Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş intellektual yarış keçirilib
UNEC-in Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə UNEC-in əməkdaş və tələbələri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual yarışması keçirilib.

Rus İqtisad Məktəbinin direktor müavini Anar Eyyubov 36 sual və 3 turdan ibarət yarışın sualları Heydər Əliyevin həyat və fəaliyyətinə, Azərbaycanın tarixi və mədəniyyətiniə həsr olunub.

Gərgin mübarizə ilə keçən yarışda I yeri “Cahargah”, II yeri – “Qarabağ”, III yeri “Qərbi Azərbaycan” komandası qazanıb. Qalib komandalara diplom və medallar, həmçinin hədiyyələr də təqdim olunub.

Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo