UNEC Karyera Mərkəzinin, Rəqəmsal İqtisadiyyat fakültəsinin və UNEC-in Tələbə Həmkərlar İttifaqı Təşkilatının birgə təşkilatçılığı ilə İT sahələri üzrə əmək sərgisi baş tutub.
UNEC Karyera Mərkəzinin, Rəqəmsal İqtisadiyyat fakültəsinin və UNEC-in Tələbə Həmkərlar İttifaqı Təşkilatının birgə təşkilatçılığı ilə İT sahələri üzrə əmək sərgisi baş tutub. 

UNEC və "Coders Azerbaijan" akademiyası arasında imzalanan Memorandumun fəailiyyət istiqamətləri çərçivəsində UNEC-in 3 saylı tədris binasında keçirilən əmək sərgisində İT İxtisaslarını üzrə 8 fərqli istiqamət haqqında stendlər qurulub.

Stendlərdə Frontend, Backend, DevOps, Mobile App, Data Science, İT Business Analyst, UI/UX, Kibertəhlükəsizlik ixtisalar üçün tələb olunan bilik və bacarıqlar, statistik məlumatlar, təcrübə proqramları və vakant iş yerləri haqqında məlumatlar təqdim olunub. "Coders Azerbaijan"-ın müəllim-mentor heyəti hər bir istiqamət üzrə tələbələrin suallarını cavablandıraraq, müraciət edənlərin qeydiyyatını aparıblar.

Qeyd edək ki, əməkdaşlıq çərçivəsində akademiyanın UNEC tələbələri üçün təşkil etdiyi xidmətlər ödənişsizdir.

Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo