UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin “Keçmişdən Gələcəyə Salınan Körpü” layihəsi çərçivəsində Suraxanı Gəmi Muzeyinə ekskursiyası təşkil olunub.
UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin “Keçmişdən Gələcəyə Salınan Körpü” layihəsi çərçivəsində Suraxanı Gəmi Muzeyinə ekskursiyası təşkil olunub.

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin “Keçmişdən Gələcəyə Salınan Körpü” layihəsi çərçivəsində 19 May tarixində Suraxanı gəmi-muzeyinə ekskursiyası təşkil olunmuşdur.
Ekskursiyada THİK QƏTM sədri Qurbanova Şəfiqə, Tarix Klubunun direktoru Ağayev Ziyad və fakültələrin fəal tələbələri iştirak etmişdir.
2021-ci il martın 1-də Bakıda "Suraxanı" gəmi-muzeyin açılışı olmuşdur. Dünyada ilk dəfə yaradılan bu muzeyin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Gəmi-muzey maraqlı eksponatlarla zəngindir. Muzeydə dünyaca üç məşhur dəniz mayakının modelləri ilə tanış olmaq imkanı da var. Tələbələr Naviqasiya masasında Xəzər dənizində üzən gəmilərin marşrutu, xarici kommunikasiya və naviqasiyaları ilə tanış olub və sonda xatirə şəkilləri çəkdiriblər.

Dünyada ilk tanker-muzeyin Bakıda fəaliyyət göstərməsi yerli sakinlər və gündən-günə artan turistlərə  Xəzərin və ölkəmizdə Gəmiçiliyin tarixi, qəhrəman dənizçilərimizin rəşadətli əməyi ilə yaxından tanış olmaq imkanı qazandıracaq. “Suraxanı” gəmi-muzeyi qədim dənizçilik ənənələrinə malik müasir Azərbaycanın  keçmişi ilə  gələcəyi arasında körpü rolunu oynayır.
 
d34a4016-e75f-4781-96f0-40629a32163f.jpg 109.77 KB

Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo