UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsi və onun nəzdində fəaliiyət göstərən “Tarix Klubu”-nun birgə təşkilatçılığı ilə 9 may Faşizm üzərində qələbənin 78 illiyi və Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikası Əmək Müharibə və Silahlı Qüvvələri Veteranları təşkilatında, təşkilatının sədri 2-ci Dünya müharibəsi veteranı Fatma xanım Səttarova və sədr müavini ehtiyatda olan Palkovnin Cəlil Xəlilov ilə görüş keçirilmişdir.
Görüşdə Ümumi fənnlərin tədrisinin təşkilli departamentinin baş müəllimi, Tarix üzrə fəlsəfə doktoru Cəmilə Həsənova, Tələbə rektor Cabbar Cəlilov,UNEC THİK Tarix Klubunun sədri Ziyad Ağayev, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin universitetimizdə fəaliyyət göstərən Yeni klub sədri Tərlan Kərimov, THİK-in fəal tələbələri iştirak etmişdir.
Tədbirin açılış çıxışını edən Tarix üzrə fəlsəfə doktoru Cəmilə Həsənova 2-ci dünya müharibəsinin tarixi və Azərbaycanın rolu haqqında tələbələrə məlumat vermişdir.Daha sonra Fatma xanım Səttarova tələbələrə öz həyat fəaliyyətini və müharibə zamanı gördüyü işləri danışmış. Daim Uluöndər Heydər Əliyevin və ölkə rəhbərliyinin respublika veteranlarına göstərdiyi diqqət haqqında danışmış. Tələbələrə Vətənimiz Azərbaycanı sevməyi və Sadiq olmağı nəsihət etmişdir. Azərbaycan Respublikası Əmək Müharibə və Silahlı Qüvvələri Veteranları təşkilatının sədr müavini ehtiyatda olan Palkovnin Cəlil Xəlilov Azərbaycanda veteran hərəkatı barədə danışmışdır. Sonda isə Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə-Rektoru Cabbar Cəlilov çıxış edərək universitet rəhbərliyinin salamlarını çatdırmış və Əmək Müharibə və Silahlı Qüvvələri Veteranları təşkilatı rəhbərliyinə tələbələr adından təşəkkürü bildirmişdir.
Tədbirin sonunda Vətənpərvərlik ruhunda şer və mahnılar səsləndirilmişdir.