, Biləcəri Şəhidlər Xiyabanında  dəfn olunub.

Teymur Zeynalov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalı  medalı, "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.

Ruhun şad olsun, şəhidim!

 

Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo