Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi 2023-cü ilin yekun iclası keçirib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi 2023-cü ilin yekun iclası keçirib.

İclasda THİK-in sədri İlkan Əliyev fakültə sədrləri ilə 2022/2023-cü tədris ilində həyata keçirilmiş işlərin yekunu, gələcək prioritetdə təşkilat və komandanın qarşısına qoyulmuş məqsədlərlə bağlı danışıb.

Sonra universitet və komitənin ictimai işlərində fərqlənən tələbələr təltif edilib.

"İlin fəalı" nominasiyasında PR departamenti direktoru Samir İsmayılzadə, Maliyyə və mühasibat fakültəsinin sədri Həsən Həşimov təltif olunublar. "İlin bürosu" nominasiyasında isə UNEC Dizayn Məktəbi təltif olunub.

Sonda İlkan Əliyev təltif olunanları təbrik edərək, yeni nailiyyətlər arzu edib. Xatirə şəkilləri çəkilib.

Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo