UNEC Dizayn Məktəbi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş rəsm sərgisi keçirilib.
UNEC Dizayn Məktəbi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş rəsm sərgisi keçirilib.

Sərgidə UNEC Dizayn Məktəbinin müəllim heyəti və tələbələr iştirak ediblər.

Sərgidə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən  rəsm əsərləri təqdim olunub. Müsabiqə yolu ilə münsiflər heyəti tərəfindən seçilmiş rəsm əsərləri arasından qaliblər müəyyən edilib və müvafiq mükafatlarla təltif olunublar:

1 yer - Ruhəngiz Minacəddinova – UNEC Dizayn Məktəbi, IV kurs,

II yer-  Cəmil Niftəlizadə– UNEC Dizayn Məktəbi, II kurs,

III yer - Ayşən Cahangirova UNEC Dizayn Məktəbi, II kurs

Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən qaliblərə pul mükafatı, hədiyyələr və diplomlar təqdim edilib.


Bizimlə əlaqə

+994 12 492 59 03 (daxili 1152)

adiu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət, 6 (UNEC I tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo